Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Bülbüloğlu Rusiyadan əsas gözləntisini açıqladı:Qarabağ...

 

Azərbaycan-Rusiya münasibətləri ilk növbədə tarixən formalaşmış əlaqələrə söykənir. Bu münasibətləri dostluq və mehriban qonşuluğa əsaslanan münasibətlər kimi xarakterizə etmək olar


Yenixeber.org:  Bunu Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə "Moskovskiy Komsomolets" qəzetinə müsahibəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bildirib.
P. Bülbüloğlu iki ölkə arasında diplomatik münasibətlərin 1992-ci il aprelin 4-də qurulduğunu söyləyib: "Elə həmin ildə iki ölkənin səfirlikləri də açılıb. Sözsüz ki, Azərbaycan və Rusiya arasındakı əməkdaşlıq strateji xarakter daşıyır və xalqlarımızın köklü maraqlarına cavab verir. Dövlətlərimizin liderləri İlham Əliyev və Vladimir Putin arasında olan şəxsi əlaqələr və etibarlı münasibətlər iki dövlətin maraqlarına cavab verir, hərtərəfli əməkdaşlıq üçün möhkəm və əlverişli əsas yaradır. Hər iki dövlət nəqliyyat yollarının və yüklərin çatdırılması vasitələrinin diversifikasiyasına sadiqdir, mövcud imkanların genişləndirilməsi üçün nəqliyyat-kommunikasiya infrastrukturlarının inkişafı ilə bağlı effektli tədbirlər görür. Eləcə də qlobal enerji təhlükəsizliyinin təmin olunmasında vacib rol oynayır. Hesab edirik ki, dövlətlərimiz və xalqlarımız arasındakı etibarın və strateji əməkdaşlığın möhkəmləndirilməsi həm də regionda sülhə və sabitliyə yardım edəcək".
Səfir deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmaması regional əməkdaşlığa əsas maneədir: "Azərbaycan tərəfi inanır ki, Rusiya Federasiyası ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biri kimi bu münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həlli üçün maksimum səy göstərəcək".

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam