Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Cocuq Mərcanlıda -"Uşaq ürəkləri Qarabağda döyünür!" (FOTO)

 

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində "Uşaq ürəkləri Qarabağda döyünür!" şüarı altında xeyriyyə aksiyası və Füzuli rayonunun Horadiz şəhərində "Uşaq xəstəliklərinin diaqnostika və müalicəsində yeniliklər" mövzusunda Beynəlxalq Pediatrik elmi konfrans keçirilib.

Yenixeber.org:  Komitədən verilən məlumata görə, tədbirdən öncə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, rəis müavini Şahlar Mirqasım, İdarənin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Türkiyənin Florence Nightingale Xəstəxanasının professorları - ürək-damar cərrahı Bülent Polat, pediatrik kardioloq Yalım Yalçın, Füzuli və Cəbrayıl rayonlarının icra hakimiyyətlərinin başçıları 2016-cı il aprel döyüşlərində həlak olan qəhrəman əsgər və zabitlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklillər qoyublar.

Daha sonra Cocuq Mərcanlı qəsəbəsinə ezam olunmuş Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin mobil səyyar hospitalında Mərkəzi Gömrük Hospitalın peşəkar həkimləri və Türkiyənin Florence Nightingale Xəstəxanasının professorları Qarabağ bölgəsində yaşayan uşaqların ən yüksək texnologiyalar əsasında diaqnostik tibbi müayinələrini həyata keçiriblər. Səhhətində problem aşkarlanan uşaqlara EXO, USM, EKQ və digər tibbi avadanlıqlar vasitəsilə müayinə edilərək peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicə təyin olunub.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin nümayəndələri Cocuq Mərcanlıda yerləşən tibb məntəqəsini ziyarət edərək məntəqəyə kondisioner və bəzi tibbi ləvazimatlar hədiyyə ediblər. 1 iyun 2019-cu il tarixində qəsəbənin bütün uşaqları müvafiq müayinələrdən keçiriliblər.

Həmin gün Füzuli rayonunun Horadiz şəhərində "Uşaq xəstəliklərinin diaqnostika və müalicəsində yeniliklər" adlı Beynəlxalq Pediatrik elmi konfrans keçirilib. Konfransdan əvvəl Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəhbərləri, millət vəkilləri, görkəmli elm xadimləri, Füzuli və Cəbrayıl icra hakimiyyətlərinin nümayəndələri, konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi, onun tərəfdaşları olan Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu və İstanbul Bilim Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda uşaq xəstəliklərinin müalicəsində ölkəmizdə və dünyada qazanılmış son tibbi nailiyyətlər haqqında region həkimlərinə geniş məlumat verilib.

Konfransda Türkiyədən gələn professorlar Bülent Polat və Yalım Yalçın, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov, ADHTİ Şüa Diaqnostikası Kafedrasının fetal təbabət üzrə mütəxəssisi Azər Fərəc, Mərkəzi Gömrük Hospitalın uzman pediatrı Telman Aytayev və Mərkəzi Gömrük Hospitalın uzman uşaq cərrahı Vüsal Cəfərov məruzələrlə çıxış ediblər.

Konfransda uşaq xəstəliklərinin müalicəsində ölkəmizdə və dünyada qazanılmış son tibbi nailiyyətlər haqqında region həkimlərinə geniş məlumat verilib. Çıxışlarda uşaq ürək cərrahiyyəsinin bu günü və gələcəyi, anadangəlmə ürək qüsurları, fetal təbabət, prenatal diaqnostikada yeniliklər, uşaq cərrahiyyəsində təcili vəziyyətlər və s. bu kimi aktual məsələlərə toxunulub, müasir tibbin ən qabaqcıl yeniliklərinin tətbiqi müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi tərəfindən "Uşaq ürəkləri Qarabağda döyünür!" şüarı altında keçirilən xeyriyyə aksiyası Füzuli rayonu, Horadiz şəhərində davam edir və 3 iyun tarixində başa çatacaq.

 

 

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam