"ALİ VƏ ORTA MƏKTƏBLƏR YENİDƏN BAĞLANA BİLƏR..." -"Universitetlərin açılması yoluxmaları artıracaq"
Son günlər ölkəmizdə koronavisa yoluxma sayı aşağı düşsə də, məktəb və universitetlər açıldıqdan sonra statistik göstəricilərin artacağı ilə bağlı narahatlıq var. Belə ki, ötən gündən orta məktəblərin 5-11-ci siniflərində və universitetlərdə əyani tədrisə başlanılsa da, universitetlərin qarşısında izdiham yaşanıb. Ali məktəblərin qarşısında tələbələrin və əməkdaşların COVİD-19 pasportunun yoxlanılması zamanı qapıda sıxlıq yaranıb.
Yenixeber.org: Qeyd etmək yerinə düşər ki, ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan, yaşı 18-dən yuxarı olan bütün şəxslərdən COVİD-19 pasportu, COVİD-19-a qarşı peyvənd sertifikatı və ya COVİD-19-a qarşı immunitet sertifikatı tələb edilir. Bəs görəsən, bu cür sıxlıq, sosial məsafənin qorunmaması, maskadan istifadə olunmaması yoluxmanın kəskin artmasına səbəb ola bilərmi?
Yeri gəlmişkən, Rusiyanın Volqoqrad vilayətində isə məktəblərin, kollec və universitetlərinin distant təhsilə keçməsi reallığa çevrilə bilər. Rusiya mediası yazır ki, regional səlahiyyətlilər belə bir fürsəti nəzərdən keçirdiklərini təsdiqləyiblər, bu həftənin sonuna qədər bununla bağlı qərar olacaq. Təhsil müəssisələrinin “uzaq məsafəyə” keçidi ilə bağlı müzakirələr Volqoqrad bölgəsi sakinlərinin kifayət qədər vaksinasiya edilməməsi və epidemioloji vəziyyətin getdikcə pisləşməsi ilə əlaqədardır. Mütəxəssislərin fikrincə, gündəlik aşkarlanan yoluxma sayı yüksək səviyyədə qalır, əlavə olaraq ağır halların sayında artım var. Vəziyyət yay tətili və tətildən sonra sosial təmasların artması, sabit kollektiv immunitet yaranması üçün peyvənd səviyyəsinin hələ də qeyri-kafi olması, profilaktik tələblərə tam riayət edilməməsi və yoluxma hallarının mövsümi artımının daha erkən başlaması ilə çətinləşib. Üstəlik, təxminən iki illik fasilədən sonra Rusiyanın bir sıra bölgələrində qripə yoluxmalar da qeydə alınmağa başlayıb.
Bəs görəsən, Azərbaycanda vəziyyət necə olacaq?
Pandemiyanın ən böyük ziyanı orta məktəb uşaqlarına dəyir, dərslərdən geri qalırlar. Sinifdən sinfə adlayırlar, amma növbəti siniflərdə ləngiyirlər. Buna görə də uşaqlarımızın yaxşı təhsil alması üçün hər birimiz qaydalara riayət etməliyik ki, yenidən yoluxma çoxalmasın. Eyni zamanda vaksinasiya hər zaman gündəmdə, aktual olmalıdır. 18 yaşdan yuxarı hər kəs vaksinasiyadan keçməlidir. Hətta xəstəliyi keçirən insanlar var ki, onlarda da antitellər yaranmır. Sağlam şəxslər də vaksinasiya olunur, onlarda antitellərin miqdarı zəif olur. Yaxud da xəstəliyi keçirir sağalır, qanda yaranan antitellər 3-4 aydan sonra itir. Yəni bu o deməkdir ki, o insan təkrar yoluxub xəstələnə bilər. İkinci doza vaksini vurduran üçüncü dozanı da vurdurmalıdır".
Yeri gəlmişkən, rusiyalı epidemioloq Xədicət Ömərova deyib ki, koronavirusun simptomları dəyişib, bu səbəbdən insanlar xəstəliyi digər viruslarla səhv sala bilər: “Son vaxtlar koronaviruslu xəstələrdə mədə-bağırsaq traktı ilə əlaqəli simptomlara daha tez-tez rast gəlinir. Koronavirus infeksiyası olan xəstələrdə edilən 35 araşdırmanın meta-analizinin nəticələrinə görə, mədə-bağırsaq traktının simptomlarının ümumi yayılması 15 % təşkil edir və ən çox rast gəlinənləri ürəkbulanma, qusma, ishal və iştahsızlıqdır".
Mütəxəssis vurğulayıb ki, koronaviruslu hər onuncu xəstədə heç bir əlavə simptom olmaya bilər: “Epidemiyanın ikinci dalğasında virusun mədə-bağırsağa təsiri daha tez-tez ortaya çıxmağa başlayıb, Bu da COVİD-19 mutasiyaları ilə əlaqədardır”.
M.Əliyev koronavirusun simptomlarının dəyişməsi ilə bağlı suala da cavab verib: “Onsuz da koronavirusun əlamətlərinin dəyişdiyini bilirik. Xəstələrdə yanaşı simptomlar, mədə-bağırsaq simptomları, dispektik əlamətlər müşahidə olunur. Meta-analizin aparılması da çox yaxşıdır, yəni bu, müşahidə elədiklərimizi təsdiq edir və dəqiqləşdirir. Burada daha çox virus bağırsaqlarda reflikasiya olduğu üçün ən çox ishal, diareya olur. Bundan sonrakı mərhələdə - ikinci, üçüncü mərhələdə ürəkbulanma, qusma, iştahsızlıq müşahidə edilir. Bizdə də xəstələr arasında bu hallara rast gəlinir. Uşaqlarda isə koronavirus infeksiyas zamanı daha çox ürəkbulanma, qusma müşahidə edilir, böyüklərdə isə ürəkbulanma, qusmaya daha az rast gəlinir”.
Qeyd edək ki, oktyabrın 1-dən etibarən mədəniyyət obyektləri, kinoteatrlar, teatrlar və konfrans zalları, istirahət və əyləncə məkanları, həmçinin uşaq əyləncə məkanları (bulvar və parkların ərazisində olanlar daxil olmaqla), habelə iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin saat 00:00-dək fəaliyyəti bərpa edilir. Bu sahələrin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVİD-19 pasportuna sahib olduqları halda istifadə edə biləcəklər, 18-dən yuxarı olmayan şəxslərdən isə COVİD-19 pasportu tələb olunmur. Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVİD-19 pasportu tələb olunan məkanlara COVİD-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı ilə daxil ola bilərlər.