Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Bakı gömrüyünün rəisi yenə dəyişdi!

 Dövlət Gömrük Komitəsində maraqlı bir yerdəyişmə baş verib. Heç 1 ay deyil ki, Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunan İsmayıl Hüseynov (May ayının 29-da bu vəzifəyə təyin olunmuşdu-red.) bu gündən etibarən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini kimi fəaliyyətə başlayıb

Yenixeber.org: İsmayıl Hüseynovun Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad olunması və birinci müavin təyin olunması barədə sərəncamlar rəsmən elan olunmayıb. Lakin bu dəqiqdir ki, İ.Hüseynov Bakı Baş Gömrük İdarəsini tərk edib və Gömrük Komitəsində işə çıxır.
Bakı gömrüyünə kimin rəhbərlik edəcəyi dəqiqləşməyib. Bəzi məlumatlara görə bu vəzifəyə Tovuz Gömrük İdarəsinin rəisi Kənan Məmmədov təyin olunub. Lakin Bakı Baş Gömrük İdarəsindəki mənbələr onun hələ ki, işə çıxmadığını bildirirlər.

İsmayıl Hüseynov
Xatırladaq ki, may ayının 29-da Bakı Baş Gömrük İdarəsinin məşhur rəisi, gömrük xidməti generalı Vüsal Novruzov sərəncama götürüldükdən sonra Dövlət Gömrük Komitəsinin Avtonəqliyyat Gömrük İdarəsinin rəisi İsmayıl Hüseynov Bakı gömrüyünə rəis gətirilmişdi.
İ.Hüseynovun belə qısa müddətdən sonra Gömrük Komitəsində ikinci posta irəli çəkilməsi maraqlıdır və Komitə sədri Səfər Mehdiyevin ona böyük etimadından xəbər verir.
Qeyd edək ki, İsmayıl Hüseynovun Gömrük Komitəsi sədrinin birinci müavini təyin olunması barədə məlumatı ilk dəfə Unikal.org saytı verib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam