Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Sumqayıt və üç rayonda onlarla ağac qanunsuz kəsilib, təbiətə 40 min manat ziyan vurulub

 

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində müxtəlif regionlarda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb.

Bu barədə Yenixeber.org a Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Araşdırmalar zamanı Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsi, Beyləqan rayonunun Sitilçilik qəsəbəsi, Lənkəran rayonunun Günəhir, İsmayıllı rayonunun Quşencə və Diyallı kəndləri ərazisində meşə fonduna daxil olmayan, ümumilikdə 130 ədəd müxtəlifcinsli ağac və kolun qanunsuz kəsilməsi nəticəsində təbiətə 40 min manatdan çox ziyan vurulması müəyyən edilib.

Aşkar edilmiş faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1 və 259.2.4-cü (xeyli və külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam