Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

“Nar TV” -istifadəçilərinin sayı 117% artıb

Azərbaycan telekommunikasiya bazarının ən innovativ məhsullarından olan “Nar TV” tətbiqində qeydiyyatdan keçənlərin sayı 117% artıb.

Yenixeber.org: Xəbər verir ki, hər zaman gənc nəslin dinamik tələblərinə cavab verməyi hədəfləyən “Nar”-ın təqdim etdiyi bu xidmətdən yararlananların seçiminə bir çox  amillər təsir edir. Mobillik vəd edən tətbiq, zaman və məkan məhdudiyyəti olmadan istifadəçilərə mobil telefonlarda və ya tabletlərdə sevimli TV verilişlərini, film və serialları izləmə imkanı verir. Bundan başqa, istifadəçi təcrübəsinin yaxşılaşdırılması məqsədilə davamlı olaraq yenilənmələr aparılır və sistemə düzəlişlər edilir.

 

Xidmətin digər önəmli üstünlüklərindən biri də azyaşlı izləyicilərin tətbiqdə yalnız faydalı və uyğun kontenti izləməsi üçün valideyn nəzarət funksiyasının olmasıdır. Belə ki, xüsusi kanalları PİN kod vasitəsilə məhdudlaşdırmaq mümkündür.

 

“Nar TV” tətbiqi ilə seçilmiş filmləri Azərbaycan dilində də izləmək mümkündür. Qeyd edək ki, “Nar TV” tətbiqində hər kəsin zövqünə uyğun filmlərin mövcudluğunu təmin etmək üçün siyahıya mütəmadi olaraq yeni çıxan filmlər əlavə edilir. “Nar”-ın təqdim etdiyi bu məhsulun bütün üstünlüklərindən faydalanmaq üçün istifadəçilər “Google Play”“App store”-dan yenilənmiş tətbiqi yükləməlidir. “Nar TV” haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz: nar.az

 

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam