Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Xədicə İsmayıl səhvlərindən nəticə çıxarmalıdır"

“Konkret cinayətlərə görə həbsdə olan jurnalist Xədicə İsmayılın şərti cəza ilə azadlığa buraxılması Azərbaycan dövlətinin siyasi mövqeyindən asılı olmayaraq hər bir vətəndaşına qayğı ilə yanaşması və humanist prinsipləri əsas tutmasıdır”

 

Xeberinfo.com:   Məlumata görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə jurnalist Xədicə İsmayılın azadlığa buraxılmasına münasibət bildirərkən deyib.


YAP rəsmisi qeyd edib ki, məhkəmə Xədicə İsmayıla azadlıqda səhvlərindən nəticə çıxarmaq və demokratik hüquqi dövlətin imkanlarından yararlanmaq imkanı verdi.

“Bu qərar Azərbaycanda hüquq, demokartiya və hümanizmin vəhdət təşkil etməsinə bir sübutdur”.

Qeyd edək ki, bu gün Ali Məhkəmədə jurnalist Xədicə İsmayılova barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Prosesdə Xədicə İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarılıb.

Xədicə İsmayıl MTN-in keçmiş rəhbəri Eldar Mahmudovun qurbanlarından biri idi.(Azvision.az) 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam