Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Azərbaycanda DƏHŞƏT:“Uşaq evində böyüyən 15 yaşlı ananın övladı da sığınacaqdadır”

 

Bakıda 4 ay öncə polis tərəfindən sığınacağa gətirilən körpənin anası ortaya çıxıb.

Yenixeber.org: Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, məlum olub ki, aylar öncə uşağı polislə sığınacağa gətirən qadın elə onun anası idi:

“Körpəni 4 ay öncə “rəfiqəmin uşağıdır, anası həbs olunub” deyərək polislə birgə gətirib. Öz balasını yad uşaq kimi təhvil verib. Hələ 17 yaşı yeni tamam olub. Deməli, uşaq 2 il öncə doğulanda qadının 15 yaşı olub. Hamiləlik dövrü isə 14 yaşına təsadüf edir. 14 yaşında uşaq evindən çıxıb alkoqol aludəçisi olan anasının yanına gedib, bu isə nəticəsidir. Uşaq evində böyüyən uşağın körpəsi sığınacaqda böyüyür. Uşaq isə öz anasını heç tanımır. Fotodakı acıqlı baxışlarım 17 yaşlı anaya deyil, həyata baxışımdır”.

K.Ağazadə qeyd edib ki, təəssüf doğuran məqamlardan biri odur ki, ana sığınacağa uşağı götürmək üçün gəlməyib:

“Heç uşağı geri istəyən də yoxdur. Çünki ananın özünün dediyinə görə onu qorxudublar ki, sən azyaşlısan və uşaq dünyaya gətirdiyin üçün səni həbs edəcəklər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam