Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

ABŞ SURİYANI RUSİYAYA VERİB, İRAQA ÇƏKİLİR – Türkiyə yeni masada hansı rolu alacaq? -TƏHLİL

Ergün Diler

“Takvim”, Türkiyə, 22 oktyabr 2019-cu il

 

Yenixeber.org: ABŞ “Suriyadan gedirik” deyir. Ancaq dərinləməsinə baxdıqda, görürük ki, neft olan yerləri tərk etmək kimi bir düşüncələri əsla və qəti olaraq yoxdur. Mosul və Kərkükdən başlayıb Aralıq dənizinədək uzanan xətt onsuz da hamısının beynində canlı və təzədir. ABŞ İraqa təsadüfən girməyib ki, bir gündə çıxmaq haqqında qərar versin. Burada qalacaqlar. Neftin nəql edilməsinə nəzarət etməyə məcburdurlar. Bütün planları da budur.

Türkiyə regional güc olaraq xüsusilə Orta Şərqdə və onun yeni açılımı olan Aralıq dənizində olduqca təsirli bir ölkə halına gəlib. Son hərbi hərəkat bunu bütün dünyaya göstərdi. Təbii, bu, böyük bir şans olmaqla birlikdə, riskləri də gətirməkdədir. Belə ki, ABŞ-la Türkiyənin açıq şəkildə qarşı-qarşıya gəlməsindən sonra Vaşinqtonun regionda yeni bir planı dövrəyə girmək üzrədir. Bu planın əsas hədəfi Türkiyəni öz içinə qapamaq və Ankaranın zərər çəkməsini təmin etməkdir. Əgər ABŞ Suriyadan çəkilərək İraqda “aktiv istirahət” etməyə keçərsə, – plan hələlik belədir, – Türkiyəni Rusiyanın təsir dairəsinə doğru itələyəcək.

Bu gün Rusiya Türkiyə ilə yaxın əlaqələr içində görünsə də, heç kimi onun ABŞ-dan daha sadəlövh olduğunu deyə bilməz. ABŞ bölgədə səssizliyini hiss etdirdiyi anda Rusiya YPG-nin yeni patronu olacaq. Bu yöndə işarətlər varmı? Artıqlamasıyla var.

Əslində, Putin də güclənən bir Türkiyə istəməz2012-ci ildən etibarən Türkiyə ilə Rusiya Suriya məsələsinin həllində ortaq məxrəcə gələ bilməyib. İntensiv telefon diplomatiyası izləyən Ərdoğan və Putin 100-dən çox telefon danışığı aparıb. Ola bilsin, ilk telefon danışığından bu günə 20%-lik bir irəliləyiş olub. O da dəqiq deyil. Anlaşma əldə edilən məsələlər haqqında ABŞ-ın da məlumatı olurdu. Çünki Rusiya əsla ABŞ-la qarşı-qarşıya gəlmək istəmirdi. Diqqətlə bundan qaçırdı.

Türkiyə, əlbəttə, Rusiya ilə isti münasibətlərin olmasından yanadır. Doğrusu, çox danışılmasa da YPG-nin içində Fransanın da ABŞ-ın gücü qədər gücünün olduğundan bəhs edilir. Əlbəttə, Fransanın da təsiri vardır, lakin Rusiyanın gücü daha çoxdur. Bu gün belə, Rusiyanın 20-yə yaxın generalı YPG ilə yaxın təmas halındadır. YPG-nin öndə gələn şəxslərinin Rusiya səfərlərinə baxdıqda, bir az olsa da, durum ortaya çıxmaqdadır. Şəxslərin adları və etdikləri səfərlər ortadadır. ABŞ-ın verdiyi silahlarla bərabər, bu barədə danışılmasa da, Rusiyadan gələn silahlar da vardır. Beynəlxalq münasibətlərdə əsas olan maraqlardır. Dostluq tələb olunmur.

Türkiyə haqlı olaraq YPG ilə bir masaya oturmur, oturmaz, oturmayacaq da… Ancaq Pens və Pompeo öz maraqları üçün gəlmiş olsalar da, YPG üçün anlaşma zəmini aradılar. Vaşinqton müəyyən mənada YPG-nin vəkili olaraq gəlmişdi.

Onu da qeyd edək ki, Pentaqon daxilindəki bir qrup Türkiyəni bölgədə Rusiya ilə baş-başa buraxmaq niyyətindədir. Çünki Türkiyə, ABŞ-ın İrana yönəlik ola biləcək bir hərəkatına daima qarşı çıxmışdır. Həm də yüksək səslə qarşı çıxmışdır.

Türkiyənin “Sülh çeşməsi” hərəkatına İrandan eyni dəstək gəldimi? Eyni tezlikdə görüşmə oldumu? Məncə, olmadı. İddialara görə, PKK üçün xüsusi silah dəstəyi belə hazır imiş.

ABŞ-ın olmadığını düşünün. Ermənistan, İraq, İran, Rusiya və Suriyaya baxın. Buna “dost bir vektor” deyə bilərikmi? Maraqlara öncəlik verilməlidir. Doğrusu da budur.

ABŞ indi Suriya mərkəzli yeni bir planın hazırlanması üçün masanı qurmuş durumdadır. Pentaqon dövrədədir. Əlbəttə, burada alacaqları qərarlar bizə də, bölgəyə də təsir edəcəkdir. Unutmayaq, ABŞ dünya neftinin hərəkətinə nəzarəti kimsəyə buraxmaz. Doğrusu, belə bir niyyəti də yoxdur. AB və Çinin neftlə təmasını məhdudlaşdırmaq üçün savaş aparmaqdadır. Çünki onlar rəqibləridir.

YPG də, İŞİD də ABŞ-ın qlobal maraqlarını istənilən bölgədə qorumaq üçün meydana çıxarılan təşkilatlardır. Baxın, İŞİD torpaq aldı, gedəndə YPG-yə verdi. İndi isə Əsəd mərkəzli yeni oyun qurulur. Əsədin öz ölkəsində qırmızı xalıda yürüməsinə imkan verməyənlər indi üzərimizə Əsədlə gəlmək niyyətindədirlər. Elə göstərmək istəyirlər ki, guya, Suriyanı suriyalılar idarə edir. Suriya mərkəzli ssenaridə masaya yeni kartlar gələcək. “Sülh çeşməsi” hərəkatında Türkiyənin gücü göründü. İndi, dünənədək etdikləri kimi, bunu budamaq istəyəcəklər. Hər yerdən üstümüzə gələcəklər. Şahmat oyunu böyük olacaq.

Türkiyə onların verdiyi rola razı olmadığı üçün daima oyanıq olmalıdır. Bura Orta Şərqdir, gücü olan dayanır. O güc bizdə artıqlamasıl ilə vardır. Gördülər də… Amma yenə də diqqət etməliyik. Üç tərəfimiz dənizlə, dörd tərəfimiz isə düşmənlə əhatə olunub. Şişirdilmiş kimi görünsə də, həqiqət budur.

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam