Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Dünyada selektiv abortlara görə Azərbaycan artıq ilk sıralarda deyil

“Qız uşaqlarının ana bətnində məhv edilməsi üzrə, yəni selektiv abortlara görə Azərbaycan dünyada artıq ilk sıralarda deyil”.

Yenixeber.org:  Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qurumun 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.

O bildirib ki, bu problemin aradan qaldırılması üçün zəruri tədbirlər görülür:

“Ailənin planlaşdırılması məsələsi ilə bağlı gənc ailələrlə danışıqlar aparılır.

Bu istiqamətdə qanun layihəsi hazırlanır. Milli Məclisinin gündəliyindədir. Həmin qanun qüvvəyə mindikdən sonra qadınlara reproduktiv yardımın verilməsinə zəmin yaradacaq. Hazırda isə aidiyyəti qurumlar bu məsələni ciddi nəzarətdə saxlayırlar. Təhlillər aparılır, nəticələr müzakirə edirlər. Qızlara qarşı beyinlərdə mentallaşan yanlış düşüncələrlə, ayrı-seçkiliklə mübarizə davam edir. İctimai qınaq bu məsələdə bizə çox kömək edir. Ciddi şəkildə bu məsələ ilə məşğul oluruq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam