Redaktor seçimi
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Eldar Əzizovu Elşən Salahov əvəzləyəcək(?)! –
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Azərbaycan Xalq Cumhuriyyətinin və Silahlı Qüvvələrin yaradılmasının 100 illiyi münasibətilə mərasim təşkil olunub-Ankarada

 

Ankarada ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Azərbaycan Xalq Cumhuriyyətinin və eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubleyi münasibətilə mərasim təşkil olunub

Yenixeber.org: Hər iki ölkənin ay-ulduzlu bayraqları və çiçəklərlə bəzədilmiş parkın girişində iki qardaş ölkənin liderlərinin tarixi görüşlərinin yer aldığı fotolardan ibarət sərgi açılıb. Tədbirə Türkyədən və Azərbaycandan dövlət və hökümət nümayəndələri, ziyalılar, siyasətçilər, millət vəkilləri, 15 iyul hadisəsinin qaziləri, Türkiyədə təhsil alan Azərbaycan hərbiçiləri iştirak edib. Vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra hər iki ölkənin dövlət himinləri səslənib.
Mərasimdə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayil Kahraman, Baş nazirin müavini Hakan Çavuşoğlu, Türkiyə prezidentinin köməkcisi Yalçın Topçu çıxış edib. Çıxışlarda möhkəm təməllərlə qurulan Azərbaycan-Türkiyə münasibətlərinə diqqət çəkilib, zaman-zaman tarixin ən ağır sıanaqlardan keçən iki qardaş ölkənin bütün tövürlərdə bir-birinə dayaq olduğu dilə gətirilib.
Türkiyənin Baş naziri Binəli Yıldırımın mərasimə göndərdiyi təbrik məktubunu onun müavini Hakan Çavuşoğlu oxuyub. “Müstəqillik yolunda yanındayıq, səninləyik can Azərbaycan” deyə müraciət edən baş nazir son illərdə Azərbaycanın uğurlu inkişaf yolundan da söz açıb.
Tədbiriin fəxri qonağı, Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov çıxışında Azərbaycan-Türkiyə münasibətlərinin dərin köklərindən söz açıb, hər iki ölkənin atdığı addımlarda, verdiyi qərarlarda birlik nümayiş etdirdiyini deyib.
Mərasim konsert proqramı ilə davam etdirilib. Xalq artisti Alim Qasımov və əməkdar artist Fərqanə Qasımovanın ifasında muğam səsləndirilib. Proqram atəşfəşanlıqla sona çatIb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam