Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Pensiya yaşının 50-55-ə endirilməsini istəyənlər fərqində deyillər ki...”

 

“Azərbaycanda effektiv pensiyada olma müddəti 15 ildir və bu rəqəm dünyada olan ən yüksək rəqəmlərdəndir”. 

Yenixeber.org xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə “Heydər Əliyev -100: Müasir Azərbaycan - sosial rifah və sosial ədalət dövləti” mövzusunda keçirilən elmi-praktik konfransda bildirib: “Biz pensiya sistemini dağıtmaq istəyiriksə, istənilən əsası olmayan fikirlər səsləndirmək olar. Gəlin deyək pensiyada qalmaq yaşı 30 il olsun. Amma bunun əsasında rəqəmlər, iqtisadi hesablamalar dayanmalıdır axı”. 

Nazirin sözlərinə görə, gənclər arasında işsizlik həmişə ümumi işsizlikdən üstün olacaq: “Bu, təbii haldır, dünyanın hər yerində onlar üçün iş tapmaq çətin olacaq. Bunun üçün proqramlar olmalıdırmı, bəli olmalıdır və biz bir çox proqramlar, layihələr üzərində işləyirik.

Bundan əlavə, bəzi şəxslər mövzunu başqa yerə aparırlar. Deyirlər pensiya yaşı 50-55 yaşa endirilməlidir. Bunu deyən şəxslər fərqində deyillər ki, araşdırma aparmadan dedikləri bu fikirlər Azərbaycanın gələcəyi üçün nələr vəd edir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam