Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

“Nar” müştəri məmnuniyyəti üzrə göstəricilərini artırmağa davam edir

 “Nar” 2023-cü ilin ilk yarısında keçirilən sorğular əsasında göstərdiyi xidmətlərlə bağlı müştəri məmnuniyyəti göstəricilərini açıqlayıb.

Yenixeber.org: Günün istənilən saatında xidmətə hazır olan “Nar”ın 777 Çağrı Mərkəzinə son altı ayda 800 000-ə yaxın abunəçi müraciəti daxil olub və orta hesabla onlara 2 dəqiqə ərzində cavab verilib. Ötən illə müqayisədə məmnunluq göstəricisi 2% artaraq 91,4% olub.

“Nar” xidmət mərkəzlərinə cari ilin keçdiyimiz dövründə müxtəlif sorğularla müraciət edən 20 000-dən çox abunəçinin 98%-i mobil operatorun göstərdiyi xidmətlərdən razılıqlarını bildiriblər. Müştərilərin bu xidməti seçməsinin əsas səbəblərindən biri daha rahat xidmət təqdim edən yenilənmiş “Nar” mağazalarının istifadəyə verilməsidir. Bu ilin ilk yarısında yeni standartlara cavab verən 7 “Nar” mağazası təqdim edilib, ilin sonuna qədər isə 12 “Nar” mərkəzi üstün müştəri xidməti üçün hazır vəziyyətə gətiriləcək.

1 milyondan çox abunəçi isə müraciətini “Nar+” tətbiqi vasitəsilə edib. Onların orta hesabla 87,4%-i bu tətbiq üzərindən rahat şəkildə cavab alıblar. Bundan başqa, “Nar”-ın sosial media komandası 40 mindən çox ismarıca operativ reaksiya verib. Müraciətlər daha çox tariflər, internet paketləri və nömrə ilə bağlı əməliyyatlar haqqında olub.

Müştəri təcrübəsinin hər zaman yüksəldilməsinə diqqət yetirən “Nar” davamlı olaraq abunəçilər üçün daha rahat istifadəyə yönəlik təkmilləşdirmələr aparır.                                                                                                                               

Nar hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Nar son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam