Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Azərbaycanlı mühacir Fransada dolanmağın asan yolunu tapdı...-Köhnə avtomobilləri alıb, yürüş göstəricilərini geri çəkib, azı 100 nəfəri...

 

Azərbaycandan gəlmiş 30 yaşlı miqrant Fransada irimiqyaslı dələduzluq əməli törədib – ikinci əl avtomobillərin qanunsuz dövriyyəsini təşkil edib.

Yenixeber.org: Yerli mənbələr xəbər verir ki, hazırda işbaz miqrantın 100 qurbanının adı müəyyənləşdirilib, lakin müstəntiqlər bildirirlər ki, onların sayı daha çox ola bilər.

Gənc azərbaycanlı Tuluza şəhərinə 2010-cu ildə gəlib. Onun fransız dilini öyrənmək və iş tapmaq cəhdləri boşa çıxıb.

“İş axtarıb, lakin tapa bilməyib. Yaşamağa pulu olmadığı üçün yerli sakinlə tanış olub və onun köməyi ilə avtomobil ticarətinə girişib”, - Tuluza məhkəməsində vəkil Qay Debüsson deyib.

Azərbaycanlı miqrant yerli “Le Bon Coin” elanlar saytında tapdığı ikinci əl avtomobilləri alaraq, xüsusi aparat vasitəsilə onların getdiyi məsafə göstəricisini dəyişərək maşınları “yeniləyib” və satmağa başlayıb. Qısa müddət ərzində o, kifayət qədər iri məbləğdə pul toplayıb, lakin dələduzluğunun üstü açılıb.

Prokuror Tyerri Pons məhkəmədən dələduzun 18 ay müddətinə həbs edilməsini istəyib. Lakin vəkil Qay Debüsson cəzanın yumşaldılmasında israr edib.

“Şərqdən gəlmiş adamlar üçün dilimizi öyrənmək və cəmiyyətimizə uyğunlaşmaq çətindir. Müvəkkilim broker firmasında özünə iş tapan kimi dələduzluq əməlindən əl çəkib”, - vəkil bildirib.

Vəkil səyləri boşa çıxmayıb – hakim azərbaycanlıya 12 ay müddətinə şərti cəza verməklə kifayətlənib. Lakin keçmiş dələduz bəzi qurbanlarının üzləşdiyi itkini də kompensasiya etməli olacaq.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam