Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Ceyhun Bayramov:"AXC 23 aylıq fəaliyyəti dövründə təhsil sahəsində mühüm işlər görüb"

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə Heydər Əliyev adına İdman-Konsert Kompleksində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib


Yenixeber.org: Tədbirdə təhsil naziri Ceyhun Bayramov, BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ali məktəb rektorları, rayon icra hakimiyyətlərinin başçıları, şagirdlər, müəllimlər və KİV nümayəndələri iştirak ediblər.

C.Bayramov bildirib ki, bir neçə gündən sonra Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi tamam olur. Bu tarixin dövlət səviyyəsində qeyd olunması məqsədilə ölkə başçısı sərəncamlar imzalayıb. Buna uyğun olaraq tariximizin öyrədilməsi məqsədilə silsilə tədbirlər keçirilir. Bu möhtəşəm tədbirdə Bakı Şəhər üzrə Təhsil İdarəsi tərəfindən keçirilən xüsusi tədbirlər sırasındadır. AXC-nin yaradılması dövlətçilik ənənələri inkişafında müstəsna rol oynayıb. Bu dövrdə dövlət rəmzləri təsdiq olunub, ana dilimiz dövlət dili statusu alıb, qadınlara seçki hüququ verilib. Bu müddət ərzində təhsil müəssisələri birləşdirilib, Azərbaycan dilində təhsil təşkil olunub, hərbi təhsilin əsası qoyulub, xaricə təhsil almaq üçün tələbələr göndərilib, Bakı Dövlət Universiteti yaradılıb. Millətindən, dinindən, siyasi baxışından asılı olmayaraq, bütün vətəndaşlara eyni hüquqlar verilib. AXC-nin 23 aylıq fəaliyyəti dövründə bütün sahələrdə olduğu kimi təhsil sahəsində də mühüm əhəmiyyətə malik işlər görülüb".

Tədbir gənclərə cümhuriyyət tarixini mənimsətmək, xüsusi istedada malik məktəbliləri ictimaiyyətə tanıtmaq məqsədilə təşkil olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam