Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Bakıda BİABIRÇILIQ: Şirkət rəhbəri azyaşlılara erməni şokoladları PAYLADI - FOTO

 Yerevanda istehsal olunan şokoladlar dünən İçərişəhərdə yerləşən "Salam Baku" restoranında  azyaşlı üçün təşkil olunan doğum günündə  uşaqlara verilib.
Yenixeber.org: Sonradan şokoladın üzərində istehsal olunan ölkəni görən valideynlərdən biri ad gününü təşkil edən "Lully's Candy Bar and Wedding" şirkətinin əməkdaşlarına öz etirazlarını bildiriblər.
Məsələ ilə bağlı açıqlama verən "Lully's Candy Bar and Wedding" şirkətinin rəhbəri Sevinc Məmmədova faktı Unikal.org-a təsdiqləyib:
"Hadisə dünən paytaxtda keçirilən ad günü mərasimində baş verib. "Salam Baku" restoranında keçirilən ad günündə bu şkoladları uşaqlara paylamışıq. Amma hansı ölkədə istehsal olunduğunu bilmirdim. Şokoladın üzərində yazılar kiçik şriftlərlə olduğu üçün fikir verməmişdim. Bu şokoladları  Kislovodskdan özüm üçün almışdım. Məclisə qoyduğumuz şokoladların daha çox görünməsi üçün bunlardan da istifadə etdim. Sözügedən şokoladların Ermənistan istehsalı olduğu mənə deyildikdən sonra bundan xəbərdar olmuşam". 
Famil Fərhadoğlu
Bakıda uşaqlar üçün əyləncə və ad günləri təşkil edən şirkət rəhbəri azyaşlılara Ermənistan istehsalı olan şokoladlar paylayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam