Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Binəqədidə Rumıniyanın Mədəniyyət Günü qeyd olundu -FOTOLAR

Binəqədidə Rumıniya ilə bağlı tədbir keçirilib

16 yanvar 2023-ci il tarixində Binəqədi rayonunda dahi rumın bəstəkarı, skripkaçı, dirijor və mahir musiqiçi Corce Eneskunun adını daşıyan parkda Rumıniyanın Milli Mədəniyyət Gününə həsr olunmuş tədbir keçirilib.

Yenixeber.org: Tədbirdə Rumıniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasile Soare, Moldova Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Aparatının məsul əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının 1 saylı  sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi  Mübariz Məmmədov, rayon bələdiyyəsinin sədri Mürsəl Eminov, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, səfirliyin nümayəndələri, orta ümumtəhsil və mədəniyyət müəssisələrinin əməkdaşları, rayon ictimaiyyəti iştirak edirdilər

Ziyarət zamanı görkəmli rumın bəstəkarı Corce Eneskunun abidəsi önünə çiçəklər düzülüb və xatirəsi ehtiramla yad edilib.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova qonaqları salamlayaraq, iki ölkə arasında olan dostluq münasibətlərindən, bu cür mədəni tədbirlərin vacibliyindən, ölkələrimizin müxtəlif sahələrdə sıx əməkdaşlığından, xalqlarımızın uzun illərdir dostluq əlaqələrindən, bir-birinin mədəniyyətinə və ənənələrinə hörmətlə yanaşmalarından söhbət açıb.

Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare çıxışında iki ölkə arasında olan dostluq münasibətlərindən, ötən 30 illik dövrdə Azərbaycan-Rumınya əlaqələrinin daim inkişaf etdiyindən söhbət açıb. Səfir söyləyib ki, Azərbaycanda Rumıniya Mədəniyyəti Gününün keçirilməsi iki dövlət arasında humanitar əlaqələrin inkişafı üçün böyük əhəmiyyətə malikdir. 

Moldova Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko ölkələr arasında həyata keçirilən əməkdaşlıq əlaqələrindən söhbət açıb və ölkələr arasında döstluq və əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

Binəqədidə Rumıniyanın Milli Mədəniyyət Gününə həsr olunmuş tədbir keçirildi

Binəqədidə Rumıniya Mədəniyyət Günü... - FOTO

Binəqədidə Rumıniyanın Mədəniyyət Günü qeyd olunub


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam