Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Berlinin Ankaraya yaxınlaşma səbəbi:Trampa mesaj

 

Almaniya və Türkiyə bir-biri üçün çox vacib və əvəzedilməz tərəfdaşdır.

Yenixeber.org: Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Almaniyaya gözlənilən səfəri haqda danışan politoloq Tofiq Abbasov deyib. O bildirib ki, bu səfər Almaniya ilə Türkiyə arasındakı uzunmüddətli soyuq müharibəyə son qoyacaq:

“Geosiyasi şərait də tərəflər arasında soyuq münasibətlərin düzəlməsi üçün əlverişli şans yaradır. Almaniya ilə Türkiyə arasında dialoqun pozulması və tərəflərin qarşılıqlı hədələri birbaşa ABŞ-ın siyasətinə uyğun idi. Çünki ABŞ-ın Türkiyə ilə münasibətlərində də gərginlik var. Digər tərəfdən Vaşinqtonla Ankara Yaxın Şərq siyasətlərində ziddiyyətli baxışlara meyil göstərirdilər. Bu üzdən də ABŞ istəyir ki, Avropa İttifaqı, o cümlədən nəhəng iqtisadiyyatı olan Almaniya Türkiyə ilə münasibətlərdə bir qədər tələskənliyə yol verməsin. Başda ABŞ olmaqla, Qərb Yaxın Şərqdə, Türkiyədə və dünya miqyasında özünə xoş gələn “islahatlardan” danışır. Çünki onların dəyişmək istədikləri məqamlar ancaq özlərinin maraqlarına xidmət edir. Bu baxımdan da indi əsas dövlət kimi ABŞ-ın Avropa ittifaqı ilə münasibətlərində problemli vəziyyətin yaranması diqqət çəkir. Çünki Almaniya daha öncə ABŞ-ın birnömrəli müttəfiqi olmaqda və Avropa İttifaqının adından çıxış etmək səlahiyyətini özündə saxlamaqda israrlı idi. Lakin Tramp Almaniyanın bu aparıcı yolunu qətiyyən qəbul etmədi. Nəticədə bütün bunlar da dərhal ABŞ-Avropa İttifaqı münasibətlərində öz təsirini göstərir”.

Politoloq hesab edir ki, rəsmi Berlinin Şərq siyasətini fəallaşdırması təsadüfi deyil:

“Birincisi, ABŞ iqtisadi məsələləri siyasətdən önə qoyursa, birbaşa öz maraqlarını üstün tutur. ABŞ isə demək olar ki, Türkiyənin tərəfdaşları, o cümlədən aparıcı Avropa dövlətləri ilə iqtisadi əlaqələrə malikdir. Burada da təbii ki, artıq mərkəzdən qaçma meyilləri özünü göstərir. Ona görə də Almaniya ABŞ-a özünün alternativlərinin olduğunu göstərir. Bu baxımdan da Almaniyanın Türkiyə ilə yaxınlaşması gözləniləndir. Birincisi, hesab edirəm ki, Ərdoğanın Almaniyaya səfəri iki ölkə arasında barışığa yol açacaq. İkincisi, əminəm ki, səfər əsnasında tərəflər dialoq tapacaqlar və iqtisadi sahədə münasibətlərini yeni bir mərhələyə daşıyacaqlar. Çünki Türkiyə Avropanın ən böyük və əlverişli tərəfdaşlarından biridir. Bu fonda hər iki dövlətin münasibətlərində anlaşma şəraitinin bərqərar olunması olduqca maraqlıdır”.

Qeyd edək ki, Ərdoğanın sentyabrın sonunda Almaniyaya rəsmi səfəri gözlənilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam