Redaktor seçimi
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Günün xəbəri

Orta aylıq pensiya 18 faiz artıb -Nazirlik

Cari ilin 6 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 16 faiz (402 milyon manat) çox olmaqla 2 milyard 843 milyon manat vəsait yönəldilib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, bu ilin əvvəlindən reallaşdırılan növbəti sosial islahat paketi çərçivəsində minimum pensiya da fevralın 1-dən 240 manatdan 280 manata çatdırılıb. Keçən il pensiyaçılara verilən maddi yardımlar 2023-cü ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilərək pensiyaları artırılıb. Həmin artım tətbiq edildikdən sonra pensiyaların 2022-ci il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilərək artırılması təmin edilib. 

Pensiyaların orta aylıq məbləği son 6 ayda 18 faiz artaraq 433 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 466 manata çatıb. 

Bu ilin yanvar-iyun ayları ərzində 18 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 89,5 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam