Redaktor seçimi
Maliyyə nazirinin müavini Azər Bayramov rektora “krışa”lıq edir(?)! -
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
Günün xəbəri

AHİK daha 7000 ailəyə ərzaq yardımı edib-FOTOLAR

Mayın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın xilaskar oğlu Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Respublikanın rayonlarında yaşayan 4500 aztəminatlı ailə, o cümlədən şəhid və qazi ailələri üçün ərzaqla dolu avtomobil karvanı yola salınıb.

Yenixeber.org: Bundan başqa, Naxçıvan Muxtar Respublikasında yaşayan həmin kateqoriyadan olan 2500 ailəyə də ərzaq verilib. AHİK-dən başqa, sahə həmkarlar ittifaqları da bu ərəfədə bütün bölgələr üzrə qeyd etdiyimiz kateqoriyadan olan ailələrə ərzaq yardımları göstərirlər. Qeyd edək ki, bununla da sovqat göndərilən ailələrin ümumi sayı 65 minə çatıb.

Jurnalistlərə müsahibəsində AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, vətəndaşların qayğısına qalmaq, onların üzləşdiyi çətinlikləri aradan qaldırmaq, həmçinin şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, aztəminatlı ailələrə qayğı ilə yanaşmaq, lazımi maddi və mənəvi dəstəyi göstərmək dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsidir: “Dövlətimizlə bərabər, ölkəmizin aparıcı ictimai təşkilatları da bu cür humanist layihələrə dəstək verir, qeyd olunan kateqoriyaya aid insanlara qayğı göstərirlər. Hər bir sahədə olduğu kimi, Heydər Əliyev Fondu bu istiqamətdə də nümunəvi fəaliyyəti ilə fərqlənir. Belə ki, Fondun prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə şəhid ailələrinə, qazilərə, aztəminatlı ailələrə bayramlarda və dövlətimiz üçün əlamətdar günlərdə sovqatlar, hədiyyələr göndərilir, onlar üçün bayram süfrələri təşkil olunur. Azərbaycan həmkarlar ittifaqları da qeyd olunan sosial layihələrin əsas iştirakçılarındandır”.
Səttar Möhbalıyev xatırladıb ki, İcraiyyə Komitəsinin qərarları əsasında 2020-ci ilin aprelində 3 900, 2021-ci ilin martında 3 900, mayında 4 000, 2022-ci ilin martında 4 065, noyabrında 4 500, dekabrında 4 500, 2023-cü ilin martında isə 4 650 şəhid ailələri və qazilər, həmçinin aztəminatlı ailələr üçün ərzaq göndərilib: “Eləcə də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına orada yaşayan həmin kateqoriyadan olan ailələrə sovqat göndərilməsi üçün hər dəfə maliyyə vəsaiti ayrılıb. Budəfəki ərzaq yardımımız Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil edilib. Qeyd edim ki, Ulu Öndər doğma Azərbaycana rəhbərlik etdiyi illərdə titanik fəaliyyəti nəticəsində, demək olar ki, ölkəmiz tənəzzüldən intibaha, bataqlıqdan işıqlı sabaha çıxmışdır. O, xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin ideyalarının təntənəsidir”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam