Redaktor seçimi
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Günün xəbəri

LİVİYANI ƏMİRLİKLƏRƏ BÖLMƏK PLANI VƏ TRAMP-HƏFTAR DANIŞIQLARI:ölkədə vətəndaş savaşının tənzimlənməsi dalana dirənir – Təhlil

Xəlif Həftar aptrelin 14-də Qahirədə əs-Sisi ilə bu görüşdən bir gün sonra Trampla telefonda danışıqlar aparıb 

 

Ravil Mustafin

Nezavisimaya gazeta, 21.04.2019

 

Yenixeber.org: Vaşinqton ötən həftə hamı üçün gözlənilmədən Liviya Milli Ordusunun (LMO) baş komandanı  Xəlif Həftara öz münasibətini kəskin şəkildə – mənfidən müsbətə – dəyişib. Qabaqlar ABŞ Qərb və bölgənin bir sıra dövlətlərinin əksəriyyəti ilə birlikdə, habelə BMT Milli Birlik Hökumətinin (MBH) baş naziri Faiz Saracın aprelin əvvəlində Tripoliyə hücuma başlayan əsas rəqibini sərt tənqid etmişdi. BMT-də Həftarın hərbi macərasını pisləyən, atəşin yubanmadan dayandırılması və LMO hissələrinin daimi mənzil yerinə çəkilməsini tələb edən qətnamələr hazırlanıb. Qanlı vətəndaş savaşının yeni silsiləsinin başlanmasına görə Həftarı gözləyən məsuliyyət haqda açıq danışıblar.

Və birdən onunla ABŞ prezidenti Donald Tramp arasında gedişatda “Liviyada sülh və sabitliyin əldə edilməsinə yönəlmiş əks-terror səylərinin davamı”, “neft ehtiyatlarının təhlükəsizliyinin təmini üzrə” tədbirlər və hətta sabit və demokratik sistemə keçidin müzakirə edildiyi telefon danışığı gedir. Hətta Ağ Evin sahibi terrorizmlə mübarizədə Həftarın önəmli rolundan danışaraq LMO baş komandirini sayğıyla feldmarşal adlandırıb. Bu haqda ötən həftə ABŞ administrasiyası mətbuat katibinin müavini Hoqan Hidli məlumat verib. Bununla yanaşı aydınlaşır ki, telefon söhbətinə Tramp təşəbbüs göstərib, danışıqların özü isə hələ aprelin 15-də bazar ertəsi gedib.

Bununla bağlı bir sıra suallar meydana çıxır. Birincisi, Ağ Evin sahibini Həftara münasibəti dəyişməyə vadar edib?İkincisi, belə dəyişikliklər nəyi ifadə edə bilər, nə qədər uzağa gedə bilər və həm Liviyanın əsas aktorları, həm də bütöv bir müttəfiqlər ordusu və iki əsas siyasi rəqibin sponsorları üçün hansı nəticələri ola bilər? Üçüncüsü, amerikalılar dördgünlük fasiləni niyə saxlayıblar?

Trampı Qərbdə çoxlarının sərt kurs, avtoritarizm tərəfdarı, az qala, Muəmmar Qəddafinin surəti saydığı Həftara münasibəti dəyişməyə Saracın çarəsizliyi tam təhrik edə bilər. O, adamları öz ardınca aparmaq üçün çox zəif çıxıb. O, xarici hərbi gəmidə xarici süngülərin qoruması altında Liviyaya gəldiyi andan keçən üç il yarımda özünün silahlı güclərini hələ də yaratmayıb. Müxtəlif, o cümlədən Müdafiə Nazirliyi və DİN daxil olmaqla güc qurumlarının ştatına keçirilmiş islamçılardan yaradılmış  milislərin qulluğuna əl atmaq lazım gəlir. Onlara LMO hissələrinə qızğın dirəniş göstərməyə məcburdur, çünki əks halda onları darmadağın və strukturlarının, “dəcəllikləri”nin  ləğvi gözləyir ki, bu da onları yaşayış vəsaitindən məhrum edəcək.

Trampın bu yaxınlarda bu ölkənin hökuməti, ordusu və xüsusi xidmətlərini ABŞ-ı aldatmaqda, Amerikanın pullarını mənimsəmək, amma cihadçılar və terrorçularla effektli çarpışmaqdan yana qətiyyən bir iş görməyərək “axmaq yerinə qoymaq”da ittiham etdiyi bir vaxtda Pakistan ssenarisini tam istisna etmək olmaz. Lakin yenə də daha ağlabatan ssenari başqası görünür. Çox ehtimal ki, Həftarın müttəfiqlərindən kimsə Trampa “yol aça” və Amerika prezidentini Həftara bel bağlamağı sınamağa inandıra bilib. Bu, məsələn, Misirin aprelin başlanğıcında Vaşinqtonda olan, Qahirəyə dönəndən sonra isə Həftarla görüşən başçısı Əbdülfəttah əs-Sisi ola bilərdi. Ya da Səudiyyə vəliəhdi Muhəmməd bin Salman. Ehtimal ki, Tramp təcrübəli bir biznesmen kimi qəsdən fasilə götürüb ki, procontra-ları gərəyincə  ölçüb-biçsin, nəyə malik olacağını və nəyi riskə qoyduğunu dəyərləndirsin, ya da sövdələşsin. Ola bilsin, neft hasilatı sahəsində ABŞ-a hansısa imtiyazlara və yaxud Rusiya ilə işbirliyindən imtinaya dair Həftardan da hansısa vədlər alıb.

Necə olsa da, Qərbdə çoxları, özəlliklə icmalçı Ceffri Feltman hesab edir ki, Trampın Həftarla danışıqları Vaşinqtonun LMO baş komandanına göstərmək niyyətində olduğu dəstəkdən birmənalı xəbər verir. Bununla yanaşı, Ağ Evin Liviyada özü üçün hansı strategiyanı seçdiyi və bu dəstəyin nə qədər çox çəkə biləcəyi hələ aydın deyil.

Bir yandan, Trampın Həftarla danışıqları Qərb siyasətçilərini Həftarı Liviyanın faktiki başçısı kimi tanıyıb-tanımamaq üzərində getdikcə daha çox düşünməyə vadar edir. O biri yandan, ABŞ-ın yeni yön götürməyi Liviya daxilinə və ətrafına daha böyük əsəbilik və qarışıqlıq gətirir. Bir çox əcnəbi oyunçular öz fəaliyyətini kəskin canlandırır, ABŞ-ın Həftara yön götürməsiylə bağlı dəyişən şəraitdə hadisələrdən qıraqda qalmaqdan ehtiyat edirlər. Qətər və Türkiyə Liviyada öz mövqelərinə təhlükə duyurlar. Onlar əvvəldən maliyyələşdirdikləri və Saracın MBH-nin sığınacaq verdiyi islamçı strukturların, birinci növbədə “Müsəlman qardaşlar”ın taleyindən daha çox narahatdırlar. Qətər baş nazirinin I müavini və xarici işlər naziri Muhəmməd bin Ədürrəhman əl-Tani təcili Romaya yollanıb.

O, İtaliyada Həftarın hücumunu dayandırmağa yönəlmiş fəaliyyəti əlaqələndirmyə çalışaraq baş nazir Cüzeppe Konte və XİN başçısı Enso Moavero Milaneziylə görüşüb. Doha Həftarın Tripoliyə hücumunu geniş beynəlxalq sui-qəsdə bağlayır, düzdür, iştirakçıların adlarını birbaşa çəkməsə də, yəqin ki, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ-i nəzərdə tutur.  Həftar öz növbəsində Qətərin İŞİD-ə və “əl-Qaidə”yə göstərdiyi 8 milyard dollar həcmində maliyyə yardımında Qətər kəşfiyyatının şefi Səlim Əli Cərbavini dəfələrlə ittiham edib. Bəlli olduğu kimi, Qətərin dəstəklədiyi islamçıların dəstələri də, əslində, Qətərin xüsusi bölmələri kimi Qəddafinin devrilməsində çox fəal iştirak ediblər.

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlu da Liviyadakı durumu müzakirə ediblər.

Tramp və Həftar arasında münasibətlərin qeydə alınan mülayimləşməsi  Sarac tərəfdarlarında dərin təşviş doğurub. Tripolidə şənbə günü səhər Vaşinqtonun MBH-ə “xəyanətindən” narazı bir neçə min adam küçələrə çıxıb. Eyni zamanda, əslində, Tramp və Həftarın söhbəti vətəndaş savaşının onsuz da sürətlə alovlanan tonqalına alov qatıb, yeni impuls verib, antihəftar müqavimətinin sıralarını daha sıx birləşdirib. LMO təmsilçisi, general Əhməd əl-Mismari hətta Saracın MBH tərəfindən xeyli güclənən müqaviməti və Misurat qruplaşmalarından dəstələrin onlara yardıma gəldiyini boynuna almağa vadar olub. Onlar Tripoliyə güneydən və şərqdən hücum edən LMO hissələrinə qarşı əks-hücumları məhkum edilmişlərin  fədakarlığıyla gözəçarparcasına gücləndiriblər. MBH aviasiyası Həftarın bir atəş açmadan götürdüyü Qəryanı və LMO-nun başqa mövqelərini daim bombalayır. Artıq 30 mindən çox sakin Tripolini tərk edib, 300-dən çox adam həlak olub, 12 00-ə yaxını yaralanıb.

Qərb diplomatları da, hamıdan qabaq Britaniyanınkılar Trampın Həftarla söhbətindən sonra ikili duruma düşüblər. Onlar BMT Təhlükəsizlik Şurasının sərt ahəngli, möhkəm qətnaməsinin layihəsini hazırlayıblar, Rusiya və ABŞ isə buna əlüstü blok qoyub. Moskva Londonun Liviyada yaranmış duruma görə bütün təqsiri Həftarın üzərinə qoyduğundan narazı qalıb; Vaşinqton, ümumiyyətlə, öz qərarının səbəbini söyləməkdən imtina edib. İndi britaniyalıların TŞ-nin yeni qətanmə layihəsini hazırlamaq üzrə səyləri bazar ertəsindən təzələməyə qərar verib-vermədiyi  aydın deyil. Əlbəttə, burada heç bir Rusiya-Amerika dilbirliyi yoxdur və ola bilməzdi. Sadəcə, mövqelər belə təsadüfən üst-üstə düşüb.

Bir-birindən küsüşən fransızlar və italiyalılar Liviya üzrə diplomatik idarələrin başçıları Jan-İv Le Drian və Enso Moavero Milanezinin məlumat verdikləri möhkəm saziş hazırlamağa təzəcə girişmişdilər ki, Tramp və Həftarın söhbəti başlarına qar kimi yağıb.Həftarın Tripolinin üzərinə getmək planları haqda hətta şübhələnmədiyi haqda özünə bəraət qazandırmaqdan yorulan Paris indi təzəcə gözə dəyən Tramp-Həftar bəndinə qoşulmaq istəyərmi və ümumiyyətlə, bir para sazişlər başqasıyla necə uzlaşacaq və burumu getdikcə daha sürətlə açılan hadisələrə necə təsir edəcək?

Təsəvvür edildiyi kimi, Liviya tənzimlənməsi tamamilə dalana girir. Liviyalıların özlərinin nə səbri, nə də BMT-nin yardımıyla sülh danışıqlarının imkanlarından istifadə edərək öz aralarında dil tapmaq bacarığı bəs edir. Münaqişəni silah gücünə həll etmək lap şübhəli görünür. Ola bilsin, bütün ölkəni tabe etməkdən ötrü bir neçə on il və minlərlə həyat tələb olunur. Lakin, ola bilsin, ölkəni əsas rəqiblər arasında əmirliklərə bölüb bölgə-bölgə sakitləşdirməyə başlayacaqlar. Bəlkə də,kimsə məhz belə bir varianta nail olmağa can atır, amma istisnasız olaraq hamı inandırır ki, həmişə vahid və bölünməz Liviya uğrunda çıxış edir.Tərcümə: Strateq.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam