Bakı Ağır Cinayətlər Məhkəməsində Əfv Komissiyasının üzvü, deputat Elmira Axundovanın oğlu Həbib Axundovun adı hallanan dələduzluq işi davam edir.
Yenixeber.org: Ortada ələ keçirilən pul 1 milyon manatdan artıqdır. Müttəhim kürsüsünə Həbib Axundovun dostu və şəriki Elnur İbrahimov çıxarılıb. Aylardır davam edən prosesdə faktiki olaraq heç bir araşdırma aparılmır, proses qısa müddət keçirilməklə təxirə salınır.
Kənardan belə təəsurat yaranır ki, məhkəmə prosesi keçirilir, fikir formalaşır ki, məhkəmə keçirilirsə, qanun-qayda ilə araşdırma da aparılır. Elnur İbrahimovun təqsirləndirildiyi işdə belə deyil, iş qayda-qanundan kənardır. Elnur İbrahimovun nala-mıxa vurması da hakimləri çox da maraqlandırmır, şahidlər məhkəməyə çağırılır, amma gəlmirlər. Hakimlər qərarlarına sayğısızlıq edən şahidlər barəsində heç bir tədbir görmürlər. 4 proses əvvəl hakim Rahib Salmanov şahid Zarina Xanbabayevanın məcburi qaydada prosesdə iştirakının təmin edilməsi haqda qərar verib. Amma qərar 1 aydan çoxdur ki, icra olunmayıb.
Buna da bax: Deputat oğlu adam oğurluğu haqda istintaqa ifadə verib, 2 məmurun adını çəkib
Digər şahid Murad Mehdiyevlə bağlı da hakimlər qərar qəbul ediblər – məhkəmədə dindirilməlidir! Amma Murad Mehdiyevdən xəbər-ətər yoxdur. Beləcə aylardır ki, Elnur İbrahimov məhkəmədə mühakimə olunurmuş kimi prosesə gətirilib-aparılır. Ötən proseslərdən birində o, ifadəsində iddia edib ki, iş üzrə zərərçəkən Fərman Məmmədov pulları deputatın oğlu Həbib Axundova deyil, ona verib. Pullar katric biznesi üçün deyil, faizə verilib. Əslində isə hamı bilir ki, reallıq tam əksinədir, pullar iş üzrə zərərçəkənlərin hər birindən katric biznesinə yatırılacağı adı ilə alınıb və biznesdən əldə olunan gəlirlərdən xeyir veriləcəyi bəyan olunub.
Deputat Elmira Axundova oğlunun qurduğu katric biznesinə pul yatırmağı ətrafında olan şəxslərə məsləhət bilib. Bir çox hallarda bunu vacib bir addım kimi təqdim edib. İşin içində Elnur İbrahimovun yalan danışdığını təsdiqləyən çoxsaylı ifadələr, sənədlər var. Katric biznesindən pulların deputat Elmira Axundovaya çatması haqda da ifadə var. Məsələn elə Elnur İbrahimovu uşaqlıqdan tanıyan qonşusu Kamil Nəcəfov 2016-cı ildə istintaqa verdiyi ifadə ilə birincinin məhkəmədə verdiyi ifadələr ziddiyyət təşkil edir.
Buna da bax: Deputatı sevincək edən üzrün qəbahəti - Elmira Axundova "biznes ruxnul” demişdi axı...
Kamil Nəcəfovun ifadəsindən bir abzasa diqqət edək: -Orada olanda Həbib(Axundov) Elnurun(İbrahimovun) dayısına bildirdi ki, Elnuru onun Qəbələdə olan anasının (Elmira Axundovanın) yanına aparacaq. Çünki Elnura verilən pullar Elmira Axundovaya məxsusdur. Daha sonra Həbib Elnurun dayısına söz verdi ki, Elnuru Qəbələdən gətirəndən sonra anasına təhvil verəcəkdir.
Kamil Nəcəfovun verdiyi daha bir ifadəsində belə bir məqam var: -Yenə Elnuru axtarırdıq. Elnuru axtardığımız müddətdə onun dayısı Həbibə zəng etmiş, Elnurun onun yanında olduğunu, Elnuru bağa gətirdiyini, Elnurla pul söhbəti edəndən sonra Elnuru aparıb anasına təhvil veriləcəyini demişdi. Həbib də bu barədə Fərruxa(Elmira Axundovanın sürücüsü) bildirmişdi. Buna görə də Fərruxla maşınla dal-qabaq gedib Fəhlə prospektindən Elnuru və dayısını götürüb Həbibgilin bağına apardıq. Dayısının yanında Elnurun aldığı pulların məbləğini deyəndə dayısı təəccübləndi. Orada olanda Həbib Elnurun dayısına bildirdi ki, Elnuru onun Qəbələdə olan anasının yanına aparacaq. Çünki Elnura verilən pullar onun anasına məxsusdur. Maraqlıdır ki, Elmira Axundovanın yanına aparılan Elnur İbrahimov 3 gün sonra Azərbaycandan gizli yolla Rusiyaya qaçırılıb. Onun Qəbələdə Elmira Axundova ilə söhbətinin mövzusu, deputata nə qədər pul verməsi haqda iş materillarında hər hansı bir məlumat yoxdur. İstintaq Elnur İbrahimovun niyə Elmira Axundovanın yanına Qəbələyə aparılmasını ətraflı araşdırmayıb, qiymət verməyib.
Buna da bax: Deputat oğlunun məhkəməsində hakim şahidlərin qarşısında aciz qalıb – Prosesə gətizdirə bilmir
Ortada Elmira Axundovanın həmin görüşlə bağlı səs yazısı var. Səs yazısında deputat Qəbələyə yanına aparılan Elnur İbrahimovun ona katric biznesi ilə bağlı hesabat verdiyini deyir. Bu gün Elnur İbrahimov biznes olmayıb deyirsə, Elmira Axundova bundan xoşhal olursa, deməli mətbuatda olan iddialar da əsassız deyil. Elmira Axundova olmayan biznesə görə niyə hesabat alıb? Belə çıxır ki, Elmira Axundova adamları olmayan biznesə pul yatırmağa çağırıb? Belədirsə, deputatın məqsədi nə olub?
Qeyd edək ki, iş üzrə zərərçəkən Şahin Məhərrəmov ötən proseslərdə vəsatət qaldırıb ki, Elvin və Ziya Vəliyevlərin məhkəmədə iştirakları təmin olunsun. Hakim bu vəsatəti də təmin etsə də, hər iki şəxsin iştirakları təmin olunmur. Şahid, keçmiş vergi işçisi Anar Babayevin də prosesdə ifadə verilməsinin təmin olunması da müşkülə çevirilib. Proses noyabrın 19-da davam etdiriləcək.(Criminal.az)
Qarşı tərəfi dinləməyə hazırıq.