Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

RUSİYADAKI SƏFİRİMİZ POLAD BÜLBÜLOĞLU:"Ermənistan KTMT-ni münaqişəyə cəlb etməyə çalışır"

Viktoriya Panfilova

“Nezzavisimaya qazeta”, 14.06.2020

 

Yenixeber.org: İkinci gündür ki, Ermənistan-Azərbaycan sərhədində artilleriya döyüşləri gedir. Hər iki tərəfdən yaralı və ölən var. Bakı və İrəvan insidentdə bir-birini ittiham edir. İnsident tanınmamış Dağlıq Qarabağ Respublikasından (DQR) uzaqda baş verdiyindən vəziyyət birmənalı deyil. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin DQR-in statusu ilə bağlı mübahisənin əhatə dairəsindən kənara çıxdığını göstərir. Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu “Nezavisimaya qazeta”ya tərəflərin toqquşmasının nələrə səbəb ola biləcəyi barədə danışıb.

– Cənab səfir, dünənki açıqlamanızda dediniz ki, Azərbaycan kimi əhəmiyyətli iqtisadi, hərbi və insani resurslara malik bir ölkə ərazilərin işğalına əbədi dözmək niyyətində deyil. Fikrinizcə, qarşıdurma niyə Qarabağ münaqişəsi zonasında, təmas xəttində deyil, Ermənistan-Azərbaycan sərhədində baş verib?

– Bəli, bu gün Azərbaycan inkişaf etmiş infrastrukturu, iqtisadiyyatı və güclü ordusu olan müasir ölkədir. Ordumuz hərbi texnikanın son nailiyyətlərinə sahibdir. Ən əsası, ordumuzun və xalqımızın döyüş ruhunun çox yüksək olduğunu vurğulamaq istərdim. Bu ilin fevral ayında ön cəbhədə yerləşən bir neçə hərbi hissəyə baş çəkdim və dediklərimi əyani görmüşəm. Prezident İlham Əliyev qan tökmək istəmir. Müharibə – yeni qurbanlar, dağıntı və insan əzablarıdır. Biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Lakin danışıqlar əbədi davam edə bilməz. Azərbaycan tərəfindən də dəfələrlə irəli sürülən konkret, konstruktiv təkliflərə ehtiyacımız var. Hər kəs narahatlığını bildirir, amma nədənsə heç kim münaqişənin niyə həll edilmədiyini söyləmir.

Toqquşmanın Qarabağ münaqişəsi zonasında, təmas xəttində deyil, Ermənistan-Azərbaycan sərhəddində baş verdiyinə gəlincə, biz bu faktın Ermənistan tərəfindən düşünülmüş daha bir təxribat olduğuna əminik. Onun iki məqsədi var. Birincisi, Ermənistan KTMT-ni Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır və ölkəmin güclü iqtisadi əlaqələri və ikitərəfli əsasda səmimi, mehriban münasibətləri inkişaf etdirdiyi bu təşkilatın üzv dövlətləri ilə Azərbaycanı üz-üzə qoymağa çalışır. İkincisi, Ermənistan Rusiya ətrafında daha bir gərginlik ocağı yaratmaq, bununla da Rusiyanı öz strateji maraqlarına zidd olan münaqişə ocağına cəlb etmək istəyir. Təbii ki, Rusiya öz sərhədləri yaxınlığında hərbi münaqişə yaratmaqda maraqlı deyil, buna görə də, problemin mahiyyəti həll edilməli, qoşunlarını işğal etdiyi ərazilərdən çıxarmalı olan təcavüzkar ölkəyə təzyiq göstərilməlidir. Əks təqdirdə, yenidən hərbi münaqişələr yaranacaq.

– Azərbaycan beynəlxalq aləmdə Ermənistana necə təsir edəcək? Bakı kimin köməyi və dəstəyini bu vəziyyətdə ən vacib hesab edir?

– Bu gün Azərbaycanın fəal xarici siyasət yürüdür. Ermənistan-Azərbaycan münaqişəsinin əsl mahiyyətini və Ermənistanın işğalçılıq siyasətini beynəlxalq ictimaiyyətə çatdırır. Bir daha vurğulamaq istəyirəm ki, beynəlxalq təşkilatlar çərçivəsində qəbul edilmiş müvafiq qətnamə və sənədlər Azərbaycanın ərazi bütövlüyünü tam təsdiqləyir, Ermənistanın yürütdüyü təcavüzkar siyasəti pisləyir və bütün işğalçı qüvvələri dərhal Azərbaycan Respublikasının ərazilərindən çıxarmağa çağırır. Lakin Ermənistan israrla status-kvonu saxlamağa, törədilmiş təcavüz və müharibə cinayətlərinə görə beynəlxalq hüquqi məsuliyyətdən yayınmağa çalışır. Həm Ermənistana, həm də onun rəhbərliyinə qarşı beynəlxalq sanksiyaların qüvvəyə minməsinin vaxtı çoxdan keçib.

Görürük ki, Ermənistan ərazi iddialarından əl çəkməyə hazır deyil və bunu istəmir, hər hansı bir şəkildə Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı kukla rejimin canlılığı təəssüratını yaratmağa çalışır. Bu məqsədlər üçün heç kim tərəfindən tanınmayan və ümumənə dünya birliyi tərəfindən qınan müxtəlif növ yalançı seçkilər keçirilir. İşğal altındakı torpaqların ilhaqını təsdiqləmək üçün Suriyadan, Liviyadan və Yaxın Şərqin digər ölkələrindən gələn ermənilərin məskunlaşdırılması davam etdirilir.

Münaqişənin həllində, şübhəsiz ki, Rusiya, ABŞ və Fransanın timsalında ATƏT-in Minsk Qrupu və həmsədrlərinin üzərinə böyük məsuliyyət düşür. Uzun illərdir həmsədrlik institutu sülh yolu ilə həll yollarını axtarır. Ancaq təəssüf ki, bu nəticə verməyib. Əminəm ki, Rusiya, dünya birliyinin məsul və BMT Təhlükəsizlik Şurasının daimi üzvü, habelə həmsədr ölkələrdən biri kimi, uzanan münaqişənin həllində müstəsna tarixi rol oynaya bilər.

– Bildiyiniz kimi, sərhəddə baş verən hadisələrdən bir neçə saat sonra Ankara sərt bəyanat verərək, Azərbaycana hər cür, o cümlədən hərbi yardım vəd edib. Belə bir bəyanat vaxtına-vədəsinə nə qədər uyğundur və fikrinizcə, bölgədəki vəziyyəti daha da mürəkkəbləşdirə bilərmi?

– Bu, yeni xəbər deyil. Türkiyə həmişə bəyan edib və indi, münaqişənin kəskinləşməsi dövründə də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini açıq şəkildə bildirib. Dünyanın qabaqcıl ölkələri, o cümlədən Rusiya, İran, Türkiyə və digər dövlətlərin xarici işlər nazirləri, habelə beynəlxalq təşkilatlar narahatlıqlarını ifadə edib. Bəlkə də bu, Ermənistandakı beyni qızmışların “köpünü alar” və bu nə qədər tez baş verərsə, bütün bölgə üçün o qədər yaxşı olar. Ermənistan rəhbərliyindən başqa hər kəs başa düşür ki, bu gün dünyanın vəziyyəti onsuz da qeyri-sabitdir, pandemiya ilə mübarizə gedərkən, Ermənistanın bu cür təxribatçı addımları onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdıra bilər.

– Bakı Yerevanı qınama təşəbbüsünü beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə ünvanlamaq niyyətindədirmi?

– Azərbaycan dünənki hadisələr barədə dünya ictimaiyyətinə məlumat vermək üçün müvafiq işlər görür. Bütün ölkələri Ermənistanı və onun siyasətini sərt şəkildə pisləməyə çağırırıq. BMT-yə gəldikdə, Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini bir daha xatırlatmaq istəyirəm. Ancaq təəssüf ki, bunlar hələ də icra edilmir və kağız üzərində qalır, bu, BMT-nin nüfuzuna böyük zərbədir, o, bu gün qəbul etdiyi qətnamələrin icrası üçün lazımi mexanizmlərdən istifadə edə bilmir.

– Çıxışınızda qeyd etdiniz ki, danışıqlar naminə danışıqlardan imtina edilməli və əsaslı müzakirəyə başlanılmalıdır. Praktikada bu necə görünəcək və bu, Prezident İlham Əliyevin mənasızlıq səbəbi ilə Bakının danışıqlar prosesini tərk etməyə hazırlaşdığına dair son vaxtlar verdiyi bəyanatla necə bağlıdır?

– Bir daha vurğulayıram və Ermənistan rəhbərliyinin bizi eşitməsini istəyirəm. Azərbaycan danışıqlar naminə danışıqlar aparmayacaq. Bu, əbədi davam edə bilməz. Ölkəmizin ərazisi 30 ildən çoxdur ki, işğal edildiyindən belə bir vəziyyətə dözməyəcəyik. Bu sonsuz danışıqlar sülh prosesini, ümumiyyətlə, inkişaf etdirmir və onu yararsız hala gətirir. Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, nəticəyə hədəflənmiş, vəziyyəti ölü nöqtədən çıxaran əsaslı danışıqlar aparılmalıdır. Ədalət bizim tərəfimizdədir və gec-tez zəfər çalacaq.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam