Redaktor seçimi
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Günün xəbəri

Nizaminin icra başçısı Bədəl Bədəlova BATA BİLMİR? -MÜRACİƏT

"Sizə bu məktubu bir qrup Nizami rayon sakini adından yazırıq. Şikayətimiz isə Dövlət Neft Şirkətinin keçmiş vitse-prezidenti Bədəl Bədəlovdandır. Rayounumuzun NZS adlanan hissəsində, Babək prospektində hektarlarla torpaq sahəsi Bədəl Bədəlov tərəfindən zəbt olunub. Illər uzunudur davam edən işğal prosesi nəticəsində bu ərazidə - Neft Şirkətinin balansında olan bu torpaqlarda bütöv bir şəhər salınıb. Bu şəhərin “memarı” isə Bədəl Bədəlovdur".
Yenixeber.org: Bu barədə redaksiyamıza daxil olan müraciətdə deyilir.


Müraciət müəllifləri daha sonra yazır: "Nizami rayonunun NZS ərazisində hektarlarla torpaq sahəsini “işğal edən” cütlük bu illər ərzində həmin torparlarda hər biri 1,5-2 sot ərazini əhatə etməklə minlərlə ev inşa edib, bu evlərin satışından milyonlarla manat vəsait əldə edib. Halbuki, biz sadə vətəndaşlar özümüzün, övladlarımızın mənzilə, həyətyanı əraziyə olan ehtiyacımızı təmin etmək üçün yarım sot torpaq tapa bilmirik. Bu məqsədlə dəfərlə icra hakimiyyəti və bələdiyyəyə müraciət etsək də, bizə bildirirlər ki, balansımızda rayon sakinlərinə verə biləcəyimiz torpaq sahəsi yoxdur.
Soruşanda ki, bəs niyə NZS-dəki torpaq sahəsindən rayon sakinlərinə 1 sot da olsun torpaq verilmir, İqlar adlı yetkili bildirir ki, o torpaqlar bizim yox, Dövlət Neft Şirkətinin balansındadır və bu torpaqların aqibətinə Bədəl Bədəlov qərar verir.
Artıq neçə ildir ki, Bədəl Bədəlov Nizami rayonu ərazisindəki neft torpaqlarını işğal etmək, bu torpaqlarda fərdi yaşayış evləri tikərək satmaqla məşğuldur. Onun şəxsi ambisiyaları isə Nizami rayon sakinlərini evsiz-eşiksiz qoyur. İş o yerə çatıb ki, dədə-babadan NZS ərazisində yaşayan insanlar belə övladları, nəvələri üçün rayon ərazisindən 1 sot torpaq tapa bilmir.
Neft torpaqlarının zəbt edilməsində bu torpaqların qoprunmasına cavabdeh olan Bədəl Bədəlovun yaxıdnan iştirakı isə xüsusilə təəssüf doğurur. Uzun illər Dövlət Neft Şirkətinin vitse-prezidenti kimi neft torpaqlarının kütləvi zəbtini həyata keçirən Bədəl Bədəlov, bu gün də həmin torpaqlar üzərində şəxsi biznesini davam etdirməkdədir.
Biz bütün əlaqədar dövlət qurumlarından xahiş edirik ki, Bədəl Bədəlovun Nizami rayonu ərazisindəki özbaşınalığına, qeyri-qanuni biznesinə son qoysun. NZS-dəki neft torpaqlarını zəbt olunmasının qarşısını alınsın, bu torpaqlarda inşa edilən tikililər sökülsün. Nizami rayon sakinlərinə məxsus torpaqlardan onların istifadəsinə şərait yaradılsın.
Ümid edirik ki, bu müraciətimiz öz bəhrəsini verəcək və uzun illərdir ki, davam edən bu problem nəhayət ki, öz həllini tapacaq".
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq.(dia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam