Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

"Evə qız gətirirlər, qabları yumurlar" - Tələbələrin kirayə problemi

    

"Evə qız gətirirlər, qabları yumurlar" - Tələbələrin kirayə problemi
Bakının kirayə mənzil bazarında canlanma müşahidə edilir. Yeni dərs ilinin başlamasına sayılı günlər qaldığından kirayə evlərə təlabat xeyli artıb. Tələbələr qiymətlərin sui şəkildə artırılmasından şikayətlənirlər.
 Yenixeber.org: Evlərin alqı-satqı məntəqələrinə baş çəkərək hazırki vəziyyətlə maraqlanıb.

Rieltor Sənan Nəsibovun sözlərinə görə, özlərinə vaxtında ev tapan tələbələr indi hansısa problemlə üzləşmirlər. Onlar kirayə pullarını əvvəlcədən ödəyib, ali məktəblərin açılmasını gözləyirlər. 



“İmtahanların nəticəsi bəlli olan kimi özlərinə ev axtaran tələbələr rahatlıqla mənzil tapıblar. Məsələn, Qəbəldən olan bir tələbə gəlib bizdə ev kirayələdi. O, bir aylıq kirayə pulunu əvvəlcədən ödədi ki, mənzil əlindən çıxmasın. Kimlər ki, işini əvvəlcədən görüb, onlar üçün rahatdır. İndi vəziyyət bir az qəlizdir. Oğlanlar həmişə olduğu kimi ev tapmaqda əziyyət çəkirlər. Mənzil sahibləri onlara ev verməyə meyilli olmurlar. Belə baxanda haqlıdırlar da. Çünki evi çirkli saxlamaqla bərabər, bir də görürsən qazı açıq qoyub evi partladırlar, haranısa uçururlar. Biz dəfələrlə belə halın şahidi olmuşuq. Aylarla qab yuyulmur, evi iy basır. Bəziləri də var ki, evə qız gətirir. Qonşular bundan şikayətlənirlər. Amma bunu oğlanların hamısına şamil etmək olmaz. Bu cür qızlar da var. Ev sahibləri daha çox ailəli şəxslərə üstünlük verirlər”, - deyə S.Nəsibov vurğulayıb.



Müsahibimiz bildirir ki, hazırda tələbələr üçün bina evləri minimum 250-300 manata təklif olunur.

"Mikrorayonda iki otaqlı içi dolu evi 300 manata kirayələmək olar. Ən çox kirayə verilən evlər bir və iki otaqlı olur. 200 manata isə bir otaqlı, zəif təmirli evlər təklif olunur. Əgər içində əşya varsa, bir otaqlı evi 250 manata kirayələmək mümkündür. 
Evin əşyaları təzədirsə, onda qiymət 350-400 manat olur. Həyət evlərini isə cavan uşaqların heç biri götürmək istəmir. Götürəndə isə məcburiyyətdən edirlər. Çünki o evlərdə problem çoxdur. Oğlanlar ev sahibi ilə birgə yaşamaq, "işığı, qazı çox işlətdin, evə gec gəldin" kimi problemlərlə qarşılaşmaq istəmirlər”. 

Rieltor qeyd edib ki, kirayə mənzilərin qiyməti şəraitindən asılı olaraq 500-700 manat da ola bilər. 

“Tələbələr əsasən metro yaxınlığındakı evlərə meyilli olurlar ki, yol xərcləri çox çıxmasın və tıxacdan uzaq olsunlar”. 



Digər rieltor Mehman Mehdiyev isə söyləyib ki, kirayə bazarındakı problemlər şəhərdə evlərin sökülməsindən sonra yaranıb. 

“6-7 aydır ki, insanlar belə problemlə qarşılaşırlar. Paytaxtın bəzi yerlərində evlərin sökülməsindən sonra orada yaşayan sakinlər 2-3 illik müqavilə ilə kirayə qalırlar. Bu da kirayə verilən evlərin dövriyyəsini dayandırır. Ona görə də yeni gələn tələblər çətinliklərlər üzləşirlər. Adam var ki qıza, adam da var ki, oğlana kirayə ev verir. Ancaq bütün hallarda vəziyyət pisləşib. Keçən il müraciət edən 10 nəfərdən 3-nə ev tapılırdısa, bu il 9-na tapılmır”. 



M. Mehdiyev həyət evlərinin qiymətlərindən söz açıb: “Həyət evlərinin yaxşıları 250-300 manat olur. Adamın birinə 80-100 manata verirlər. Ancaq indiki cavanlar həyət evlərində qalmaq istəmirlər”. 

Rieltorun sözlərinə görə, valideynlər nisbətən ucuz qiymətə, orta səviyyəli, mərkəzə yaxın mənzillər axtarırlar ki, bunu da tapmaq indiki vəziyyətdə müşkül məsələdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam