Redaktor seçimi
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
QARALOV VƏ USUBOVUN “YARIGİZLİ” HƏYATI... -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Günün xəbəri

Məntiqli təkliflər:uğurludur, keçərlidir, gərəkldir


 Yenixeber.org: Hələ o vaxt “Dövlət qulluqçusu” haqqında qanun qəbul edilərkən mətbuatda çıxış edərək qeyd etdim ki, respublikanın əhalsini ağalar qullar dünyasına bölmək olmaz.
MM-nin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsininbu günlərdə kecirilən iclasında “2018-ci llin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı  deputat Əli Məsimi təklif edib ki, “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqqı artırılsın.”
Bu açıq aşkardır ki, nazirliklərdə, baş idarələrdə işə qəbul zamanı qohumlar qabağa itələnir.Qisasıdövlət müəssisələrindəki rəhbər vəzifələri tutanların hamısı biri digərləri ilə qohumluq əlaqələrindədirlər.Mən 46 illikəmək fəliyyətimin 4 ilini təhsildə, 2 lini kommersiya müəssisələrində, 40 ilini dövlət qulluğunda-dövlət kitabxanasının müdiri, soxozda sıravi mühasib,baş mühasib müavini,sonralar dövlət müəssisələrində baş mühasib,Uçot-hesabat şöbəsinin müdiri,baş iqtisadçı, maliyyəçi vəzifələrindəişləmişəm. Təqaüdə gedərkən  keçmiş ittifaq dövründəki vəzifəm dövlət qulluqçusu kimi nəzərə alınmamışdır.Bu günkü təqaüdüm 229 manatdır,yeməsəm bəs edər, cənab Əli Məsimi.SSRİ dağılmışdı, biz vətəndaşlar isə ölməmiş yaşayırdıq. Şəxsi maraqlar xatirinə “DÖVLƏT QILLIQÇISI” qanunu çoxmu vacib idi?
Nə səbəbə görə nazirliklərdə, baş idarələrdə süpürgəçilər,məktub daşıyanlar, katibələr qədər dövlətə xidmətim olmadımı ki, mən ali təhsilli, maliyyə işlərində yüksək vəzifələrdə işləyib dövlətə xidmət göstərə bilmədimmi ki, təqaüdə çıxarılanda “Dövlət qulluqçusu” qanunu mənə şamil olunmadı? Göz dəyməsin belə qanuna...”ƏDALƏT” zəfər çaldı,bəh-bəh.
“Ayağınızı yorğanınıza görə uzadın,-” deyən MM-in sədr müavini Bahar Muradova,İstehsal olunan kənd təsərrüfatı məhsullarının vergiyə cəlb edilməsi təklifini MM sırımağa çalışanakademik Ziyad Səmədzadə və “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqqı artırılsın” təklifini irəli sürən Siz Əli Məsimi heç də təkliflərin məntiqli olub olmaması haqqında yox,ancaq vəzifənizə görə danışmağa söz tapa bilirsiniz.
Cənab Ə.Məsimi! “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqqı artırılsın” təklifini irəli sürəndə təqaüdçüləri də düşünmək lazımdır. Çox təəssüf ki, Sizin təklifiniz daha çox akademik Ziyad Səməzadənin kənd təsərrüfatı məhsulları istehsalının  vergiyə cəlb olunması təklifinə  bənzəyir.Yəni təklifləriniz uğursuzdur-bir tərəflidir. Kimlərəsə yarınmaq, xoş gəlmək xatirinə və ucuz şöhrət naminə  bu formada verilən təkliflər dövlətdə maliyyə böhranı yarada bilər.Əmək haqqının artımı ilə yanaşı DSMF-na ayırmalar yüksələcək və yanınızda əyləşib biznesmenləri idarə edənlər də satılan məhsulların qymətlərini daha çox qaldıracaqlar.Bu formada artımlarda isə təqaüdcülər uduzacaqlar. Bu həmişə belə olub ki,təqaüdün artırılması satış qiymətlərinin artırılmasına uduzub. Əhalini narazı salan   təkliflər praktikada özünü doğrultmur, zorakılıqla da keçərlideyildir.
Ziyad Səmədzadə isə kənd təsərrüfarı məhsullarını vergiyə cəlb etdirmək təklifi dövlətlə kənd təsərüfatı işciləri arasında ziddiyət yaratmaqla yanaşı istehsalın təbii şəraitdən də asılı olduğunu unudur.
Nə qədər ki, səviyyəsiz və mənsəbpərəst şəxslər səlahiyyət sahibidirlər qanunlar da səviyyəsiz tərtib olunacaq və şəxsi maraqlara xidmət edəcək.Anlamaq lazımdır ki, məntiqli təkliflər uğulu və gərəkli ola bilir.
İdarə etmədə qüsurlar tək bu sahədəmi görünür?
Gəncə prospekti 95,97 saylı binalarının zibilxanasından hər səhər yeyilməsi mümkünsüz olub atılan çörəklər işsiz şəxslər tərəfindən kisələrlə daşınıb harayasa aparılır.  Həmin bunaların qarşısından keçən dar yol olduqca elə pis vəziyyətə düşüb ki,piyda vətəndaşlar,xüsusiylə körpələr keçən minik və yük avtomobillərindən qorxu çəkirlər.Yolun tən ortasından qaz trubası qaldırılıb. Liftlər sökülüb dağılır,istismar müddəti bitib. Sürü ilə sahibsiz itlərin sayı çoxalıb.Bax belə  xoşa gəlmzliklərin qarşısını təcili almaq lazımdır.Bu kimi ciddi çatışmazlıqları Xətai Rayon İcra Hakimiyyəti görmək istəmirsə Siz görməyə borclusunuz. Çörəyi zibilliklərə atılan ölkənin ədaləti səlahiyyətli mənsəbpərəst dövlət məmurlarının cibində olar.
Siz Mİllət vəkillərinin icərisində ancaq faktlara əsaslanıb obyektiv  fikirlər söyləyən və təkliflər verən Vahid Əhmədova inanıram.
Bəs hansı təklfləri vermək lazımdır? Cənab Ə.Məsimi,gizlin deyildir ki,respublikada hansı nazirə əl atılırsa milyard dollarla dövlət əmlakını mənimsənilməsi aşkar olur.Keçmiş Azərbaycan BB,Milli Təhlükəsizlik Nazirlyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gömrük Komitəsi,Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi deyilənə əyani sübutdur və bu siyahıya neçələri namizəd ola bilər yox, nazirlik və icra hakimiyyətləri var.
Dövlət əmlakını mənimsəyənlər mənimsədikdən sonra yox, elə ilk andaca məsuliyyətə cəlb olunmalıdırlar. Yəni hüquq mühafizə orqanlarına daha geniş səlahiyyətlər verilməlidir.Bunun ücün yeni qanunlar toplusu işlənib MM-in ratifikasıyasından keçirilməlidir. Daha doğrusudövlətin idarə edilməsi formasında inqilab edilməlidir.
Ə.Məsimi! Atam ikinci dərəcəli müharibə əlili olub və 30 il kolxozda baş mühasib vəzifəsində işləyib.Kecən əsrin 60-cı illərində ölkədə mənsəbpərəstlik həddini aşanda öz ərizəsi ilə 49 yaşında vəzifəsindən azad olub.O, deyirdi:Telefonu götürüb hara lazımdı zənk edirdim ki,  filan-filan əməliyyatlar kolxozda düzgün aparılmır. Məndən suruşulmurdu ki, zənk edən kimdir. Sonrakı gün gəlib aparılan əməliyyatları yerində joxlayır və dediklərimin düzgünlüyünə əmin olunduqdan sonra dələduzluğu törədənlər haqlarına çatdırılırdılar. Oğul,indiki sizin dövrünüz başqa aləmdir-nahaqq haqqı əvəzləyibdir...”N.S.Xruşşovun kəramətindən, Atama 20 rubl məbləğində təqaüd təyin olunsa da həmin pensiyadan imtina etmişdi.
Cənab Ə.Məsimi, sərvət əbədi deyil vəonu mənimsəməklə uzağa getmək mümkünsüzdür.Qazanılan pul vəsaiti və məhsulgöydən yağış kimi tökülmür,ağır zəmət qan–tər hesabına əldə olunur. Sizin təklifiniz yağlı dallara yağlı quyruq bağlamağa xidmət edir.Hər ikinizin bircə yolu var ki, o da vəsifələrinizdən istefa verməkdir.
Respublikada törədilən saysız iqtisadi cinayətlərə yol açan səbəbləri sonradan yox, əvvəlcədən görmək  və təklifləri də bu sahələrdən vermək lazımdır.
              Quliyev Elxan Sarı o.                29.06.2018-ci il.
 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam