Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Polad Bülbüloğlu cəbhə bölgəsində:“Qələbə marşını özüm yazacağam”

 

Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu 75 illik yubileyi münasibəti ilə cəbhə bölgəsində “Gəl, ey səhərim” adlı konsert proqramı təşkil edib.

Yenixeber.org: Xəbərə görə, Beyləqan rayonuna gedən səfir cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissədə olub. 2016-cı ildə Aprel döyüşlərində Lələ Təpə yüksəkliyini erməni işğalından azad edən həbi hissənin əsgər və zabitləri ilə görüşən Polad Bülbüloğlu, əsgərlərin şəraiti ilə tanış olub, onlarla bir yerdə nahar edib.  

Əsgərlər qarşısında çıxış edən P. Bülbüloğlu bildirib ki, ən qısa vaxtda Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad edəcəyinə inanır: “Mən inanıram ki, Ali Baş Komandanın rəhbərliyi altında Şuşa işğaldan azad olacaq. Mən də öz ata yurduma gedəcəyəm və “Cıdır düzündə” siz əsgərlərin qarşısında konsert  verəcəyəm”.  

P.Bülbüloğlu saytımıza açıqlamasında bildirib ki, ön xəttə olduğu zaman Şuşa dağlarını görəndə duyğulanıb: “Bu gün bura gəlmişik, istəyirəm ki, bu əsgərlər görsün ki, kimi qoruyurlar. Bu gün Şuşanın ətəyini görmək, Şuşanın dağlarını görmək məni çox duyğulandırdı. Bu gənc əsgərlərimizlə bir yerdə olmaq məni qürurlandırır. Mənim üçün, çox xoşbəxt bir gündür. Burada olmaq məni ilhamlandırdı. Qələbə marşını özüm yazacağam”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam