Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

SSRİ və ABŞ agenti kimi ad çıxarmış general Həftar Liviyanın 90%-i birləşdirib –bu, prezident kreslosuna zəmanət olacaqmı? – Araşdırma

 

Nikita Kovalenko, Anna Baykova

vzqlyad.ru, 26.07.2018

 

Yenixeber.org: Liviya Milli Ordusu (LMO) bildirib ki, ölkənin 90%-i tutub. Bu həqiqətdirsə, onda bu ordunun feldmarşalı Həftar yeni polkovnik Qəddafi, yəni millətin yeni atası olmağa yaxındır. Belə məlumatlar nə qədər düzdür və Liviya hadisələri bütün bölgə üçün niyə bu qədər önəmli sayılır? LMO-nun, demək olar, bütün Liviyaya nəzarət etdiyi haqda LMO təmsilçisi, briqada generalı Əhməd əl-Mismari “əl-Yəum əs-Səbiə” qəzetinə müsahibədə bəyan edib. General deyib ki, “hətta Həftar ordusuna silah tədarükünə beynəlxalq embarqoya baxmayaraq, ordu ölkənin yaşayış məntəqələrinin çoxunu azad etməyi bacarıb”. Əhməd əl-Mismarinin sözləri düzgündürsə, deməli, Liviya birləşməyə yaxındır. Artıq yeddinci ildir gedən, 100 mindən çox adamın qurban getdiyi vətəndaş savaşı bitəcək.

Liviya tarixən üç mədəni və etnikcə bir-birindən seçilən hissələrə bölünüb – qərbi (Tripolitaniya), şərqi (Kirenaika) və cənubi (Fəttsan). Orta liviyalı hər şeydən qabaq özünü müəyyən tayfanın (banu) ünsürü, sonra bu üç bölgədən birinin sakini və artıq sonra ölkənin vətəndaşı kimi dərk edir. Vahid özünüdərk yaranmayıb, amma mərhum Qəddafi ərəb millətçiliyi ideyasından istifadə etməklə cəmiyyəti birləşdirməyə cəhd edib.

Ölkə vətəndaş savaşının başlanmasıyla faktiki çox vaxt etnik-tayfa prinsipi üzrə formalaşan çoxlu silahlı dəstələrin ağalıq etdiyi üç hissəyə parçalanıb. Cənubda bərbərlərlə (Çad əhalisinin önəmli bölümünü təşkil edən və zənci irqinə aid) tibular arasında qanlı etnik münaqişə qızışıb. Tripolitaniyada Faiz Sərrac başda olmaqla BMT-nin yeganə qanuni hökumət qismində tanıdığı Milli Birlik Hökuməti (MBH) var. Amma o hətta ölkənin paytaxtı Tripoliyə də tam nəzarət etmir. Sərraca qarşı Tobrukda yerləşən parlament durur. O, MBH-i tanımır. Həm deputatların, həm də Sərracın öz silahlı qüvvələri var (briqadalar adlanır). Amma bunların öz formal rəhbərliklərinə loyallığı tez-tez şübhə doğurur.

Əhalisi islam dəyərlərinə başqa liviyalılardan daha çox sayğı göstərən Kirenaikada radikal ekstremist qruplaşmalar, o cümlədən “əl-Qaidə” və İŞİD fəaliyyətə başlayıb. Həftar elə onlarla da mübarizə aparır.

Yada salaq ki, Həftar Kirenaikada doğulub və Liviyada ən güclü və nüfuzlu tayfalardan biri fircana mənsubdur. Həftar Qəddafini hakimiyyətə gətirən 1969 çevrilişində iştirak edib, onun ən yaxın silahdaşı olub, amma 90-cı illərdə onunla arası dəyib və  yeni çevriliş də təşkil etməyə səy göstərib. Səy uğurla nəticələnməyib, Həftar ölkədən qaçıb.

Bu adamın həyatı soyuq müharibənin iki iştirakçısı – ABŞ və SSRİ ilə eyni dərəcədə paradoksal şəkildə bağlıdır. Həftar Sovet İttifaqında təhsil alıb, rusca yaxşı danışır. Bununla yanaşı, demək olar, 20 il ABŞ-da yaşayıb. Avropa mətbuatında onu hətta MKİ-nin əməkdaşı adlandırıblar. Əlbəttə, Həftarın özü bunu qəti inkar edib.

Qəddafi devriləndən sonra qonşu Misirin yardımına söykənən feldmarşal Liviya Milli Ordusunu qurub. O, kağızda Tobrukdakı parlamentə tabedir. Praktikada yeganə sahibi Həftarın özüdür. O, son illərdə özünü Rusiyanın müttəfiqi kimi qələmə verib, amma heç bir zəmanət yoxdur ki, hakimiyyətə gələcəyi halda bu cür qalacaq. Məlum olduğu kimi, ərəb dünyasında müttəfiqlər sürətlə düşmənə və əksinə çevrilə bilərlər.

Yeri gəlmişkən, istisna etmək olmaz ki, general əl-Mismari LMO-nun uğurlarını sadəcə şişirdir. “Vzqlyad” qəzetinin yazdığı kimi, Həftar ordusu Kirenaikanın paytaxtı Benqazinin süqutu haqda hələ bir il əvvəl raport vermişdi, ancaq, əslində, şəhər tam şəkildə yalnız bu yayda tutulub.

Rusiyanın keçmiş Liviya səfiri, Moskva DBMİ Sivilizasiyaların Tərəfdaşlığı Mərkəzinin direktoru Beniamin Popov şübhə edir ki, LMO Liviyanın böyük hissəsinə həqiqətən nəzarət edir. Popov “Vzqlyad” qəzetilə söhbətdə deyib: “Liviya böyük hissəsi az sakinli səhrada yeləşmiş nəhəng bir ərazidir. Cənubda ümumiyyətlə heç kim heç nəyə nəzarət etmir, orada başqa qüvvələr, başqa tayfalar var”.

O, ordunun uğuru haqda məlumatları, ehtimal ki, dekabrın 10-a nəzərdə tutulan prezident seçkilərilə bağlı hansısa pərdəarxası sövdələşmənin tərkib hissəsi kimi dəyərləndirir. Həftar da bunda iştirak etmək niyyətindədir. Seçkilərin keçirilməsinə pulu isə Fransa vəd edərək bu yolla vətəndaş savaşına son qoymağa ümid edir. Bu, hələlik köçürülməmiş 100 milyon dollarlıq (85 milyon avro) böyük bir məbləğdir.

İstənilən halda LMO hazırda 60-70 min döyüşçüsü ilə yerli arşınlara əsasən çox böyük bir qüvvədir. Bu da mübahisəsizdir ki, Həftar ölkənin müxtəlif hissələrində bir sıra neft terminallarını, habelə neft ayparası deyilən bölgəni – Benqazidən qərbə neft hasilatı rayonunu ələ keçirə bilib. O, bütün Liviya üzrə geniş ərazilərə, o cümlədən bütün Kirenaikaya nəzarət edir. İslamçıların son qalası – Dərna şəhəri iyunun sonunda süqut edib.

Ərəb ölkələrilə dostluq və işgüzar əməkdaşlıq Cəmiyyətinin prezidenti Vyaçeslav Matuzov əmindir ki, Liviyanın gələcəyi LMO-nundur. Onun “Vzqlyad” qəzetinə danışdığı kimi, ona bir müddət əvvəl Tunis ərazisində Liviyanın əksər tayfalarının başçılarıyla görüş qismət olub. Matuzovun sözlərinə görə, tayfa şeyxləri bütünlükdə buna həvəs göstərirlər ki, Liviyada möhkəm hakimiyyət qurulsun. O, hesab edir ki, Həftar ordusu bu cür hakimiyyətin  əsası olmalıdır.

Matuzov hesab edir: “Rusiyaya siyasi hakimiyyətin bərpası gərəkdir ki, ölkə Suriyadan məhz Liviyaya qaçan terrorçuların yuvasına çevrilməsin”.

Rusiya və bütün dünya buna görə də maraqlıdır ki, Liviyada durum milli hərbi-siyasi özüldə konsolidasiya olunsun. “Siyasi özül – parlament, hərbi özül – LMO-dur, – ekspert qeyd edir. – Düşünürəm ki, nəhayət, həm italiyalılar, həm fransızlar, həm də amerikalılar buna gələcəklər”.

Dünyanın Liviya məsələsinə diqqəti bununla da izah olunur ki, bu ölkə neft ixracatçısıdır. Amma Popov hesab edir ki, neft amilinin önəmini şişirtməyinə dəyməz. Hər halda bu ölkədə neft o qədər çox deyil ki, dünya qiymətlərinə necəsə ciddi təsir eləsin. Lakin Afrikadan və Yaxın Şərqdən Avropaya keçməyə can atan qeyri-leqal mühacirlərin yolu keçən ölkə kimi Liviyanın dəyərini inkar etmək mümkün deyil.

Popov qeyd edib: “Qəddafi əvvəllər onları Avropa pullarının hesabına dayandırırdı. Amma indi LMO Avropa Birliyinin əvəzinə onun problemlərini həll etməyəcək”.

Ola bilsin, bu fakt Həftarın Qərblə münasibətlərini möhkəm korlayacaq və onun Rusiya ilə yaxınlaşmasına səbəb olacaq. Amma burası da var ki, hər şey Avropa Birliyi dövlətlərinin Liviya siyasətçilərilə uzlaşmasından asılı olacaq.

Tərcümə Strateq.az-ındır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam