Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar!

  

Hər il ölkəmizdə 1iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd edilir.

Yenixeber.org: bildirir ki,  BMT Baş Assambleyasının 1950-ci il iyunun 1-də təşkil etdiyi qadınların beynəlxalq konfransında uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin konfransda da iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb.

Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb. Amma nədənsə, “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” təsiscilərinin tam laqeydliyi sayəsində ötən əsrin 90-cı illərində Azərbaycan körpələrinə silah qaldıran quldur ermənilər törətdikləri uşaq qətllərinə görə hələ də cəzasız qalıblar. Qeyd edək ki,bu hərbi münaqişə zamanı yüz doxsan üç uşaq qətlə yetirilib, yaralanan uşaqların sayı isə yüzlərlədir. Ümumilikdə, 61 uşaq itkin düşub, 27 uşaq isə hələ də əsirlikdədir. Azərbaycan dövləti münaqişə müddətində 210 uşağın əsir və girovluqdan azad edilməsinə nail olub. Əfsuslar olsun ki, 1994-cü ildən atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin azərbaycanlı uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqdadır. Məhz atəşkəs müddətində 32 uşaq erməni terrorunun qurbanına cevrilib. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. Ədalətsiz, ikili standartların əsiri olan dünyada belə körpələrin fəryadını eşidən, onların səsinə səs verən yoxdur. Hələ də uşaq qatillərinin tutulub ədalət mühakiməsinə verilməsi “demokratik” dünyanın, beynəlxalq aləmin yadına düşmür. Bundan başqa Dağlıq Qarabağ və ətraf rayonlardan köçkün düşmüş azərbaycanlı uşaqlar düz 26 ildir ki, özlərinin bu bayramını doğma yurdlarından uzaqda, yeni məskunlaşdıqları ərazilərdə qeyd etməli olurlar.Təəssüf ki, bu “uşaqları müdafiə edən” dünyanın “görmədiyi” acınacaqlı bir faktdır.

Buna baxmayaraq yenə ümid etmək istərdik ki, Azərbaycanın bu köçkün balaları yaxın vaxtlarda özlərinin bu gözəl bayramlarını doğma yurdlarında qeyd edəcəklər. Buna dünyanın bütün uşaqları kimi onların da haqqı var! Və bu arzunun gerçək olması üçün ölkə başçısı cənab İlham Əliyev çox mühüm addımlar atır, daxili və xarici siyasətdə mühüm qərarlar qəbul edir. Preziden eyni zamanda “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq, qaçqın və məcburi köçkün soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təminatına uyğun olan lazımi tədbirlər mərhələlərlə həyata keçirilməsinə böyük önəm verir. Neçə illər şəraitsiz məkanlarda-yol kənarlarında, çadır şəhərciklərində, yarımtikilərdə, daxmalarda, yaşamış uşaqlar artıq dövlətimizin qayğısı sayəsində ailələri ilə birlikdə yeni qəsəbələrdə yaşayır, normal təhsil alır, lazımi tibbi xidmət görür, digər hüquqlardan bəhrələnirlər.

Uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Dövlət başcısının xüsusən, cəbhə bölgəsində yaşayan uşaqlara göstərdiyi diqqəti bir necə misalla oxucularımıza təqdim etmək istəyirik. Heydər Əliyev Fondunun dəstəyi ilə Füzuli rayonunun Bala Bəhmənli kəndində ikimərtəbəli 60 çarpayılıq körpələr evi-uşaq bağçası, Horadiz şəhərində

240 şagird yerlik məktəb binası, 100 çarpayılıq körpələr evi- uşaq bağçası, Ağdam rayonunun cəbhə zonasında yerləşən Evoğlu kəndində ikimərtəbəli 100, Çəmənli kəndində 70 çarpayılıq körpələr evi, Əfətli kəndində 360 şagird yerlik, Hacıməmmədli və Həsənxanlı da 120 şagird yerlik tam orta məktəblərin, Xındırıstan kənd uşaq musiqi məktəbi, Quzanlı qəsəbəsində tikilən 360 şagird yerlik məktəb-litsey gələcəyimiz olan uşaqların istifadəsindədir.

Bir sözlə, son 10 ildə Azərbaycanda 2 min 700 yeni məktəb binası, təxminən elə o sayda da uşaq bağcaları tikilib və ya təmir olunub. Elə indi də bu xeyirxah iş davam etməkdədir və bu proseslər hər kəsi sevindirir.

Quzanlı kəndində məskunlaşmış, Ağdam şəhərindən məcburi köçkün Könül İbrahimova bildirir ki, 3 yaşlı oğlu Nuşiravanı Quzanlı qəsəbəsində müasir tələblərə cavab verən 2 saylı uşaq bağçasına qoyub: ” Əvvəlcə, bağçayla yaxından tanış oldum . Geniş-işıqlı oyun, idman zalları, səliqəli, təmiz yemək və yataq otaqları, gülərüz, məsuliyyətini anlayan tərbiyəçi və dayələr rəğbətimi qazandı. Özüm orta məktəb də müəllimə işləyirəm,yurdumun övladlarını gələcəyə hazırlayıram. Bütün diqqətimi dərslərə, şagirdlərimlə tədrisə həsr edirəm. Çünki, bilirəm ki, övladım rahat şəraitdə, qayğıkeş insanların əlindədir. Vaxtında yeməyini yedirirlər, yatırırlar, təhsilə-təlimə hazırlayırlar. Bizim ücün- valideynlər və uşaqlar ücün belə bir şəraiti yaratdığına görə prezidentimizə ürəkdən təşəkkür edirəm.

Bu dəfəki müsahibim isə bağçaya tələsən balaca Fatimənin nənəsi Gülmirə Qasımovadır. Gülmirə xanım da Ağdamdan məcburi köçkündü. O söyləyir ki, Fatimə ilk günlər 2 saylı bağçaya ağlayaraq gedirdi, tanımadığı insanlar, qələbəlik ortam onu sıxırdı. 10 gündən sonra vəziyyət tamam dəyişdi. İndi də Fatiməni oradan evə gətirə bilmirik. Çünki bağçada uşağa ana nəvazişi qədər isti, mehriban münasibət göstərdikləri göz qabağındadı. İstər evimizə qonaq gəlsin, istər qonşu gəlsin, fərqi yoxdu, Fatimə orada öyrəndiyi şeirləri hamıya əzbərdən deyir və həm də tələb edir ki, hamı onu dinləsin. Əvvəllər hec kimlə təmasda olmaq istəməyən, qaraqabaq, ağlağan, passiv uşaq mükəmməl tədris və tərbiyyə nəticəsində tanıyanların sevimlisinə çevrilib. Övladlarımızın həyatına, təhsilinə. gələcəyinə zəmanət verən dövlətimizə və dövlət başçımıza ailəmiz adından dərin minnətdarlığımı bildirirəm.

Balaca Muradın anası Şəmsiyyə Aslanova Quzanlı qəsəbəsi 3 saylı uşaq bağçasına artıq ikinci övladını da etibar etdiyini deyir :” Böyük oğlum Fəxri qəsəbədəki 18 saylı Ağdam köckün tam orta məktəbində oxuyur, dərs əlaçısıdır, nəzakətlidir, özündən yaşda balaca olanlarla mehriban münasibət qurur. Körpə vaxtı məhz bu uşaq bağçasında mənimsədiyi düzgün təlim və tərbiyyə onun indi də məktəbdə seçilməsinə yardımçı olur. Elə bunu düşünərək Muradı da adı gedən bağçaya qoydum. Ümid edirəm ki, Murad da qardaşı Fəxri kimi davranışlarına, tərbiyyəsinə görə seçiləcək. Onu da deyim ki, doğma Ağamımızın doğma bir hissəsində böyük və yeni qəsəbəmiz, rahat mənzillərimiz, yüksək kefiyyətli təhsil və səhiyyə müəsissələrimiz köçkün ailələrə, xüsusən, övladlarımıza xalqının əsl prezidenti, güman yeri olan ölkə başcısından göstərilən qayğının nümunəsidir. Bütün bunlara görə, hər birimiz cənab İlham Əliyevə minnətdarıq”.

Bəli, uşaq ailənin davamçısı olduğu kimi, dövlətin də gələcəyidir. Çalışmalıyıq ki, onların məsumluğunu, təbəssümünü, xoşbəxtliyini qoruyub saxlaya bilək. Biz elə etməliyik ki, dövlətimizin gələcəyi olan uşaqlar sağlam və rəqabətə dayanıqlı vətəndaş kimi böyüsün. Bütün bunlara nail olmaq üçün isə hər birimiz səylərimizi gücləndirməli və birləşdirməliyik. Beynəlxalq Müdafiə Gününüz mübarək olsun, uşaqlar!

Əntiqə Rəşid


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam