Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

İlham Əliyevin bu səfərinin nəticəsini qısa müddətdə görəcəyik

 

Soçi görüşünün Azərbaycan və Rusiya üçün böyük səmərəsi var.

Yenixeber.org: Bu sözləri Rusiya və Azərbaycan prezidentlərinin sentyabrın 1-də Soçidə keçirilmiş görüşünü şərh edən politoloq Tofiq Abbasov deyib. Politoloq bildirib ki, Azərbaycan-Rusiya münasibətləri bölgədə və Avrasiya məkanında çox vacib bir amilə çevrilib:

“Bu amilin kölgəsində, işığında böyük proseslər və iqtisadi layihələr öz həllini tapır. Burada ilk növbədə nəqliyyat, kommunikasiya və enerji layihələrinin vacibliyi diqqət çəkir. Azərbaycan Prezidentinin Rusiyaya səfəri zamanı bir neçə dövlət, hökumət və nazirliklərarası müqavilələrə imza atıldı. Bu onu göstərir ki, qarşılıqlı əməkdaşlıq yeni keyfiyyət mərhələsinə çıxır, eləcə də iki dövlət arasında çox böyük anlaşma şəraiti yaradır. Bu, tərəfdaşlıq baxımından təkcə Rusiya ilə Azərbaycan üçün yox, eyni zamanda, bölgə üçün də son dərəcə vacib bir dəyişiklik və cərəyandır. Əgər Bakı ilə Moskva arasında siyasi dialoq sabit şəkildə getməsəydi, belə bir dönüş baş verməzdi. Siyasi dialoqun həmahəng və dinamik şəkildə inkişaf etdirilməsi ondan xəbər verir ki, tərəflər təhlükəsizlik məsələlərinin həllində eyni mövqedən çıxış edirlər və xüsusilə də Dağlıq Qarabağ problemi çərçivəsində mövqelər yavaş-yavaş yaxınlaşır. Bu isə onu göstərir ki, Azərbaycan Qarabağ probleminin həllinə yaxınlaşıb”.

Politoloq bildirib ki, Rusiya tərəfi Minsk Qrupunun həmsədri olaraq Azərbaycanın dəyərini, qüdrətini, potensialını dərk edir, digər tərəfdən bölgədə stabil siyasət yeritməsini və təhlükəsizlik probleminə böyük töhfələr verməsini nəzərə alır:

“Nəhayət, Rusiya paralel olaraq Ermənistanın qeyri-konstruktiv, son dərəcə təhlükəli və dağıdıcı xətt yürütmək meyillərini də nəzərə alır. Rusiya ilə Ermənistanın strateji müttəfiq olmasına baxmayaraq, Bakı bu müstəvidə İrəvanı üstələyir. Rusiya anlayır ki, Azərbaycanın isti münasibəti, əməkdaşlıq istəyi və qlobal təhlükəsizliyə böyük imkanlar yaratması Ermənistanın yaydığı təhdidlərlə müqayisə oluna bilməz. Bu fonda hesab edirəm ki, iki dövlət arasındakı münasibətlər həqiqətən də böyük ümidlər yaradır. Zənnimcə, yaxın zamanda bu münasibətlərin yeni bir situasiya ilə bağlı yarada biləcəyi atmosferi müşahidə edə biləcəyik”.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam