Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

“Tikinti Təchizat Bərpa” QSC-nin rəhbərinə “stop” qoyuldu -SƏBƏB

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) və bir sıra dövlət qurumlarının milyonluq tenderlərinin qalibi olan şirkətin rəhbərinin ölkədən çıxışı qadağa qoyulub.

Yenixeber.org: Məlumata görə, “Tikinti Təchizat Bərpa” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 2 milyon 234 min 111 manat 83 qəpik vergi borcu yaranıb.

Vergi borcu ödənilmədiyi üçün müvafiq qərarla QSC-nin qanuni təmsilçisi Rauf Əliyev Xanəli oğlunun ölkədən çıxışına məhdudiyyət qoyulub.

“Tikinti Təchizat Bərpa” QSC borca görə öz növbəsində Bakı Apellyasiya Məhkəməsinə şikayət edib.

İşə hakim Şərafət Məmmədovanın sədrliyi ilə baxılacaq.

Bakı Şəhər İcra Hakimiyyətinin tenderlərində qalib elan edilən “Tikinti Təchizat Bərpa” QSC 2021-ci ili 591 min manat xalis mənfəət ilə başa vurub.

QSC 2020-ci ili 401 min manat xalis mənfəət ilə bağlamışdı.

Elə həmin ilər ərzində Bakı Şəhər İcra Hakimiyyətinin, Elm və Təhsil Nazirliyinin və digər dövlət qurumların artıcıl tenderlərində qalib edilib.

Şirkət 2022-ci ilin ortalarından sonra tenderlərdə iştirakla bağlı məlumata rast gəlinmir.(Qaynarinfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam