Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

LİVİYADA QIRĞIN YENİDƏN ALOVLANIB –Nə üçün məhz indi?

liviya

Karbohidrogenlərlə zəngin bölgələrdə geopolitik oyunlar dünya gücləri üçün o qədər cəlbedici olub ki, artıq bu oyunlardan vaz kçmək, sadəcə, xeyli mürəkkəbləşib.

Yenixeber.org: Birləşmiş Millətlər Təşkilatı (BMT), «Böyük yeddilik» Liviyada münaqişənin sülh yolu ilə həllinə çağırışlar edirlər. Faktiki olaraq, bir neçə «özünüidarə ərazisi»nə çevrilmiş bu ölkədə vətəndaş müharibəsi yenidən alovlanıb.

Xatırlatmaq yerinə düşər ki, hazrda döyüş əməliyyatları iki düşərgə tərəfindən həyata keçirilir. Biri ölkə paytaxtı Tripolini əlində saxlayan Liviya milli həmrəylik (LMH) hökumətinin başçısı Faiz Saraca meylli güclər, digəri isə feldmarşal Xəlif Xəftarın komandanlığı altında fəaliyyət göstərən Liviya milli ordusudur (LMO).

Liviya milli ordusunun Abdulla Əbdürrəhman ət-Taninin müvəqqəti nazirlər kabinetinin maraqlarını təmsil etdiyi bildirilir. Onlar, mərkəzi Benqazi olmaqla, orada fəaliyyət göstərən parlament adlanan qurumla birlikdə ölkənin şərqinə nəzarət edirlər.

İlk olaraq, Xəlif Xəftarın ordusu Tripoli hökumətinin (bu hökumət beynəlxalq birlik tərəfindən tanınıb) mövqelərinə hücum edib. Bazar günü bir neçə uğurlu hərbi əməliyyatdan sonra, LMO hərbi-hava qüvvələri (HHQ) paytaxt ətrafında hökumətyönlü qüvvələrə bir neçə zərbə endirib. Xəbər verildiyi kimi, bunun cavabında aviasiya hərəkətə keçib, Saraca meylli birləşmələr isə əks hücuma keçmək cəhdi göstəriblər.

Tripoliyə nəzarət edən hökumətin başçısı LMO-nun komandanını xəyanətdə və dövlət çevrilişinə cəhddə günahlandırıb. Sarac vəd edib ki, paytaxta edilən hücumda iştirakçı olanların hamısı – Xəlif Xəftar da daxil olmaqla – Liviya və beynəlxalq məhkəmə qarşısına çıxarılacaq. Elə həmin pilotları eyni zamanda, feldmarşal Xəftar də hədələyir. O, bəyan edib ki, paytaxtı «terrorçular»dan təmizləyəcək.

Libyan-National-Army-and

Məhz indiki gərginliyin səbəbi ndir? Məsələ burasındadır ki, 14-16 aprel tarixlərində Liviyada milli barışıq üzrə konfransın keçirilməsi nəzərdə tutulmuşdu.Bunun son məqsədi isə ölkəni birləşdirmək, vahid liderin və hökumətin seçilməsi və ümumi ordunun yaradılmasından ibarət idi. Başqa sözlə, məqsəd kimi heç olmasa, görüntü üçün dövlətçiliyin bərpası qarşıya qoyulmuşdu. BMT artıq bu il ərzində Liviyada tammənalı prezident seçkilərinin keçirilməsini də planlayırdı…

İndi danışıqların tərəfləri, xüsusilə də mərkəzi Benqazi olan hökumət (Müəmmər Qəddafi tərəfdarları) danışıqlar ərəfəsində silah gücünə öz mövqeyini gücləndirmək və ya hətta heç bir məsləhətləşmə olmadan belə, hakimiyyəti tam olaraq ələ keçirmək yolunu tutub.

Son vaxtlar danışıqlar prosesi Tripolidəki nazirlər kabinetinin dominantlığı altında keçib. Qeyd etmək lazımdır ki, bu qüvvə Amerika Birləşmiş Ştatlarının (ABŞ) və bəzi Avropa ölkələrinin fəal dəstəyindən istifadə edir. Odur ki, Benqaziyə hücumdan sonra BMT-nin Baş katibi Antoniu Quterriş LMO-nın başçısı Xəftarla görüşüb və onu Saracla danışıqlara sövq eməyə cəhd göstərilib. Ancaq cəhd uğunsuzluğa düçar olub və feldmarşal özünü «ərköyün» aparıb.

Baş verən hücumun fonunda belə bir informasiya yayılıb ki, ABŞ öz vətəndaşlarını, o cümlədən, hərbçilərini təhlükəli bölgədən təxliyyə edir. Bundan əvvəl isə xəbər verilib ki, Liviya münaqişəsi ilə Rusiya da bağlıdır. Guya Rusiya Xəftarın Liviya milli orusuna silah verir. Bəzi KİV-in məlumatına görə isə Xəftarın tərəfində «Vaqner» özəl hərbi şirkətin muzdluları və ya təlimatçıları da fəaliyyət göstərirlər.

Bəs, bütün bunlar Rusiyanın nəyinə lazımdır və həm də məlum Suriya «tarixçəsi»ndən sonra? Güman ki, bu məqamda «imperiya böyüklüyü»nü, Kreml üçün «geopolitik təsiri» və konkret olaraq, Rusiyanın «bəzi xadimləri»nin gəlirlərini xatırlamağa dəyər.

Axı Liviya – qaz və neftdir və həm də Suriyadakından xeyli çox. Bu məqamda xartırlamağa dəyər ki, 2018-ci ilin dekabrında Müəmmər Qəddafinin oğlu Səyf əl-İslamtürmədən çıxandan sonra, ilk olaraq Putinlə görüşüb və ondan dəstək istəyib. Diktatorun «varisi» yeni prezident seçkilərində iştirak etmək üçün icazə istəyib. Qeyd etmək lazımdır ki, o zaman Rusiya Xarici İşlər Nazirliyi (XİN) bəyan edib ki, Liviyada heç kimi siyasi proseslərdən kənar etmək olmaz.

Ümumilikdə, belə çıxır ki, Liviya işlərinə baş vurmaq üçün tutarlı «əsas»lar var. İqtisadi maraq (neft və qaz hasilatında iştirak etmək), siyasi maraq (dövlətin başında öz adamını oturtmaq) və nəhayət, geopolitik maraq – dünya xəritəsindəki növbəti «qaynar nöqtə»də amerikalıların və avropalıların kefini pozmaq. Suriya məsələsində olduğu kimi, yəqin, Moskvada elə adamlar var ki, Liviyaya nəzarətin ümumiyyətlə, Qərblə qarşıdurmada Rusiyanın mövqeyini gücləndirməli olacağını düşünürlər.

Deməli, Rusiya elitası karbohidrogenlə zəngin olan bu ölkədəki münaqişəyə baş vurmaq marağındadır. Rusiyanı bu yoldan çəkindirəcək bir qüvvə isə hələlik yoxdur…(azpolitika)

Hazırladı: Mirzə AĞ


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam