Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

"Könüllü-Tələbə" təqaüd proqramının bağlanış mərasimi keçirilib

 

 

 

Yarat Müasir İncəsənət Məkanında "Könüllü-Tələbə" təqaüd proqramının bağlanış mərasimi keçirilib

 

Yenixeber.org: Tədbir "Gəncsən? Başla!" şəxsi inkişaf kitabının təqdimat mərasiminin video-hesabatı ilə başlayıb.

Mərasimdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Murdov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev, kitabın müəllifi, doktor, dosent Nadir Adilov və bir sıra rəsmilər iştirak ediblər.

Fuad Muradov bildirib ki, gənclərin kitabdan danışması sevindirici haldır: "Çox şadam ki, bir çox təşkilatlar bu layihəni dəstəkləyirlər. Biz həm qədim, həm də müasir ölkəyik. Gənclər bunu qoruyub saxlamalıdır".

Daha sonra təqaüd proqramının qaliblərinə mükafatlar təqdim olunub.

Sonda qonaqlara gənclərin ifasında canlı musiqi proqramı təqdim olunub.

Qeyd edək ki, aksiyanın əsas məqsədi gənclər üçün pozitiv məşğuliyyət aşılayan peşələrin tanıtımı olub. Azərbaycan Universitetinin Elmi Şurasının müvafiq qərarı ilə nəşr edilən “Gəncsən? Başla!” kitabının satışından əldə edilən vəsait müəllifin şəxsi təşəbbüsü ilə “Könüllü” Tələbə təqaüd proqramına yönəldiləcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam