Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Bərdədə 8-ci sinif şagirdinin ərə verilməsinin qarşısı alınıb

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə rayonunda 8-ci sinif şagirdinin ərə verilməsinin qarşısını alıb.

Yenixeber.org: Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu məlumat verib.

Onun sözlərinə görə, bu gün Bərdə rayonunun kəndlərindən birində orta məktəbin 8-ci sinif şagirdinin erkən evliliyə cəlb olunması ilə bağlı daxil olan müraciətə dair müvafiq araşdırma aparılıb:

"Dövlət Komitəsinin əməkdaşı tərəfindən yetkinlik yaşına çatmayan qızın ailəsi ilə əlaqə saxlanılıb və valideyn tərəfindən ailələr arasında ilkin razılaşma olduğu bildirilib. Yetkinlik yaşına çatmayan şəxsi evliliyə cəlb etdiklərinə görə valideynə xəbərdarlıq edilib, həmçinin valideynlik məsuliyyəti izah edilib. Məsələ müvafiq qurumlarla birgə nəzarətdə saxlanılır. Məlumat üçün bildirək ki, Cinayət Məcəlləsinin 176-1.2 Nikah yaşına çatmayan şəxsi, nikaha daxil olmağa məcbur etmə 3 min manatdan 4 min manatadək miqdarında cərimə və ya dörd ilədək müddətində azadlıqdan məhrum etmə ilə cəzalandırılır".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam