Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

"İnformasiya təhlükəsizliyi dövlətlərin məsuliyyətini artırır" -Əli Nağıyev

 

Ümummilli Lider Heydər Əliyevin 2002-ci ildə təsdiq etdiyi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya"nı sonrakı illərdə Prezident İlham Əliyevin uğurla inkişaf etdirməsi nəticəsində ölkəmiz sənaye inqilabı üzrə regional mərkəzə çevrilməkdədir.

Yenixeber.org xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Bakıda keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbirinin açılışında bildirib.


"Ümidvaram ki, kiberhücumların simulyasiyası ilə həyata keçiriləcək “Kibermüharibə” yarışı ölkəmizin əldə etdiyi təcrübəni daha da təkmilləşdirməyə, tərəfdaş ölkələrlə kibertəhlükəsizlik sahəsində mövcud münasibətləri inkişaf etdirməyə, gələcək əməkdaşlıq üçün yeni üfüqlər müəyyən etməyə yardımçı olacaq", - deyə o qeyd edib.

"Ölkəmizin elmi-texniki tərəqqisində mühüm rol oynayan informasiya və kommunikasiya texnologiyalarının dinamik inkişafı bu sahədə təhlükəsizlik risklərinin idarə edilməsini və informasiya infrastrukturunun kibertəhdidlərə qarşı dayanıqlığının artırılmasını labüd edir. Bu isə öz növbəsində kibertəhülkəsizliyin təmin edilməsində yeni yanaşmalar tələb edir. İnformasiya təhlükəsizliyi etibarlı təminat baxımından dövlətlərin məsuliyyətini xeyli artırır. Təsadüfi deyil ki, kritik informasiya infrastrukturunun kibermüdafiə qabiliyyətinin gücləndirilməsi müasir dövrün ciddi əhəmiyyət kəsb edən çağırışlarından və təhlükəsizlik üzrə vacib vəzifələrindən hesab edilir", - deyə Ə.Nağıyev əlavə edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam