Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Siqaret və spirtli içkilər nə qədər bahalaşacaq? - AÇIQLAMA

 

Azərbaycanda siqaret və alkoqollu içkilərin aksiz dərəcəsi artırılır. 

Yenixeber.org: Belə ki, aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1000 ədədi üçün 38,5 min manatdan 45,5 manata, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinin hər bir ədədi üçün 0,25 manatdan 2 manata qaldırılır.  İçməli spirtin hər litri üçün vergi dərəcəsi isə 4 manatdan 4,8 manata yüksəldilir.

İqtisadçı ekspert Xalid Kərimli “Ölkə.Az”a açıqlamasında bildirdi ki, aksiz dərəcələrinin qaldırılması qiyməti artıran amildir:

“Lakin siqaret və siqarilla məhsullarında vergi min ədədə hesablandığından hər ədədə düşən artım da cüzi olur. Buna görə də, siqaret qiymətlərində ciddi artım gözlənilirmir. 

Lakin elektron siqaretlərdə aksiz vergisi 25 qəpikdən 2 manata yüksəldilib ki, bu da sözügedən siqaretlərin qiymətinə əhəmiyyətli təsir göstərəcək. Ümumilikdə, qiymətlərdə 1,75-2 manat aralığında artım gözlənilir”. 

Ekspertin sözlərinə görə, vergi artımı spirtli içkilərdə hər litr üçün qiymətlərin 0,5-1 manat aralığında artımına səbəb ola bilər. 

“Vergilərdəki dəyişikliklər bazara ciddi təsir göstərməsə də, qiymətartırıcı faktorlardır”, - deyə X. Kərimli əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam