Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

Ramiz Rzayev Hakimlər İttifaqına sədr seçildi

 

Azərbaycan Respublikasının Hakimlər İttifaqı təsis edilib.

Yenixeber.org xəbər verir ki, bu gün respublikada fəaliyyət göstərən hakimləri, habelə hakim vəzifəsindən təqaüdə çıxmış şəxsləri birləşdirən Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının, Ümumi Məhkəmə Hakimləri və İxtisaslaşdırılmış Məhkəmə Hakimləri İctimai Birliklərinin Ümumi yığıncaqları keçirilib.


Azərbaycan Respublikasının Hakimlər İttifaqının təsis edilməsi barədə qərar qəbul olunub, yeni qurumun nizamnaməsi qəbul edilərək, idarəetmə orqanları formalaşdırılıb.

Nizamnamə ilə nəzərdə tutulan qaydada açıq səsvermə yolu ilə keçirilmiş seçkilər əsasında Ramiz Rzayev sədr, Sənan Hacıyev və Ələddin Cəfərov sədr müavinləri, Tahir Kazımov, Abiddin Hüseynov, Səadət Bektaşi, Vəli Abdullayev, Nuru Quliyev, Hökümə Babayeva, Ramin Qaraqurbanlı və Əsəd Mirzəliyev İdarə heyətinin, Günay Axundova, Fərid İsmayılzadə və Səlim Allahverdiyev Nəzarət Təftiş Komissiyasının üzvləri seçilib.

Eyni zamanda, İttifaqın tərkibində daimi əsaslarla fəaliyyət göstərəcək Beynəlxalq əlaqələr, Məhkəmə-hüquq islahatları, Tədris və etika məsələləri, Hakimlərin hüquq və qanuni maraqlarının müdafiəsi və Kommunikasiya məsələləri komissiyaları təsis edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam