Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Böyük dələduzluq işində sensasion gəlişmə– Özəl

 


► Əfv komissiyası üzvü olan depuatın oğlunun şərikinə 4 vəkil tutublar


► Elnur İbrahimov tezliklə əfv edilərək azadlığa çıxacağından danışır…


Yenixeber.org:  Deputat, Əfv Komissiyasnın üzvü Elmira Axundova oğlu Həbib Axundovun dostu və biznes şəriki Elnur İbrahimova 4 vəkil tutublar. Elnur İbrahimov tezliklə əfvlə azadlığa çıxacağından danışır. Bu haqda daxil olan məlumatda deyilir ki,  hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Elnur İbrahimovun yanına hər gün bir vəkil gedir. Hazırda barəsində Baş Polis İdarəsinin İstintaq Şöbəsində CM-nin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq)maddəsi ilə cinayət işi aparılan Elnur Rauf oğlu İbrahimov Həbib Axundovu yaxın ailəvi dostu və biznes ortağı olaraq iş qurmaq adı ilə vətəndaşlardan pul toplayıb. Bildirib ki, aldığı pullarla Dubaydan Azərbaycana dəftərxana malları gətirib müxtəlif dövlət qurumlarına satacaqlar. Və əldə edilən gəlirdən biznes ortaqlarına şirkətə qoyduqları pullara görə dividend veriləcək. 2-3 aylıq dividend verilişi sonradan dayandırılıb. Məlum olub ki, deputat oğlunun dostu və biznes ortağı Dubaydan heç bir dəftərxana malları gətirmir. Bu sadəcə çoxlu pul toplamaq üçün uydurulmuş bir əfsanə olub. Şirkətdən dividend olaraq verilən pullar da elə bu adla vətəndaşlardan toplanılan vəsaitlərdən verilib. İş üzrə aldadılan şəxslər bu məsələdən agah olandan sonra Elnur İbrahimovu hüquq mühafizə orqanına təhvil vermək qərarına gəliblər.

Deputat Elmira AxundovaDeputat Elmira Axundova

► Məsələyə deputat Elmira Axundova qarışıb.  2013-cü ilin avqustun 5-dəElnur İbrahimov Həbib Axundovun müşayəti ilə Qəbələyə aparılıb. Həmin gün orada yerləşən “Qafqaz resort” oteldə düzənlənən tədbirə qatılan Elmira Axundova Elnur İbrahimovla görüşüb. Bundan sonra aldadılan şəxslərə deputat vəd edib ki, hər kəsin pulları geri qaytarılacaq, sadəcə bəzi dəqiqləşdirilmələr aparılmalıdır. 5 gün sonra – avqustun 9-da isə Elnur İbrahimov ölkədən qaçırılıb. Gürcüstana gedən E.İbrahimov oradan Rusiyaya qaçıb. Bu qaçışdan sonra zərərçəkənlər hüquq mühafizə orqanına üz tutmaqla deputat oğlunun ailəvi dostu Elnur İbrahimovun saxlanılaraq istintaqa cəlb edilməsi üçün hərəkətə keçiblər. Lakin 3 ildən bir qədər artıq müddətdə E.İbrahimovun yerini müəyyən etmək mümkün olmayıb. Azərbaycan polisinin Rusiyadan olan həmkarlarına E.İbrahimovun saxlanılması üçün müraciətləri müəmmalı şəkildə təmin olunmayıb. E.İbrahimovun Rusiya ərazisinə keçirilməsi haqda sorğulara cavab olaraq bildirilib ki, E.İbrahimov Rusiya ərazisinə keçməyib. Gürcüstan hüquq-mühafizə orqanlarından isə qeydiyyat sənədlərinə əsasən belə cavab verilib ki, Elnur İbrahimov Gürcüstandan Rusiyaya keçib. İş üzrə zərərçəkənlər yorulmadan hüquq-mühafizə orqanlarına müraciət etdikləri bir vaxtda deputat və oğlu onlara qarşı məhkəmələrdə iddialar qaldırıb, hüquq mühafizə orqanlarına müraciətlər ediblər. Ən sonda isə Həbib Axundov da hüquq mühafizə orqanlarına müraciət edərək Elnur İbrahimovdan şikayət edib.

► Zərərçəkənlər hesab edirlər ki, Həbib Axundovun Elnur İbrahimovdan şikayəti formal xarakter daşıyır və “görürsüz, mən də zərərçəkənəm” fikririnin formalaşdırılmasına xidmət edir. Axundov ailəsinin ətrafında baş verən bu dələduzluq işindən əvvəl Elnur İbrahimov Həbib Axundov, onun anası deputat Elmira Axundova ilə çox yaxşı münasibətlərdə olub. Ailənin bütün tədbirlərində E.İbrahimov məclisin yuxarı başına keçirilib, deputat onun iştirakı ilə rəqs etməyi xüsusi olaraq xoşlayıb. Bunu sübut edən video da var.

Elnur İbrahimovElnur İbrahimov

E.İbrahimovun qurduğu psevdo-biznesin labüd çöküşündən sonra Elmira Axundovanın məsələyə qarışması da təsadüfi deyil. Onun zərəçəkənlərə qarşı məhkəmə davalarını da sıradan bir hal hesab etmək olmaz.  Elmira Axundova zərərçəkənlərin tərəfindən olmaqdansa, əks tərəfdən çıxış edir. Oğlu Elnur İbrahimovun ölkədən qaçırılmasından 1 il sonra zərərçəkən kimi tanınmaq üçün müraciət edib. Bu günə qədər bu ləngimənin səbəbini izah etmirlər. E.İbrahimovun yaxın ətrafı deyir ki, onu məhkəməyə çıxarıb iş verəcəklər, amma 1-2 ilə əfv fərmanı ilə azad olunacaq. Maraqlıdır ki, zərərçəkənlərə qarşı məhkəmə davaları açan deputat, Əfv Komissiyasının üzvü Elmira Axundovanın oğlu Həbib Axundov zərərçəkən kimi tanınsa da, Elnur İbrahimovun həbs olunub ölkəyə gətirilməsi üçün də heç bir addım atmayıblar.Fərhad Çağtürk/ AzEuroNews.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam