Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Bakı metrosunda maşinistlərlə bağlıYENİLİK – FOTO

Bakı metrosunda maşinistlərlə bağlı

 

Bakı Metropolitenində hərəkətin təşkilində xüsusi əhəmiyyət kəsb edən lokomotiv parkının istismarı sahəsinin yenidən qurulmasına başlanılıb

 

Yenixeber.org: "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, tətbiq edilən innovativ layihə sayəsində maşinistlərin işi tam yeni standartlara keçirilir, yeni idarəetmə mexanizmlərinə və digər yeniliklərə yol açılır.

Yeniliyin mahiyyətinə uyğun olaraq, layihənin ilk və ən əhəmiyyətli addımı kimi elektrik qatarları maşinistləri üçnövbəli iş rejiminə keçirilib: "İlk baxışda, bu yenilik iş qrafikinin adi dəyişikliyi təsirini bağışlasa da, illərlə formalaşmış və yeni istismar şəraitində özünü doğrultmayan mövcud sistemi əvəzləyərək təfəkkür dəyişikliyinə gətirib. Bu da öz növbəsində psixoloji sədləri aradan qaldıran, əmək məhsuldarlığını artıran əsas amildir. Yeni qayda ilə maşinistlərin bütün sosial tələbləri əvvəlki dövrdən daha uğurla həllini tapıb. Onların maraqları nəzərə alınaraq, evə və iş yerinə daşınması müəssisə tərəfindən tam təmin olunub, həm maşinistlər, həm də müəssisə üçün ən səmərəli qayda tətbiq edilib. Bu da vaxt itkisi, işçinin işdən evə, yenidən iş başına çatmaq qayğısını da tam aradan qaldırır".

N.Paşayev bildirib ki, keçmiş sovet məkanında bu sahədə ilk dəfə tamamilə fərqli düşüncə tərzinin tətbiqinə məhz “Bakı Metropoliteni” QSC-də başlanılıb: "Yeni iş rejimi şəraitində daha bir əhəmiyyətli addım maşinist köməkçiləri vəzifələrinin ləğvidir. Yeni texnologiyaların tətbiqi, ələlxüsus sürətin avtomatik tənzimlənməsi və avtomatik lokomotiv idarəçiliyə keçid, eləcə də, gələcəkdə avtoidarəetmə sistemlərinin nəzərdə tutulması bu vəzifəyə ehtiyac olmayacağını əyani göstərir. Eyni zamanda, maşinistin işini tənzimləyən müvafiq təlimat və digər normativ aktlar da bunu tələb edir. Təcrübə və araşdırmalar göstərir ki, maşinistin köməkçisiz, həm də tək işləməsi özünü nəinki tam doğruldur, həm də daha effektiv və iqtisadi səmərəli, təhlükəsizliyin təminatı baxımından mütərəqqi addımdır. Bu məqsədlə də dünyanın ən aparıcı metropolitenlərinin, iş prinsipləri baxımından Bakı metropoliteninə yaxın olan postsovet məkanı ölkələrinin təcrübəsi öyrənilib. Əksər metropolitenlərdə maşinist köməkçisi vəzifəsi ləğv edilib".

N.Paşayevin sözlərinə görə, bütün proseslərin çevik həyata keçirilməsi məqsədilə “Bakı Metropoliteni” QSC-də hərəkət qatarlarının istismarı üzrə iş departamenti yaradılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam