Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Erməni zorakılığına məruz qalan azərbaycanlı uşaqlar -FOTOLAR

Erməni zorakılığına məruz qalan azərbaycanlı uşaqlar - FOTOLAR
Yenixeber.org: 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Azərbaycan uşaqları bu gün dövlətin və cəmiyyətin hərtərəfli qayğısı ilə əhatə olunur. Təəssüf ki, onların bir qisminin - qaçqın və məcburi köçkün uşaqlarının illərdən bəri doğma torpaqlarında azad, sərbəst yaşamaq hüququnu təmin etmək indiyədək mümkün olmayıb.
Azərbaycan uşaqlarının hüquqlarını pozmuş, onları öz doğma yurdundan didərgin salmış təcavüzkar Ermənistan hələ də beynəlxalq hüququn tələbləri ilə hesablaşmayaraq, işğal etdiyi ərazilərdən çıxmaq istəmir. 

Ermənistanın hərbi təcavüzü nəticəsində 300 mindən artıq azərbaycanlı uşaq qaçqın və məcburi köçkün düşüb. Münaqişə zamanı 193 uşaq qətlə yetirilib, yaralanan uşaqların sayı isə yüzlərlədir. 

Azərbaycan müharibə dövründə əsir və girov götürülmüş 214 uşağın azad edilməsinə nail olub. 66 uşaq itkin düşüb, 29 uşaq isə hələ də girovluqdadır. 

Əfsuslar olsun ki, 1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilərin Azərbaycanda uşaqları qətlə yetirilməsi faktları qeydə alınmaqda davam edir. Bu dövr ərzində 34 uşaq erməni terrorunun qurbanı olub. Onlardan 14-ü həlak olub, 20-si isə yaralanıb.















Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam