“Nar”-ın “Qutu” təklifindən istifadə edənlərin sayı artıb-2 dəfə
Yenixeber.org: Ölkənin ən gənc və innovativ mobil operatoru “Nar”-ın abunəçilər üçün ev və mobil xidmətlərini bir yerdə təqdim etdiyi “Qutu” istifadəçilərinin sayı sürətlə artmaqdadır. Belə ki, 1 il ərzində “Qutu” istifadəçilərinin sayı 2 dəfə çoxalıb. Artıma səbəb yüksəkkeyfiyyətli xidmət, sərfəli qiymət və təklif, əhatə dairəsinin geniş olması, eyni zamanda müştərilərlə mütəmadi ünsiyyətin qurulmasıdır.
Qeyd edək ki, “Qutu” ev üçün fiber-optik internet, rəqəmsal TV və mobil rabitə üçün ölkədaxili bütün istiqamətlərə danışıq dəqiqələri təqdim edir və mobil internet xidmətlərini birləşdirir. “Qutu” təklifinə qoşulanlar yalnız innovativ xidmətlərdən yararlanmır, eyni zamanada xərclərinə və vaxtına qənaət edə bilirlər. Bundan başqa, istifadəçilər rabitə xərclərini 50%-dək azaldırlar.
“Qutu” təklifi abunəçilərin istək və tələblərini nəzərə alaraq 5 müxtəlif paketdən ibarətdir. “Nar” müştərilərə 50-si HD olmaqla 240-dan çox telekanal izləmək, fiber-optik texnologiya üzərindən yüksəksürətli internet, ölkədaxili danışıq dəqiqələri, mobil internet və SMS bonusları təqdim edir. “Qutu” istifadəçiləri qeyd edilən bütün xidmətlər üçün yalnız bir operatora ödəniş edirlər. Bundan başqa, “Qutu” təklifinə qoşularaq, öncədən ödəniş etmək istəyənlər rəqəmsal TV və internet xidməti üçün lazım olan TV-tüner və Wi-Fi ruterini pulsuz əldə edə bilir.
Qeyd edək ki, “Qutu” Azərbaycanın rabitə bazarında fiber-optik internet, rəqəmsal TV və mobil rabitə xidmətlərinin bir paketdə təqdim edildiyi ilk təklifdir. “Qutu” təklifi “Nar” və “CityNet” provayderi tərəfindən təqdim olunur. Təkliflərdən yararlanmaq, əhatə dairəsi haqqında məlumat almaq və onlayn sifariş üçün qutu.nar.az saytına daxil olmaq yetərlidir. Müştərilər “Qutu” xidmətinin özəl müştəri xidmətlərindən də yararlana bilirlər. Müştəri xidmətləri ilə əlaqə saxlamaq üçün “Nar” nömrələrindən 771, stasionar telefonlardan isə (012) 444 07 71 nömrəsinə zəng etmək kifayətdir.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.