Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

4 nəhəng ABŞ-a qarşı birləşdi:Bjezinski xəbərdar etmişdi

 

Bir məqamı yaddan çıxartmayaq. Bjezinski “Böyük şahmat lövhəsi” kitabında konkret olaraq ABŞ-ın həm Çin, həm İranla eyni vaxtda müharibədən çəkinməsinin vacibliyini vurğulayır. Burada sadəcə hərbi qarşıdurmadan söhbət getmir, geosiyasi qarşıdurmalar da nəzərdə tutulur. Bzejinski məhz həmin kitabda bildirir ki, ABŞ heç vaxt eyni zamanda İran və Çinlə müharibə aparmamalıdır. Bu ABŞ üçün çox pis nəticələrə gətirib çıxara bilər.

Yenixeber.org: Bu sözləri Rusiya, Hindistan və İran rəsmi nümayəndələrinin noyabrda keçirəcəkləri görüşə münasibət bildirən politoloq Sahil İsgəndərov deyib. O bildirib ki, görüş zamanı müzakirə ediləcək layihənin reallaşmasında hər dövlətin öz marağı var:

“Amma burada Rusiyanın maraqları daha genişdir. “Böyük İpək Yolu” layihəsi Rusiyadan yan keçməklə, alternativ kimi yaradılmışdı. İndi isə Rusiyanın bura qoşulması nəzərdə tutulur. Digər tərəfdən, burada iqtisadi layihələr konkret olaraq iqtisadi xarakter daşımır. Hər bir iqtisadi layihənin geosiyasi əhəmiyyəti var. Hazırda burada çox böyük əhəmiyyəti olan və uzun bir xətti birləşdirən geosiyasi məsələ ortaya çıxıb. Layihədə Hindistan, Çin, Rusiya və Xəzər dənizindən keçməklə İrana uzanan yol nəzərdə tutulur. Bu dövlətlərin ən azı 3-ü - Rusiya, Çin, İran konkret olaraq ABŞ-ın həyata keçirdiyi siyasətin əleyhinə olan dövlətlərdir. Yəni ABŞ-ın siyasəti hər 3 dövlətə qarşı yönəlib və hər 3 dövlət ABŞ-ın çox ciddi sanksiyalar paketi ilə üzləşib”.

Politoloq vurğulayıb ki, Hindistanın bu layihəyə qoşulması məsələsi çox maraqlıdır:

“Hindistanın hansı orbitə cəlb olunması ilə bağlı daim Rusiya, Çin və ABŞ arasında çox ciddi geosiyasi mübarizə gedirdi. Amma bu layihə reallaşsa, artıq bu məsələdə Hindistan hansı orbitdə iştirak edəcəyinə qərar vermiş sayılacaq. Nəzərdən qaçırmayaq ki, bu yaxınlarda ABŞ-ın bütün təzyiqlərinə, təkliflərinə, təhdidlərinə baxmayaraq, Hindistan Rusiya ilə S-400 hava hücumundan müdafiə raket komplekslərini almaqla bağlı müqavilə imzaladı. Bunun özü ən diqqətçəkən məqamlardan biridir”.

Politoloq qeyd edib ki, Hindistan və Çinin münasibətləri heç vaxt yaxşı olmayıb:

“Bu dövlətlərin bir-biri ilə geosiyasi maraqları daim toqquşub. Düşünürəm ki, artıq Çin və Hindistanın eyni layihəyə qoşulması dördlüyün geoiqtisadi və geosiyasi layihədə birləşməsi və ABŞ-a qarşı böyük bir nəqliyyat layihəsinin həyata keçirilməsidir”.

Politoloqun sözlərinə görə, Azərbaycanın da bu layihəyə qoşulması mümkündür:

“Sözsüz ki, bu layihənin Xəzər dənizi vasitəsi ilə həyata keçirilməsi Azərbaycan faktorunun da rolunu artıracaq. Azərbaycan Böyük İpək Yolu layihəsinə qoşulub. Ölkəmizin Rusiya-Çin-Hindistan-İranın həyata keçirəcəyi layihədə dolayısı ilə iştirak etmək məsələsi Azərbaycanın əhəmiyyətini artırar”.

Politoloq bildirib ki, ABŞ-ın son zamanlar həyata keçirdiyi siyasətin kökünə baxdıqda, burada daha çox Zbiqnev Bjezinski siyasətinin konsepsiyalarının bütün müddəalarını görmək mümkündür:

“Amma çox maraqlıdır ki, Vaşinqton ümumiyyətlə, İran və Çinlə bağlı məsələ - yəni eyni vaxtda bu iki ölkə ilə qarşıdurmalardan çəkinməklə bağlı Bjezinskinin geostrateji məsləhətlərindən kənara çıxır. Düşünürəm ki, məsələnin mahiyyəti buradadır. Rusiya, İran və Çin Hindistanı həmin layihəyə qoşmaqla, çox böyük üstünlük əldə ediblər. Çünki birmənalı şəkildə olmasa da, bu, Hindistanın daha çox həmin 3 dövlətin orbitinə, ittifaqına daxil olması deməkdir”.

Qeyd edək ki, Rusiya, Hindistan və İran rəsmi nümayəndələri noyabrda görüş keçirəcəklər. Press TV görüşdə əsas müzakirə mövzusunun Şimal-Cənub nəqliyyat dəhlizinin olacağını bildirib. İran mətbuatının iddiasına görə, bu nəqliyyat dəhlizi 7200 kilometr məsafədə uzanacaq və Süveyş kanalına alternativ olacaq.

Mallar əvvəlcə Hindistandan İranın Fars körfəzindəki Bəndər-Abbas limanına, daha sonra isə buradan Xəzər dənizindəki Ənzəli limanına çatdırılacaq. Ənzəli limanından isə mallar gəmiylə Həştərxana, buradan isə dəmiryolları ilə Avropaya göndəriləcək.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam