Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

NATO bu ölkədə terrorizmin mənbəyini yaradıb -Moskvadan İTTİHAM

 

NATO bu ölkədə terrorizmin mənbəyini yaradıb - Moskvadan İTTİHAM

Liviyadakı böhran NATO-nun qeyri-qanuni hərbi müdaxiləsinin bilavasitə nəticəsidir.

Yenixeber.org: Bu haqda Rusiyanın xarici işlər naziri Sergey Lavrov Misirin “Al-Ahram” qəzetinə müsahibəsində deyib.

Lavrov NATO-nun Liviyaya müdaxiləsi nəticəsində ölkənin xaosa yükləndiyini, regional qeyri-sabitlik və terrorizmin mənbəyinə çevrildiyini bildirib.

Xatırladaq ki, ötən gün Liviya Milli Ordusunun komandanı marşal Xəlifə Xaftar Milli Barışıq Hökumətinin nəzarətində olan paytaxt Tripoliyə hücum əmrini verib. Tripoli aeroportu üzərinə nəzarət təmin olunsa da, sonradan Liviya hökumətinin ordusu aeroportu Xaftarın güclərindəngeri ala biliblər.

Bildirilirdi ki, hərbçilər 48 saat ərzində Tripolini ələ keçirməyi planlaşdırırlar.

Qeyd edək ki, Liviyada 2011-ci ildə Müəmmər Qəddafinin qətlindən sonra siyasi böhran başlanıb. Ölkədə ikihakimiyyətlilik hökm sürür.

Tripolini BMT və Avropa İttifaqının dəstəyi ilə formalaşdırılmış və Faiz Mustafa Al-Sarracın rəhbəri olduğu Liviya Milli Barışıq Hökuməti idarə edir. Ölkənin şərq hissəsində yaradılan hökumət isə Tripolidən asılı olmayan və Xəlifə Xaftarın başçılıq etdiyi milli ordu ilə əməkdaşlıq edir.

Qeyd edək ki, general Xəlifə Xaftar Liviyada Rusiyanın əsas “lobbist”i rolunda çıxış edir. Moskva Liviya generalını ölkədəki situasiyaya təsir edən əsas siyasi fiqurlardan biri hesab edir.

BMT 2019-cu ilin yazında ölkədə parlament seçkilərinin keçirilməsini istəyir.(publika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam