Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Boğulmaların artım səbəbi Xəzərdəki zəlzələdir? -Açıqlama

Son günlər çimərlikdə boğulmaların sayı artıb. Mövsüm açılandan ehtiyatsızlıqdan, eləcə də nəzarətsiz çimərliklərdə boğulma halları ilə bağlı kifayət qədər məlumat paylaşılıb. Lakin buna baxmayaraq, insanlar təhlükəsizlik tədbirləri olmayan çimərliklərdə üzməyə, özlərinin və yaxınlarının həyatlarını riskə atmağa davam edirlər.
Yenixeber.org: Boğulmaları Xəzər dənizində qeydə alınan zəlzələlərlə bağlayanlar da az deyil. Bir neçə gün ard-arda qeydə alınan yeraltı təkanların çimərliklərdə sürüşmələrə səbəb olduğu, bu səbəbdən də dənizdə suyun dərinliyinə getməyən bir neçə şəxsin sürüşmə səbəbindən boğulduğu iddia edilir
Bəs əslində, yeraltı təkanlar dənizdə bu cür hallara səbəb ola bilərmi?
Məsələ ilə bağlı Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli  açıqlamasında son günlər Xəzərdə hər hansı dəyişikliklərə səbəb ola biləcək qədər güclü yeraltı təkanların qeydə alınmadığını deyib:
“Çimərlik ərazilərində suyun altında çuxurlar əmələ gəlib. Lakin buna səbəb yeraltı təkanlar deyil. Bir neçə gün öncə müşahidə edilən güclü küləklər dənizdə dalğaların sayını artırdı. Külək də suda burulğanlar yaradıb. Qum səthində də torpaq sürüşməsi, çuxurların yaranmasına səbəb budur. Aidiyyəti qurumlar əhaliyə müraciət edib, küləkli hava şəraitində çimərliyə getməməyi tövsiyə ediblər.
Lakin təəssüf ki, gənclər, eləcə də kifayət qədər yaşlı insanlar bu məqamlara diqqət etmirlər. İnsan öz təhlükəsizliyini birinci özü düşünməlidir. Bu diqqətsizlik səbəbindəndir ki, son günlər Mərdəkanda, Buzovnada, Siyəzəndə, Şüvəlanda boğulma halları olub. Bu məsələyə çox diqqətli yanaşmaq lazımdır, dəniz zarafatı sevmir”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam