Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Aqil Babayevin həbsinin sifarişçisi Vasif Talıbov olub? –ŞOK İDDİALAR


Aqil Babayevin həbsinin sifarişçisi Vasif Talıbov olub? – ŞOK İDDİALAR

“Aqil mənə dedi ki, Allah sənin dediklərini eşitmir, gərək mənim vasitəmilə sözünü çatdırasan”

“Son illərdə təbii fəlakətlərin və müharibələrin artması ilə əlaqədar İmam Mehdinin zühur etməli olduğunu və etdiyini düşünürdüm”

Özünü “İmam Mehdi” kimi təqdim edərək, dələduzluq etməkdə təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Yenixeber.org: Bakı Ağır Cinayətlər Məhkəməsində 40 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunan Aqil Babayevin cinayət işi üzrə qapalı keçirilən məhkəmə iclasında “zərərçəkmiş” qismində Etibar Novruzov və Telman Nuriyev ifadə verib.

Etibar Novruzov ifadəsində Aqil Babayevi qohumu Fuad Məmmədov vasitəsilə tanıyıb, sonradan isə dini məclislərin birində görüb və tanış olublar. Zərərçəkmişin sözlərinə görə, bu tanışlıqdan sonra Aqil Babayevin bağında bağbanlıq etməyə başlayır. “Aqilin ətrafındakı hər kəs ona inanırdı, zəkat verirdi” – deyən E.Novruzov onun qeyri-adi “möcüzə”sini görmədiyini bildirir:

“Mən hər zaman Allaha dua etmişəm, köməyi ondan istəmişəm. Günlərin birində Aqil mənə dedi ki, Allah sənin dediklərini eşitmir, gərək mənim vasitəmilə sözünü çatdırasan. Beləliklə, mən də 2006-cı ildən hər ay, o vaxtın pulu ilə, 50 “şirvan” zəkat verirdim”.

Qeyd edək ki, iş üzrə “zərərçəkmiş” şəxsə 9 min manat ziyan dəydiyi iddia olunur. O, həmin pulları uzun illər zəkat formasında verdiyini bildirib.

Aqil Babayev isə Etibar Novruzovun yalan danışdığını, bağbanı işlədiyi müddətdə ona hər cür köməklik etdiyini, yəni ev ilə təmin etdiyini, hər ay əmək haqqı verdiyini qeyd edib.

Digər “zərərçəkmiş” Telman Nuriyev isə ifadəsində Aqil Babayevlə bir məhəllədə böyüdüyünü bildirib. İttihama görə, o da Aqil Babayevin təsirinə düşüb, müxtəlif vaxtlarda, ümumilikdə 4 600 manat zəkat verib.

Telman Nuriyevdən Aqil Babayevin “imam “olmasına hansı səbəblə inandığını soruşduqda, deyib: “Son illərdə təbii fəlakətlərin və müharibələrin artması ilə əlaqədar İmam Mehdinin zühur etməli olduğunu və etdiyini düşünürdüm”.

T.Nuriyev ona dəyən zərərin 4 600 manat olduğunu bildirib və deyib ki, 2017-cil ildən zəkat verməyi dəyandırıb.

Xatırladaq ki, “ŞaurmaN1” restoranlar şəbəkəsinin şəriki olmuş Aqil Babayev Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib. İş üzrə zərərçəkmiş şəxslərə 2 milyon 500 min manat ziyan dəydiyi iddia olunur.

P.S. Məhkəmə zalında sakitlik, “zərərçəkmişlər”in əvvəlki kimi iddialı olmamaqları ağıllarda şübhə yaradır. Bildiyiniz kimi Natiq Sadıqov Naxçıvan Muxtar Respublikasının sakinidir.  Dəqiq məlumat olmasa da, əlimizdə olan məlumata görə, bu işin artıq  kimin tərəfindən sifariş olunduğu müəyyən mənada ortaya çıxmışdır. Belə ki, iddialara görə, Natiq Sadıqov şərikinin üzünə durmaq əmrini məhz Vasif Talıbova tabe olan “5-ci kolon” sahiblərinin birindən alıb. Hər kəsə məlumdur ki, Vasif Talıbovun son vaxtlaradək bir çox dövlət idarələrində böyük hökmü var idi. Bu məsələ bizə Hacı Məmmədov vəzifədən gedəndən sonra açılan cinayətləri xatırlatdı. Vasif Talıbov da hal-hazırda eyni vəziyyətlə üzləşir.

Amma Etibar Novruzov kimi “böyük ürəkli” insanlar da var imiş, bağban işlədiyi halda, bütün əmək haqqını zəkata verirmiş. İndiki pulla 100 AZN əmək haqqı alan şəxs 100 AZN də zəkat verirmiş.  Bağban Etibar Novruzov hələ də həmin bağda bağbanlıq edir. Bağ isə “zərərçəkmiş”lərdən birinin adınadır. Bu da o deməkdir ki, Etibar Novruzov məcburən belə bir ifadə verməli idi. Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam