Redaktor seçimi
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Günün xəbəri

Pənah Hüseyinov yenidən Prezidentə və baş prokurorluğa müraciət etdi -VİDEO

Pənah Hüseyinov  yenidən Prezidentə və baş prokurorluğa müraciət  etdi -  VİDEO


Beyləqan rayon Əhmədli kənd sakini Hüseynov pənah saytımız vasitəsilə prezidentə və Baş Prokurorluğa müraciət edib.

Yenixeber.org: Sözügedən müraciətin bir nüsxəsi də redaksiyamıza daxil olmuşdur.
Müraciəti olduğu kimi təqdim edirik:

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə
Surəti: Azərbaycan Respublikası Baş Prokurorunun müavini cənab Elmar Camalova
Surəti: Nərimanov rayon Prokurorluğuna
Surəti: Nərimanov rayon İcra şöbəsinə
Nərimanov rayon Prokurorluğunun (müstəntiq Təbriz Atakişiyev) icraatında olan 180066081 saylı cinayət işi üzrə zərərçəkmiş şəxs Hüseyinov Pənah Hüseyn oğlu tərəfindən (Beyləqan rayonu, Əhmədli kənd sakini, Tel.: 050-541-27-11)
ŞİKAYƏT ƏRİZƏSİ
Hörmətli cənab Prezident!
Hörmətli cənab Baş Prokuror!
Bildirirəm ki, mən Beyləqan rayonu, Əhmədli kənd sakiniyəm. 60 yaşım var. Bütün kənd sakinləri kimi, mən də düz 40 ildir ki, kənd təsərrüfatı ilə məşğulam. Uzun illər ağır şəraitdə işləmişəm. Son illər xəstəlikdən əziyyət çəkirəm və mütəmadi olaraq müalicə qəbul edirəm.
Onu da bildirirəm ki, Mərkəzi Klinik Xəstəxananın həkimi Niyaməddin həkimin (Tel.: 050-205-66-11) “Renessans-S” MMC-nin tərkibində fəaliyyət göstərmiş “Medistyle” hospitalın uroloq-androloqu “professor” Mamedov Qardaşxan Arif oğlunun (Tel.: 050-367-32-32) və Türkiyədən gələn həkim Bülənt Alıcının üzərimdə apardığı əməliyyatların fəsadları nəticəsində, demək olar ki, şikəst oldum.
Mən həmin şəxslər tərəfindən aldadılmışam və bunun nəticəsində mənə külli miqdarda maddi və mənəvi ziyan dəymişdir. Göstərilənlərlə əlaqədar tərəfimdən 30 mart 2018-ci il tarixdən bu günə qədər aidiyyəti orqanlara saysız-hesabsız (təqribən 1000-ə (bir minə) yaxın!!!) müraciətlər edilmişdir.
Nəticədə 17.07.2018-ci il tarixdə Nərimanov rayon Prokuroru tərəfindən toplanmış material üzrə CM-in 314.1-ci maddəsi ilə 180066081 saylı cinayət işi başlanılmış, cinayət işi bu günə qədər müstəntiq Təbriz Atakişiyevin icraatındadır. Həmin cinayət işi üzrə ekspertiza rəyləri, şahid ifadələri alınmış və mən 24.07.2018-ci il tarixli qərarla zərərçəkmiş şəxs qismində tanınmışam.
Uzun sürən istintaqdan sonra, nəhayət 05.08.2020-ci il tarixli qərarla həkim Bülənt Alıcı təqsirləndirilən şəxs qismində cəlb olunmuş və Azərbaycan Respublikasının hüdudlarından kənarda olduğundan, barəsində axtarış elan olunmuş və cinayət işi üzrə icraat dayandırılmışdır.
Mənim üçün bu günə qədər müəmmalı olaraq qalan hal isə odur ki, həkim Qardaşxan Mamedov və Niyaməddin həkimin nə cinayət işi üzrə istintaq, nə də inzibati iş üzrə məhkəmə tərəfindən təqsirli bilinmədi.
Qeyd edim ki, məhz 3 ildən artıq müddət ərzində aidiyyəti orqanlara müraciət etdikdən sonra “Renessans-S” MMC inzibati məsuliyyətə cəlb edilmişdir.
Belə ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin Nərimanov rayon prokurorluğu ilə birlikdə apardığı araşdırmalar nəticəsində Nərimanov rayonunda yerləşən “Renessans-S” MMC-nin tərkibində fəaliyyət göstərmiş “Medistyle” hospitalının qanunsuz fəaliyyəti nəticəsində Hüseyinov Pənah Hüseyn oğlunun hüquqlarına və sağlamlıqlarına xələl vurulması faktları aşkar edilmiş, Azərbaycan Respublikası Baş Prokurorunun müavini Elmar Camalov tərəfindən Azərbaycan Respublikası İXM-in 192.1 (İşəgötürən tərəfindən Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin işə cəlb edilməsinə görə) və 578.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansın işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraat baxılması üçün aidiyyəti üzrə Nərimanov rayon məhkəməsinə göndərilmiş, Nərimanov Rayon Məhkəməsinin (hakim Tural Ələkbərov) inzibati xəta haqqında iş üzrə 03.09.2020-ciil tarixli, 3(005)-1512/2020 saylı qərarı ilə “Renessans-S” MMC İXM-in 192.1- ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 25.000 manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir.
Beləliklə, həmin qərarla mübahisəsiz qaydada müəyyən olunur ki, iddiaçı xəstəliklə əlaqədar “Renessans-S” MMC-nin tərkibində fəaliyyət göstərmiş “Medistyle Hospital”da həkim Qardaşxan Mamedov tərəfindən müayinə edilmiş, həkimlər Qardaşxan Mamedov və Bülənt Alıcı tərəfindən 2018-ci ildə iki dəfə əməliyyat edilmiş, hüquqi şəxs “Renessans-S” MMC onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs Ağayev İmran Əli Ağa oğlu MMC-nin direktoru vəzifəsində işləyərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən və Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələbləri pozulmaqla iş icazəsi alınmadan fiziki şəxs - əcnəbi həkim Bülənt Alıcını 09.02.2018-ci il və 30.04.2018-ci il tarixlərdə “Renessans-S” MMC-nin tərkibində fəaliyyət göstərmiş “Medistyle Hospital”da Hüseyinov Pənah Hüseyn oğlunun əməliyyatının həyata keçirilməsinə cəlb etmiş, həmin əməliyyatlar zamanı həkimlərin ehtiyatsızlığı nəticəsində səhvinə görə Hüseyinov Pənah Hüseyn oğlunun qanunla qorunan mənafelərinə mühüm zərər vurulmuş, bu hal, qanuni qüvvəyə minmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03.09.2020-ciil tarixli, 3(005)-1512/2020 saylı qərarı ilə, həmçinin təqsirləndirilən şəxs qismində cəlb olunma barədə qərarda öz təsdiqini tapmışdır.
Məlumat üçün bildirək ki, yuxarıda adı çəkilən qanuni qüvvəyə minmiş Nərimanov Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 03.09.2020-ciil tarixli, 3(005)-1512/2020 saylı qərarında qeyd edildiyi kimi, “Renessans-S” MMC-nin rəsmi rəhbəri (o cümlədən onun tərkibində fəaliyyət göstərmiş “Medistyle” hospitalının təsisçisi və faktiki rəhbəri) Ağayev İmran Əli Ağa oğludur.
Həmin Ağayev İmran Əli Ağa oğlu ki, o, həm də Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi olmuş və ona Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə istintaqı aparılır. Qeyd dim ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə istintaqı aparılan həmin cinayət işi üzrə mən dəvət edilsəm də, ifadəm çox gec, yəni istintaq qurtarandan sonra alınmış, nəticədə heç bir tədbir
görülməmişdır.
Hazırda isə müəyyən olunur ki, həm Azərbaycan Respublikası Baş Prokurorunun müavini Elmar Camalov tərəfindən başlanılmış inzibati xəta haqqında işdə, həm də həmin işə baxmış Nərimanov Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 03.09.2020-ci il tarixli, 3(005)-1512/2020 saylı qərarında “Medistyle” hospitalının “Renessans-S” MMC-nin tərkibində fəaliyyət göstərməsi, yəni “Medistyle” hospitalının müstəqil hüquqi şəxs olmaması qeyd edilsə də, əslində “Medistyle” MMC müstəqil hüquqi şəxs kimi mövcud
olmuş, “Medistyle” MMC-nin Nizamnaməsi təsisçi Ağayev İmran Əli Ağa oğlu olmaqla, 03.02.2017-ci il tarixdə hüquqi şəxs kimi dövlət qeydiyyatına alınmışdır.
Belə ki, məlum olmuşdur ki, hətta “Medistyle” MMC ilə “Renessans-S” MMC-nin hüquqi və faktiki ünvaları da eynidir, hazırda rekvizitləri belədir: “Medistyle” MMC (VÖEN 2004174451, qeydiyyat N 2004174451, qeydiyyat tarixi 03.02.2017-ci il, Ünvan: Bakı şəh., Nərimanov ray., Ak.Həsən Əliyev küçəsi 116, təsisçi Ağayev İmran Əli Ağa oğlu, direktor Həsənov İlyas Şasuvar oğlu).
Ən asası isə odur ki, Nərimanov Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə 03.09.2020-ciil tarixli, 3(005)-1512/2020 saylı qərarında göstərilir: “Araşdırma zamanı “Renessans-S” MMC-nin nümayəndəsi Hüseyinov Nüsrət Məzahir oğlu izahatında göstərmişdir ki, “Medistyle” hospital 2004-cü ildən 2019-cu ilin yanvar ayına qədər “Renessans-S” MMC-yə məxsus olmuş, işəgötürən qismində MMC-nin direktoru Ağayev
İmran Əliağa oğlu çıxış etmişdir”.
Beləliklə, göründüyü kimi, “Renessans-S” MMC-nin nümayəndəsi Hüseyinov Nüsrət Məzahir oğlu izahatında həm Azərbaycan Respublikası Baş Prokurorunun müavini Elmar Camalov tərəfindən başlanılmış inzibati xəta haqqında işdə Baş Prokurorunun müavinini, həm də həmin işə baxmış Nərimanov Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə Məhkəməni aldatmış, yəni yalan ifadə verərək, guya Hüseyinov Pənah Hüseyn oğlunun 2018-ci ildə iki dəfə əməliyyat edilməsi zamanı “Medistyle” hospitalın “Renessans-S” MMC-yə məxsus olmasını göstərmiş, bununla da “Medistyle” MMC-nin məsuliyyətdən yayınmasına nail olmuşdur. Halbuki, bir daha qeyd edirik ki, həmin vaxt “Medistyle” MMC müstəqil hüquqi şəxs kimi mövcud olmuşdur.
Məlumat üçün bildirək ki, Hüseyinov Nüsrət Məzahir oğlu o vaxt və hazırda həm də “Medistyle” MMC-nin hüquqşünasıdır və “Medistyle” MMC-nin hüquqşünası qismində bu yaxınlarda KİV-ə verdiyi müsahibəsində tamamilə fərqli, yəni izahatında göstərilənlərə əks (zidd) mövqe bildirmiş, bununla həm də ölkə ictimaiyyətini aldatmağa cəhd etmişdir (həmin müsahibə sosial şəbəkələrdə vardır).
Diqqət çəkən daha bir vacib məqam odur ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin əməkdaşları da inzibati xəta haqqında iş üzrə səthi araşdırma aparmış, həmin araşdırma zamanı “Medistyle” MMC-nin 03.02.2017-ci il tarixdən hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması halını araşdırmamış və müəyyən etməmiş, yalnız “Renessans-S” MMC-nin nümayəndəsi Hüseyinov Nüsrət Məzahir oğlunun yalan izahatına inanaraq və ona istinad edərək, qanunsuz qərar qəbul etmiş, yəni “Medistyle” MMC-ni məsuliyyətə cəlb etməli olduqları halda, “Renessans-S” MMC-nin məsuliyyətə cəlb edilməsi üçün işi məhkəməyə göndərmiş, bununla da Məhkəmənin də yanlış qərar qəbul etməsinə şərait yaratmışlar.
Nəhayət, bir fakda ondan ibarətdir ki, Ağayev İmran Əliğa oğlu öz nümayəndəsi (hüquqşünası) Hüseyinov Nüsrət Məzahir oğlu və digərləri ilə əlbir olmaqla müxtəlif adlarda hüquqi şəxslər təsis edərək, gah həmin hüquqi şəxslərin təsisçisi, gah da qanuni təmsilçisi qismində çıxış edərək, ictimaiyyəti aldadaraq, vətəndaşların savadsızlığından sui-istifadə edərək, onların külli miqdarda vəsaitlərini ələ keçirir, bu faktlar araşdırıldıqdan sonra həmin hüquqi şəxslərin məsuliyyət məsələsi ortaya çıxanda, məsuliyyətdən yayınmaq üçün dərhal fəaliyyəti dayandıraraq, yeni adda hüquqi şəxslər yaradaraq, başqa ad altında, lakin eyni ünvanda, eyni kontingent ilə fəaliyyətini davam etdirir. Təəssüf ki, bu və digər bu kimi hallar isə aidiyyəti orqanlar tərəfindən, o cümlədən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin əməkdaşları tam və obyektiv araşdırılmır, müvafiq hüquqi qiymət verilmir.
O da müəyyən olunur ki, Ağayev İmran Əliağa oğlu barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildikdən sonra “Renessans-S” MMC-nin bütün əmlakı özgəninkiləşdirilmiş, hesablarından vəsaitlər çıxarılmışdır.
Bu hərəkətləri etməkdə “Renessans-S” MMC-nin rəhbəri Ağayev İmran Əliağa oğlunun və onun həm “Renessans-S” MMC-də, həm də “Medistyle” MMC-də hüquqşünası Hüseyinov Nüsrət Məzahir oğlunun hiyləgər məqsədi ondan ibarət olmuşdur ki, gələcəkdə barəsində inzibati qərar qəbul edilərək təqsirliliyi sübuta yetirilmiş “Renessans-S” MMC-yə qarşı qaldırılacaq mülki iddia üzrə onu məsuliyyətdən yayındırmağa nail olsunlar. Və həmin şəxslər buna müəyyən mənada nail olmuşlar.
Beləliklə, göründüyü kimi, “Renessans-S” MMC-nin və “Medistyle” MMC-nin rəhbəri Ağayev İmran Əliağa oğlunun və onun hər iki MMC-də hüquqşünası Hüseyinov Nüsrət Məzahir oğlunun hiyləgər hərəkətləri nəticəsində nəinki mən, həmçinin prokurorluq və məhkəmə orqanları da aldadılmış, nəticədə həmin şəxslər və onların səhlənkar əməkdaşları tərəfindən mənə külli miqdarda maddi və mənəvi ziyan dəymişdir.
Ona görə də, hesab edirəm ki, həmin şəxslərin müvafiq məsuliyyətə cəlb edilməsi üçün təcili və qəti tədbirlər görülməlidir.
Hörmətli cənab Prezident!
Hörmətli cənab Baş Prokuror!
Qeyd edilənləri nəzərə alıb, - “Medistyle Hospital”ın həkimi Bülənt Alıcı ilə yanaşı, uroloq-androloq həkimi Qardaşxan Mamedov, Mərkəzi Klinik Xəstəxananın həkimi Niyaməddin həkimin cərrahi əməliyyat düzgün aparılmadığına və məni aldatdıqlarına görə müvafiq məsuliyyətə cəlb edilməsi, - yalan izahat verərək, “Medistyle” MMC-ni məsuliyyətə cəlb edilməkdən yayındırmış, həmin ifadə ilə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin əməkdaşlarını aldatmağa nail olmuş, bununla da Məhkəmənin yanlış qərar qəbul etməsinə şərait yaratmış “Renessans-S” MMC-nin nümayəndəsi Hüseyinov Nüsrət Məzahir oğlunun və ona bu səlahiyyəti vermiş Ağayev İmran Əliğa oğlunun müvafiq məsuliyyətə cəlb edilməsi, - Ağayev İmran Əliğa oğlunun öz nümayəndəsi (hüquqşünası) Hüseynov Nüsrət Məzahir oğlu və digərləri ilə əlbir olmaqla müxtəlif adlarda hüquqi şəxslər təsis edərək, gah həmin hüquqi şəxslərin təsisçisi, gah da qanuni təmsilçisi qismində çıxış edərək, ictimaiyyəti aldadaraq, vətəndaşların savadsızlığından sui-istifadə edərək, onların külli miqdarda vəsaitlərini ələ keçirməsi, bu faktlar araşdırıldıqdan sonra həmin hüquqi şəxslərin məsuliyyət məsələsi ortaya çıxanda, məsuliyyətdən yayınmaq üçün dərhal fəaliyyətini dayandıraraq, yeni adda hüquqi şəxslər yaradaraq, başqa ad altında, lakin eyni ünvanda, eyni kontingent ilə fəaliyyətini davam etdirməsi və digər bu kimi halların tam və obyektiv araşdırılması və müvafiq hüquqi qiymət verilməsi, - mənə - Hüseyinov Pənah Hüseyn oğluna vurulmuş ziyanın ödənilməsi, - “Medistyle” MMC-nin inzibati məsuliyyətə cəlb edilməsi üçün Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə və Nərimanov rayon Prokurorluğunmüvafiq göstəriş verməyinizi və - göstərilənlərlə əlaqədar Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırmanı və Nərimanov rayon Prokurorluğunun icraatında olan 180066081 saylı cinayət işini xüsusi nəzarətə götürməyinizi xahiş edirəm.
Qoşma: 1. Nərimanov Rayon Məhkəməsinin (hakim Tural Ələkbərov) inzibati xəta
haqqında iş üzrə 03.09.2020-ciil tarixli, 3(005)-1512/2020 saylı qərarının surəti.
2. Hüseyinov Nüsrət Məzahir oğlunun müsahibəsinin mətni.
3. “Renessans-S” MMC-nin Nizamnaməsinin surəti.
4. “Medistyle” MMC-nin Nizamnaməsinin surəti.

İmza:____________ Hüseyinov Pənah Hüseyn oğlu
21.09.2021-ci il "


Xatırladaq ki, Pənah Hüseynov bir neçə ay öncə də həm rəsmi olaraq, həm də redaksiyamız vasitəsilə sözügedən qurumlara müraciət edib, onu səhv əməliyyat edən həkim tərəfindən dəymiş maddi, mənəvi ziyanın ödənilməsini tələb etmişdi.



Pənah Hüseynov eyni tələblə yenidən Prezident və Baş Prokurorluğa müraciət ünvanlayıb.



Pənah Hüseyinov  yenidən Prezidentə və baş prokurorluğa müraciət  etdi -  VİDEO

Pənah Hüseyinov  yenidən Prezidentə və baş prokurorluğa müraciət  etdi -  VİDEO

Pənah Hüseyinov  yenidən Prezidentə və baş prokurorluğa müraciət  etdi -  VİDEO

Pənah Hüseyinov  yenidən Prezidentə və baş prokurorluğa müraciət  etdi -  VİDEO

Pənah Hüseyinov  yenidən Prezidentə və baş prokurorluğa müraciət  etdi -  VİDEO

Pənah Hüseyinov  yenidən Prezidentə və baş prokurorluğa müraciət  etdi -  VİDEO

Pənah Hüseyinov  yenidən Prezidentə və baş prokurorluğa müraciət  etdi -  VİDEO

Pənah Hüseyinov  yenidən Prezidentə və baş prokurorluğa müraciət  etdi -  VİDEO

Pənah Hüseyinov  yenidən Prezidentə və baş prokurorluğa müraciət  etdi -  VİDEO

Pənah Hüseyinov  yenidən Prezidentə və baş prokurorluğa müraciət  etdi -  VİDEO

Pənah Hüseyinov  yenidən Prezidentə və baş prokurorluğa müraciət  etdi -  VİDEO

Pənah Hüseyinov  yenidən Prezidentə və baş prokurorluğa müraciət  etdi -  VİDEO

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam