Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Vergilər Nazirliyinin Xədicə İsmayıla qarşı iddiası təmin olundu –Jurnalist 45 min 145 manat ödəməlidir

 

 

Vergilər Nazirliyinin araşdırmaçı-jurnalist Xədicə İsmayıla qarşı 45 min 145 manat 63 qəpiklik vergi tələbi ilə bağlı iddia təmin olunub. Dekabrın 21-də 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Məhəmməd Əkbərov bu barədə qərar çıxarıb.

Yenixeber.org: Hakim qərarını əsaslandırarkən deyib ki, X.İsmayıla qarşı vergidən yayınma ittihamı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə təsdiqlənib. Yuxarı instansiya məhkəmələri də hökmü o hissədə qüvvədə saxlayıb. Ona görə də həmin məbləğ ödənilməlidir.

X.İsmayıl isə bu qərarı qanunsuz və əsassız sayır. Jurnalist “Azadlıq” radiosuna bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək.

Bu məhkəmə iki gün öncə X.İsmayılın Beynəlxalq Bankdakı hesabının üzərinə həbs qoyulması barədə də qərardad çıxarmışdı. X.İsmayıl oktyabrın 20-də bu qərardaddan apellyasiya şikayəti verib: «Həmin şikayətə baxılıb qərar çıxarılana qədər bu məhkəmə davam etdirilməməliydi. Daha bir qanunsuzluğa imza atıb apellyasiya vermək hüququnu da tanımadı».

X.İsmayılın «Kapitalbank»dakı hesabı üzərində də 2017-ci il noyabrın 8-dən həbs var.

Hesabların həbsi qərarı Vergilər Nazirliyinin iddiasının təmini tədbiri kimi təqdim olunur.

2017-ci ilin noyabrından Vergilər Nazirliyi ilə X.İsmayıl arasında çəkişmə gedir. Jurnalistin “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri olduğu dövrdə vergidən yayındığını iddia edən nazirlik ona qarşı 63 min 138 manat 23 qəpiklik iddia qaldırmışdı.

Bir il sonra – 2018-ci il dekabrın 5-də Vergilər Nazirliyi iddia tələbinin məbləğini 45 min 145 manat 63 qəpiyə qədər azaltdı. İddiaçı Ali Məhkəmənin X.İsmayıl haqqında qərarına əsaslanaraq bu addımı atıb.

Vergilər Nazirliyi iddia edirdi ki, X.İsmayıl büronun rəhbəri olduğu dövrdə işçilərlə əmək müqaviləsi yox, xidməti müqavilə bağlayıb, bununla da əməkhaqqından 14 yox, 4 faiz vergi ödənilib. Nəticədə büdcəyə 17 min 992 manat az vergi ödənilib. Qalan 45 min 145 manata gəlincə, Vergilər Nazirliyinin iddiasına görə, X.İsmayıl büro rəhbəri olduğu dövrdə radio bu qədər mənfəət vergisindən yayınıb.

X.İsmayıl həbs olunarkən ona həm də işçilərlə xidməti müqavilə bağlamağa görə ittiham verilmişdi. İstintaq orqanı bunu israfetmə kimi qiymətləndirərək jurnalistə CM-in 179-cu (mənimsəmə və israfetmə) maddəsi ilə də ittiham irəli sürmüşdü. Ali Məhkəmə 26 may 2016-cı il tarixli qərarında həmin ittihama xitam verib.

Xatırladaq ki, 2014-cü il dekabrın 5-də həbs olunan X.İsmayıl vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il yarım azadlıqdan məhrum edilmişdi.

Ali Məhkəmə 2016-cı il mayın 25-də qərarı 3 il yarım şərti cəza ilə əvəz edərək onu azadlığa buraxıb.

(Azadlıq radiosu)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam