Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Badamdarda qorxunc sürüşmə, Abutalıbov və Əzizov səbəbləri açıqladı-"Hamısı qanunsuz tikililərdir, söküləcək..." (Yenilənib)

 

Əməkdaşımız Gülnar Əliyeva Bakının Səbail rayonu, Badamdar şossesindəki sürüşmə zonasından xəbər verir ki, hadisə  ilə bağlı ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyevin rəhbərliyi altında qəragah yaradılıb. Bunu  jurnalistlərə açıqlamasında nazirliyin mütəxəssisi Əziz Qaralov bildirib.

Yenixeber.org: Ə.Qaralovun sözlərinə görə, ərazidə aktivlik oktyabr ayının birindən başlayıb: “Həmin gündən nazirlikdə xüsusi qərargah yaradılıb. Mütəmadi olaraq hər gün müşahidələr aparılıb. Bu gün səhər saat 08:00 radələrində aktivlik gərgin vəziyyətə gəldi və sürüşmə baş verdi. Sürüşmənin eni 300 metrdən artıq olan ərazidə üstündə istinad divarları ilə birlikdə yamac boyu asfalta doğru irəllədi və nəticədə  yolun bir hissəsi torpaq qatının altında qalıb".

Əziz Qaralov qeyd edib ki, ərazinin təsir dairəsi təminən 11 yaşayış binası  və iki obyekti əhatə edir:"Dünən müvafiq qurumlar tərəfindən sakinlərə xəbərdarlıq edilib. Su, qaz, işığıv verilməsi dayandırılıb. Hazırda aktivlik müşahidə olunur".

Nazirlik rəsmisi qeyd edib ki, sürüşmə ilə bağlı xəritə hazırlanıb:"Sürüşməninn təsir dairəsi nə qədər evə zərər gəlməsi barədə məlumat hazırlayıb, Nazirlər Kabinetinə təqdim etmişik. Hazırda ərazidə gərginlik var. Bu ərazi 2012- ci ildə sürüşmə müşahidə olunurdu. 2013-cu ildə istinad divarları tikilib. Amma o vaxtdan sürüşmə hadisəsi qeydə alınmayıb. Bu ayın əvvəlindən ərazidə gərginlik yenidən başladı və bu gün baş verən proses davam edir".

*   *   *11:35

Əməkdaşımız Bakının Badamdar qəsəbəsi yaxınlığında, Bayıl yamacında dünəndən başlamış qorxunc torpaq sürüşməsi ilə bağlı vəziyyəti izləmək üçün hadisə yerindədir.

Baş nazirin müavini Hacıbala Abutalıbov hadisə yerində jurnalistlərə açıqlamasında deyib ki, sürüşməyə təkan verən bu ərazidəki qanunsuz tikililər və Badamdardakı villaların kanalizasiya sularıdır.

Hacıbala Abutalıbov açıqlamasında qeyd edib ki, bu ərazidə tikilən evlər qanunsuzdur:

"Yolun aşağısında restoran da sürüşür, onun fəaliyyəti dayandırılıb, çayxana da təhlükəli yerdədir. Bir ev də qəzalı vəziyyətdə olduğu üçün sökülüb. Vəziyyət çox gərgindir. 

Bu gün səhər saat 9-dan sürüşmə artıb və davam edir. Köçürülən 11 ailə öz qohumlarının evlərinə gediblər. Müvafiq qurumlar rəy versə ki, burada yaşayış mümkün deyil, hamısı söküləcək. Amma burada kompensasiyadan söhbət gedə bilməz, çünki hamısı qanunsuz tikililərdir. Onu tikənlər də bilirdilər ki, bura sürüşmə zonasıdır, amma yenə tikirdilər. İki gün öncə tikilən divar var burada. Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətinə göstəriş vermişəm ki, qanunsuz tikililər sökülsün. Heç birinin sənədi yoxdur".

H. Abutalıbovun sözlərinə görə, ən böyük bəla ondadır ki, buradakı və sürüşən təpənin arxasındakı binaların kanalizasiya xətti yoxdur. Yeraltı su ötən ilə nisbətən 18 metr yuxarı qalxıb. Halbuki 6 nasos gecə gündüz bu ərazidə işləyir: “Sürüşmə zonasının altında 4-6 metr dərinlikdə çuxurlar yaranıb. 32 metrlik svaylar vurulub, amma sürüşmə 42 metr dərinlikdə aktivdir. Hazırda bura heç bir müdaxilə mümkün deyil. Yolun aşağısındakı digər evlərə rəsmi xəbərdarlıq edilib, lakin rəyə görə onları hər hansı təhlükə gözləmir. Sürüşmənin səbəbi sudur, əsas isə kanalizasiya sularıdır. Hazırda ən təhlükəli vəziyyətdə olan yuxarıda 11 ev, aşağıda restoran, çayxana və 1 evdir”.

 

 Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov isə deyib ki, baş verənlər təbii fəlakətdir, səbəblər barədə danışmaq tezdir.   O xatırladıb ki, bütün dünyada, o cümlədən XVIII əsrdə Badamdarda yaşayış olmasa da sürüşmələr qeydə alınıb: “İnsan fəaliyyəti yalnız bu sürüşmələri sürətləndirə bilər. İlk dəfə XIX əsrin ortalarında Bayıl qəsəbəsində sürüşmə olub”.

Kanalizasiya sisteminin olmamasının prosesi sürətləndirməsi məsələsinə gəlincə isə Əzizov qeyd edib ki, bu hadisəni  kanalizasiya sistemi ilə bağlamaq olmaz: “Birincisi, ekspert rəyininin təqdim olunmasını gözləməliyik. Hər halda bugünkü vəziyyət təhlükəlidir. Hazırda təhlükəsizlik tədbirləri müvafiq qurumların nümayəndələri tərəfindən görülüb. Alimlərin rəyinə əsasən burada post qurulub.   

Həmçinin, vaxtilə bu ərazidə tikinti  tikməyə qərar verən adamlar da məsuliyyət daşımalıdır. Onlar landşaftı görəndə tikintinin məqsədəuyğun olmadığını bilməli idilər”.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planaalma ekspedisiyasının mütəxəssisləri növbətçilik rejimində Badamdar - 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində müşahidələri davam etdirirlər. Bu barədə virtualaz. org-a nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib. O, qeyd edib ki, ən son məlumata görə sürüşmənin dinamikasında aktivlik davam edir.

“Sürüşmə kütləsini saxlamaq üçün 2013 cü ildə inşa edilmiş istinad divarı yamac boyu 4-5 metr aşağıya irəliləmiş, həmin istinad divarında hipsometrik olaraq, sürüşmə kütləsi hərəkət edərək avtomobil yoluna tökülmüshdür. Proses aktiv fazadadır”.

İ. İbrahimova həmçinin qeyd edib ki, sürüşmə ərazisi aidiyyəti qurumların nümayəndələri tərəfindən nəzarətindədir və insanların həyatı üçün təhlükə yoxdur.

*   *   *09:58

Bakının Badamdar qəsəbəsində baş vermiş sürüşmə sahəsindəki vəziyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən fasiləsiz nəzarətdə saxlanılır.

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova virtualaz.org-a açıqlamasında ETSN-in əməkdaşlarının hadisə yerində olduqlarını və ərazini daim nəzarətdə saxladıqlarını bildirib. İ.İbrahimova vurğulayıb ki, sürüşmə zonasında yaranan vəziyyətlə əlaqədar nazirlik tərəfindən hər səkkiz saatdan bir məlumat veriləcək, əhali və təşkilatlara xəbərdarlıq ediləcək.

ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, nazirliyin mütəxəssisləri sürüşmə zonasında növbətçilik rejimində çalışırlar. Sürüşmənin dinamikasında aktivlik davam etdiyindən hər saatdan bir ərazidə müşahidələr aparılır.(virtualaz)

Bu dəqiqələrə olan ən son məlumata görə, Badamdar şossesində (Badamdar-20-ci sahəni birləşdirən yol) torpaq qatı asfaltın üstünə qədər gəlib.

İ.İbrahimovanın sözlərinə görə, sürüşən torpaq qatının eni 250 metrdən, uzunluğu isə 200 metrdən çoxdur. Sürüşmə qatının hündürlüyü 15 metrdən artıqdır.

Mətbuat katibi sürüşmənin dinamikasında aktivliyin davam etdiyini də açıqlayıb.

Xatırladaq ki, ötən gün günorta saatlarında Bakının Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolun kənarındakı yamacda sürüşmə aktivləşib. Hadisə nəticəsində həmin yolda hərəkət məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin sahibinə evləri müvəqqəti boşaltmaq tapşırılıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam