Dövləti və milli maraqlara xidmətin Əli Nağıyev nümunəsi-Portret cizgiləri
Yenixeber.org: Neçə ay öncə Moskva alimlərindən biri Əli Nağıyevin yanına göndərdilər
- Get – dedi. Danışmışam. Nə lazımdı edəcək.
Onda Əli Nağıyev Korrupsiyaya Qaşı Mübarizə İdarəsində çalışırdı, müavin idi.
O, isə getmədi. Gedə bilmərəm – dedi. Tanımıram - əlavə elədi. Və sonra məndən xahiş etdi ki, ona yardımçı olum... Bu adam məşhur fizik idi. Kvant fizikası üzrə İsraildə tədqiqatlar aparırdı... (o, ləyaqət sahibi olduğundan belə anlarda həmişə adını gizlədib...)
Polis yardımçı oldu. Sonra aşağı gözlənilmədən birisi düşdü. Mən onu tanısam da, kənara çəkildim... Əyninə boz pencək geymiş, gözünə saxta bir eynək taxan, ovurdları hər iki tərəfdən batmış... (təsvir üçün qələmə gəlmədi) birisi düz onun qabağında dayandı: - Ə kişi – dedi, çıx get burdan. Əli müəllim deyir ki, burdan çıxsın getsin... Bir də gəlmə bu yerlərə.
... Əslində fizikin nə üçün getdiyini bilmirdim. Heç soruşmadım da. Amma bilirdim ki, ömründə birinci dəfə idi gəlirdi. Sifətinə sanki ilan zəhəri sürtülmüş, göyümtül gözlərindən zəhər tökülən bu eynəkli adam mənim üçün əsər qəhrəmanına çevrildi. Amma hələ yazmadım. Yazacam ki, qoy ailəsi də, nəsli də... övladları da onu tanısınlar. Qürbət eldə ad-san qazanmış bir istedad sahibinin ürəyini qırmaq nə deməkdi. O hələ heç kim bilmədi ki, nə istəyirdi Əli müəllimdən. Mən bu gün bu yazını Yerusəlimə göndərəcəm. Və deyəcəm ki, qardaşım Əli müəllim – adı ilə ürəyin qırılmış general Əli Nağıyev sən düşünən adam deyil. Əli Nağıyev bu gün cəmiyyətlə paylaşdığım Əli Nağıyevdi...
Araşdırmalar zamanı məlum olub ki, “OPEK” neft ilə işləyən ABŞ-ın yeni hərbi kəşfiyyat təyyarəsi (təyyarə həm də bombardmançıdır) “EM-Bİ-22-Ospri”. Ölkənin HHQ cədvəlində diqqəti cəlb edən ən bahalı təyyarələrdəndir.
Amma sınaq müddətində bu təyyarə Şimali Karolinada qəzaya uğradı. Ötən ilin aprel ayında isə (2018) Maran hava limanında (Arizono Ştatı) yerə enərkən qəzaya uğradı. Nəticədə enmə zolağı sıradan çıxdı, 19 əsgər həlak oldu, Admiral – Dəniz Qüvvələri Korpusunun komandanı C.Cone bu təyyarəyə minməyi qadağan etdi.
Araşdırmalar göstərdi ki, mühərriklər onun üçün ayrılmış yanacağı tez söndürür, -yanacağın gücü mühərriklərə çatmır. “Bell helikopter teketron” və “Boinq” müştərək şirkətlərin elmi-tədqiqat laboratoriyaları aydınlaşdırdılar ki, Bakı nefti mövcud mühərrikləri hərəkətə gətirmək iqtidarına malik olan yeganə yanacaq növüdür.
Lakin artıq bu istiqamətdə düşünməyin özü sadəlöhvlük yaradırdı. Həmin yanacağın möhürlənmiş ərazisi – yatağı artıq satılmışdı. Dövlət Təhlükəsizlik Komitəsinin Arxivlərinə “açar” salınmışdı. Hakimiyyətə gəlmiş Xalq Cəbhəsinin tam məxfi idarəyə soxulmuş əməkdaşları özlərilə bağlı agentura sənədlərini axtarıb, sıradan çıxarır... yandırmaqla məşğul idilər. Materialların bir qismi isə əllərdə İran, Rusiya, Türkiyə... emissarlarına satılırdı. (Heç kəs gələcək tarix üçün “Agent” kimi yaşamaq istəmirdi. Amma anlamırdılar ki, DTK-nin arxivlərindən heç nə aparmaq mümkün olmur...) Bir tərəfdən də Azərbaycan iqtisadiyyatını təşkil edən neft sektoru ilə bağlı Respublikanın neft ərazilərinin ehtiyat
yataqlarının “məskənləri”ni işarə verən layihələr oğurlanıb, satılırdı. Biz həmin vaxt ölkənin layihə institutlarının qarşısında növbə tutmuş ingilis, amerikan, yəhudi, fransız, iranlı, kanadalı, rusiyalı... neft mühəndislərinin, iş adamlarını görürdük... və susurduq. Amma həmin vaxt Azərbaycanın milyardlarla manatı oğurlanırdı...
Sadəcə bütün bunları anlamaq üçün sadəcə vətəndaş olmaq lazım idi. Həmin vaxt ölkəmiz üçün vətəndaş ola bilmədik. Əksinə bəziləri ağına-boğuna baxmadan... ingilislə, amerikalı ilə, yəhudilə... Ailə qurmağı, qız verib, qız almağı, qohum olmağı şərəf işi hesab etdilər...
Dövlət Təhlükəsizlik Komitəsi isə susurdu, iflic olmuşdu. Ağrılı, acılı günlərə dözməyən təhlükəsizlik generallarından biri (DTK-generalı) öz otağında güllələnmiş... halda tapıldı... Faktiki DTK-si dağıdılmışdı... Bu Azərbaycan Xalq Cəbhəsinin DTK-nə hücumlarından biri idi. O da baş tutmuşdu.
Sonra xarici emissarlar Azərbaycan Qızıl və digər Dağ-Mədən yataqlarının oğurlanmış, xəlvəti yolla əldə etdikləri layihələri bazara çıxarıb satdılar. Və təəssüf edirəm ki, bundan sonra emissarlar Azərbaycanın genetikasına hücum etdilər... tayfa və nəsilləri üz-üzə qoydular. Bütün istiqamətlərdə Azərbaycanın strategiyaları it-bata düşdü.
Araşdırmalarımıza görə bax, elə həmin aylarda Azərbaycan ərazisində sağalmaz bir yaranın – xərçəng sindromlarının epidemiyasının əsası qoyuldu. (Mən hələ də anlaya bilmirəm: - necə ola bilər ki, ana bətnində olan uşaqda xərçəngin sindromları görünsün... Bütün bu bəlanın kökü ölkəmizə daşınan, pulsuz və təmənnasız evlərə... uşaqlara, məktəblərə...ailələrə verilən ərzaq bağlamalarında, iynə, dərmanlarda idi... O, bu gün də davam edir. Fikrimcə Ərzaq və yaxud Qida Təhlükəsizlik İdarəsini dağıtmaq və yenidən qurmaq maraqlı olardı. Şübhəsiz bu cəsarət tələb edir...)
Reyter Agentliyinin (London) Azərbaycanın iqtisadi kəşfiyyatı ilə bağlı açıqlamaları ciddi xəbərdarlıq idi. Ən ağrılısı bu idi ki, ölkənin Saatlı-Sabirabad zonasında xərçəng sindromlarından ölən uşaq və anaların... ayrıca qəbiristanlığı salınmışdı.
İqtisadi Kəşfiyyatın olmaması Azərbaycanın belini qırmış, onu yeni problemlərlə üz-üzə qoymuşdu. Bank sistemində bir neçə bank hesablamalara görə 8 bank çirkli pulların daşınmasında və yuyulmasında iştirak edir, qara bazarlarda arxeoloji qazıntılar zamanı əldə edilmiş qədim sikkələrin-qiyməti məlum olmayan qızıl əşyaların satışında vasitəçilik edirdi. İqtisadi balans pozulmuşdu. ABŞ mətbuatı Azərbaycanın İnfrastrukturlarında, xüsusən yolların çəkilişindəki, körpülərin qurulmasındakı yeni evlərin tikilməsi üçün “Baksovet” adlı bədnam qurumun aldığı milyon manatlarla aldığı rüşvətlərdən... məxfi qaydalarla saxlanılan qumarxana və fahişəxanalardan... doğum evlərində doğulan uşaqların satılmasından... yazırdı. Bizim TV və KİV isə zurna və dolmanın bizim olmasından yazır, buna müzakirələr açırdı. Şübhəsiz, biz bütün bunlara qayıdacağıq... Əlavə oxumaq istəyən varsa, ABŞ-ın Linkoln və Böyük Britaniyanın Kral kitabxanalarında üstündən məxfilik qrifi götürülmüş təqribən bir milyonluq səhifəsi olan qovluqları vərəqləsinlər. (Azərbaycan Respublikasının –
yeni qurulan və strateji əhəmiyyəti misilsiz olan ölkənin, dövlətin bütün bu ağırlığını Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi çəkirdi).
Araşdırmalara görə yeni təyin olunan, lakin respublikanı gözəl tanıyan, onun kadrlarına bələd olan eks-prezident Heydər Əliyev materiallarla tanış olduqdan sonra Dövlət Təhlükəsizlik Komitəsini dağıdaraq, Milli Təhlükəsizlik Nazirliyini qurdu. Nazirliyin nəzdində İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi yaratdı və 1958-ci ildə Naxçıvanın Babək rayonunda anadan olan Əli Nağı oğlu Nağıyevi həmin idarəyə rəis təyin etdi. (o vaxta qədər Əli Nağıyev Komitədə müxtəlif qurumlarda çalışmış, güclü kadr kimi formalaşmışdı). O, həm də Milli Təhlükəsizlik Nazirinin müavini idi.
Nyu-Yorkda (ABŞ) nəşr olunan (qəzet həmçinin Çikaqoda böyük nüfuza malikdir) “Çikaqo Tribyun” qəzeti 2005-ci ilin dekabr nömrələrində biri-birinin ardınca yazılar dərc olundu. Yazılarım müəllifi Rassel yazırdı ki, neft ölkəsi olan Azərbaycan Nigeriya kimi (o da neft ölkəsidir) dağılmadı. Mahir dövlət siyasətçisi, ölkənin Prezidenti İqtisadi Cinayətkarlığa qarşı Mübarizə İdarəsi ölkəni iqtisadi dağıntıdan saxladı. Təhlükəsizlik zabiti Əli Nağıyev (sonradan o, nazirliyin general-mayoru oldu) Prezident Heydər Əliyevin kadrı kimi özünü təsdiq etdi. Güclü və sərt mövqeyə malik olan general Əli Nağıyev iqtisadi cinayətkarlığa qarşı mübarizəni şiddətləndirdi. “... Heç kəs onun qarşısında dayana bilmir və yaxud könüllü təslim olurdu... Əli Nağıyev və onun nazirlikdəki dəstəsi bir gündə təqribən ölkədən bir milyard dollar çıxarmağa cəhd edən cinayətkar bir dəstəni ifşa etdi... Azərbaycanda deyirlər ki, general-mayor Əli Nağı oğlu Nağıyev Vətənə, millətə, ölkə başçısı Heydər Əliyevə... ümumən Əliyevlər ailəsinə vicdan və ləyaqətlə xidmət edir. Azərbaycan şifahi xalq ədəbiyyatında belə bir məsəl tez-tez çəkilir:
““Yüz ölç, bir biç”. Görünür Prezident Heydər Əliyev Əli Nağı oğlu Nağıyevin təyinatında səhv etməmək üçün yüz ölçüb, bir biçib”.
Xatırladım ki, general Əli Nağıyev Azərbaycanda keçirilməsi mümkün sayılan onlarla İqtisadi dağıntıya səbəb ola biləcək mitinq və yığıncağın qarşısını alıb.
ABŞ Konqresinin kəşfiyyat sənədlərində isə çox ciddi və maraqlı sənədlər var.
Azərbaycan Dövlət Təhlüəkəsizliyi Nazirliyinin işi və mövqeyilə bağlı görülən işləri əhatə edən “MəXfi Arayışlarda” (indi məxfilik qrifi götürülüb. Oxumaq sərbəstdir) Oxumaq sərbəstdir) general-mayor Əli Nağıyev işinə yüksək qiymət verilir. Sənədlərdən məlum olur ki, general Əli Nağıyev keçmiş İttifaqın respublikaları sırasında Mütəşəkkil Cinayətkarlığa və iqtisadi sabotaja qarşı, bir başa dövləti sarsıdan cinayətkar dəstələrə qarşı amansız mübarizə aparan təhlükəsizlik generallarındandır. Azərbaycan təhlükəsizlik qüvvələrindən yazan və onu təhlil edən professor Haynte Fromm general-mayor Əli Nağıyev haqqında yazır ki, mən onu lap yaxından və yaxşı tanıyıram: “...O, (yəni general Nağıyev) bir cinayətin üstünə hücum edib, onu məhv edərkən onu Polifen kimi amansız və qəddar kimi görürdüm. Sonra qalib çıxdıqdan sonra... mən onu Axill kimi alicənab və şöhrətpərəst, lap sonda isə Aristid kimi mərd və ədalətli görürdüm. O, hədsiz dərəcədə səxavət və mürvət sahibidir...”
Araşdırma materiallarında oxuyuruq ki, şəxsən Azərbaycan Prezidentinə və onun ailəsinə qarşı hücuma hazırlaşan terrorçu qrupların məhv edilməsində onun əməyi
qiymətsizdir. İntelligen səviyyəsinə sayılıb, həmçinin xalqın və millətin rəğbətini, hörmət və ehtiramını qazanan generallardan biridir.
...Araşdırma materiallarına görə hələ 2005-ci ilin martın 12-də Bakı ABŞ səfirliyində Əli Nağıyevlə bağlı araşdırmalar aparılır. (Xatırladım ki, 2005-ci il, martın 16-da, 1372 saylı sərəncamla Əli Nağı oğlu Nağıyev Milli Təhlükəsizlik nazirinin müavini təyin olundu).
Həmin vaxt Bakıya təşrif gətirən ABŞ MKİ-nin generallarından olan Robert Qordon, Louenkori Barri, Corc Kolt, Armetron Fluton... Əli Nağı oğlu Nağıyevlə görüşmək, tanış olmaq istəyində olduqlarını bildirsələr də... müəyyən rütbə sahibləri buna mane oldular. Çünki amerikalı generallar artıq proqnoz vermişdilər ki, Azərbaycan Respublikasının gələcək Milli Təhlükəsizlik Naziri məhz Əli Nağıyev olacaq. (Bu adi proqnozdu. Amma hesablamalar özünü təsdiq etdi) Məlumata görə həm İstihbaratda (Türkiyə), həm MKİ-də (ABŞ), həm “Mossad” da (İsrail), həm Mİ-6-da (İngiltərə)... xüsusi xidmət orqanlarında bir qorxu və gərginlik var idi. (Dənizkənarı Park artıq İngilislərin öz agentlərilə görüş yerinə bura çevrilmişdi...)
Bakıda özfəaliyyətini “Müdafiə strategiyası” prinsipilə quran, güclü iqtisadi və hərbi strateji informasiya blokları olan “Pennzoyl” neft şirkətinin prezidenti general Tom Hamilton: “Cənab Prezident! 9 qaz kompressorundan 7-si tamamilə istismara verilmiş və qaz vurmağa hazırdır. Mən razılıq hissi ilə qeyd edirəm ki, dünən axşamdan sahilə qaz vurmağa başlanmışdır. Biz qaz kəmərinin sınaqdan çıxarılmasını sona çatdırmışıq. Qazın yığılması layihəsi indi Azərbaycan üçün yeni bir işdir. Fəxr edirik ki, mavi yanacaq Azərbaycanın ehtiyacları üçündür və qışda evləri qızdıracaqdır (?) Bu layihə bizə imkan verdi ki, təbii ehtiyatları milli ehtiyatlara çevirək...” (?) Bu onun Nigeriyadakı çıxışının təkrarı idi. O vaxt sadəcə sıravi zabit olan Əli Nağıyev bütün bunları bilirdi. Amma məqam gözləyirdi...
“Pennzoyl” neft şirkətinin başçısı, general Ceyms Peym isə Azərbaycan Prezidentini 1997-ci ilin avqust ayının 2-də Hyustonda (ABŞ) əmin edir: “...Əmin olun ki, 907-ci maddə məhz bu payızda (1997) aradan qaldırılacaqdır...”
“Konoko” şirkətinin Prezidenti general Arqu Bunxam: “...ABŞ konqresinin 1992-ci ildə “Azadlığı Müdafiə Aktı”na qəbul etdiyi 907-ci düzəlişin aradan qaldırılmasına yaxından kömək göstərəcəyimə əmin olun və bu sahədə ciddi iş aparacağıma söz verirəm...”
“Bi-Pi-AMOKO” şirkətinin nümayəndəsi general Maykl Taypehet: “...Biz 907-ci maddədən xəbərdarıq. Bu ədalətsizliyin aradan qaldırılması üçün hər cür köməklik göstərəcəyik...”
“Frontera resursuz” neft şirkətinin prezidenti general Uilyam Uayt: “...Biz əlaqələrimizin dairəsini həmişə genişləndirəcəyik. Çalışacağıq ki, Ermənistanla Azərbaycan arasında münaqişə sülh yolu ilə aradan qaldırılsın. Vaxtilə qəbul olunmuş 907-ci düzəlişin ləğv edilməsi istiqamətində əlimizdən gələni edəcəyik”.
“Şevron” neft şirkətinin prezidenti general Riçard Matske: “...ABŞ konqresinin vaxtilə qəbul etdiyi 907-ci düzəlişin aradan qaldırılması üçün “Şevron” şirkətinin göstərdiyi səylər böyükdür (?). 907-ci düzəlişin ləğv olunması barədə konqresmen Piter Rinqin irəli sürdüyü layihənin yüksək qiymətləndirirəm (Bu layihədən Bakının xəbəri varmı?)...” “Con Vinq ənd Çarli Uilson” neft şirkətinin prezidenti
general Çarli Uilson: “Azərbaycanda səmərəli (?) fəaliyyətimizi bundan sonra da davam etdirəcəyik. 907-ci düzəlişin tezliklə aradan qaldırılmasına əməli köməklik göstərəcəyik...”
“Yunokal” şirkətinin prezidenti general Con Ayms: “...Cənab Prezident! Biz 907-ci düzəlişin qüvvədən düşməsi yolunda ciddi çalışırıq. Sizə səfir Con Mareskanı da təqdim edirəm. O da, 907-ci maddənin ləğvi üçün səylə çalışır...”
“Eksson” neft şirkətinin prezidenti, general Terri Kuns: “...Cənab Prezident! Siz bu gün fəxri texaslı seçildiniz, mən isə burada doğulmuş texaslıyam (Texas ştatı) və ona görə də indi özümü Sizinlə bir növ qan qohumu sayıram... (?) Çalışacağam ki, “Eksson” şirkəti nəyin bahasına olursa-olsun, 907-ci düzəlişi ləğv etsin. Bu istiqamətdə bizim öz proqramımız var...”
“Şell” neft şirkətinin (bu şirkət ABŞ-ın Hollandiya və Böyük Britaniya ilə birgə şirkətidir) icraçı direktoru, Admiral Filip Vate: “...Biz Azərbaycanın haqq işini həmişə müdafiə edəcəyik... Azərbaycan əleyhinə 907-ci düzəlişin ləğvi üçün çalışacağıq ki, ədalət bərpa olunsun...”
“Mobil” neft şirkətinin prezidenti, general Bill Skolins: “Cənab Prezident! Mən Sizə şirkətin direktorlar şurasının sədri cənab Notonun salamlarını və xoş arzularını çatdırıram. ABŞ konqresinin 1992-ci ildə qəbul etdiyi ədalətsiz 907-ci düzəlişin ləğv edilməsi sahəsində səylərimiz çoxdur və nəticəsi də olmalıdır...”
“AMOKO” korporasiyasının direktorlar şurasının sədri general Lourens Fuller: “...ABŞ konqresinin “Azadlığı müdafiə aktı”na 1992-ci ildə qəbul etdiyi ədalətsiz düzəlişin tezliklə ləğv olunacağına inanıram. Bu yolda bizim şirkət də xeyli iş görüb...” Hətta bəziləri Heydər Əliyevi müqaviləyə qol çəksin deyə, ona Dədə Qorqud dedi...
Kİm nə qədər istəyirdi... aparırdı. Məlumata görə xüsusi hesablamalar aparan Əli Nağıyev bütün bunlarla bağlı heç kəsə demədən ölkə başçısına doğru cəsarətli bir addım atır. Onun adına məktub yazır.
...Çekist, ölkənin iqtisadi cinayətkarlığına və terroruna qarşı mübarizə aparan general Əli Nağı oğlu Nağıyev 20 iyun 2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin 1274 nömrəli sərəncamı ilə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin edildi. Bir həftə sonra isə iyunda ona general-leytenan hərbi rütbəsi verildi.
Vaxt gözləmir. O dəyişir. Azərbaycan tədricən insana qol-qanad verən, onun haqqını qaytaran islahatlar meydanına çevrilir.
Mən bilmirəm, bəlkə də Dövlət Təhlükəsizlik Xidməti əvvəlki adına, imzasına qayıtdı. Çünki, bu Ulu Öndərin ilk fərmanlarından idi. Hiss edirəm ki, qurum öz şərəfli adına qayıdacaq. Buna ehtiyac var.
General Əli Nağıyevin çox sakit, intellekt səviyyəsi yüksək olan, mədəni, ləyaqət sahibi olan ailəsi, nəsli var. Məsələn onun qardaşı Sabir Nağıyev Xüsusi Dövlət Müdafiə Xidmətinin generalıdır. O, 2013-cü ildən general-mayordur.
Vəli Nağıyev isə Respublika Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavinidir. General-leytenant hərbi rütbəsini daşıyır.
Nağıyevlər nəsli Azərbaycanda yeganə nəsildir ki, onun üç generalı var. Əliyevlər nəsli Azərbaycanda yeganə nəsildir ki, onun iki Ali Baş Komandanı var...
Fransanın tanınmış ictimai-siyasi xadimi, Jorj Buffe Parisdə nəşr olunan “Millətə məktub” qəzetinə verdiyi müsahibədə xatırladırdı: “...Sənin öz millətini qoyub,
özgə millətlə fəxr etməyə haqqın yoxdur. Və həmişə Sizi gözləyir... ləyaqətli, şərəf və şöhrət gətirən övladlarını görəndə onlara baş əy, təzim et, sev onları. Çünki onlar da səni sevir”.
Rövşən Novruzoğlu
politoloq, Milli Təhlükəsizlik məsələləri üzrə ekspert