Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Qarabağ qazisi, yoxsa dilənçi? -Bu foto hamını kövrəltdi...


Qarabağ qazisi, yoxsa dilənçi?


Dünən “20 Yanvar” metro stansiyasının yaxınlığında çəkilmiş, protezlərini çıxarıb kənara qoymuş bir şəxsin təsvir olunduğu foto sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Yenixeber.org: Qəzet köşkünün arxasında çəkilmiş şəklin qısa müddətdə sürətlə yayılmasına səbəb isə həmin şəxsin Qarabağ qazisi olma iddialarıdır. Eyni zamanda fotonu paylaşıb, ona şərh bildirənlər arasında bu şəxsin qazi yox, dilənçi olduğunu deyənlər də az deyil. 

Fotonun müəllifi jurnalist Əziz Əlibəyli qeyd edib ki, ona bu barədə məlumatı ətrafdakı vətəndaşlar verib. Bildiriblər ki, metroda xidmət edən polis əməkdaşı onu gün ərzində üç - dörd dəfə dikəltsə də, o, yenə yerə yıxılır.


“Qafqazinfo” bu gün həmin şəxsi tapmaq üçün fotonun çəkildiyi ərazidə olub. Qazi olduğu deyilən şəxs orada olmasa da, ətrafdakılar onu tanıdıqlarını, dünən halı pisləşdiyi üçün təcili yardım maşını ilə xəstəxanaya aparıldığını söyləyiblər. Həmçinin ətrafdakı işçilər fotoda təsvir olunan vətəndaşın dilənçi olduğunu təsdiq etməyiblər:

“Həmin şəxsi həmişə burada görmürük. Son 3-4 gündə gəlir, protezlərini çıxarıb otururdu. Nə dilənirdi, nə bir şey. Dünən günorta yolda yıxıldı, təcili yardım çağırdıq, apardılar”.

Əməkdaşımız məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə də əlaqə saxlayıb. Nazirlikdən hazırda məsələ ilə bağlı araşdırma aparıldığını və qısa müddətə həmin şəxsin kimliyi ilə bağlı məlumat veriləcəyini bildiriblər.(qafqazinfo)

Günel Hacı


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam